Arxiv
21 Oktyabr 2020, 14:06 | AKTUAL
Naqif Həmzəyev: Azərbaycan dünyanın hərb tarixinə yeni səhifələr yazır

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz işğal olunmuş ərazilərimizin azad edilməsi uğrunda müzəffər yürüşünü inamla davam etdirir, müasir hərb tarixində yeni, qələdələrlə dolu səhifələr açır.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, hər ötən gün işğaldan azad edilmiş torpaqlarımızın sırasına yeniləri əlavə olunur, torpaqlarımızın işğaldan tam azad ediləcəyi tarixi sürətlə yaxınlaşdırır.

 

Bu gün müstəqil Azərbaycan dövlətinin əldə etdiyi tarixi uğurların təməlində ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin uğurla həyata keçirdiyi daxili və xarici siyasət dayanır. Cənubi Qafqazın suverenlik və tərəqqi yolunda sürətlə inkişaf edən Azərbaycan sözün həqiqi mənasında nəhəng irəliləyişlər əldə edir. Azərbaycanın əldə etdiyi uğurlar bir ilin, iki ilin məhsulu deyil. Dövlətinin milli maraqlarından irəli gələn müstəqil siyasətin müəllifi olan dövlət başçımızın rəhbərlik etdiyi 17 ildə müstəqil dövlət quruculuğunun bütün istiqamətləri üzrə ciddi nailiyyətlər əldə edilib, böyük uğurlara imza atılıb. Bu gün biz bunun müsbət nəticələrini görürük, şahidi oluruq.

 

İşğalçı, mənfur qonşularımız olan Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı bir vaxtda qarşımızda dayanan əm ümdə vəzifələrdən biri ordunun gücləndirilməsi, döyüş qabiliyyətinin artırılması, ən son hərbi texnologiyalara yiyələnməsi idi. Məhz bunun üçün ölkə Prezidentimizin xüsusi diqqət mərkəzində saxladığı məsələlərdən biri ordu quruculuğu olub. Azərbaycanın iqtisadi inkişafı, maliyyə imkanlarının artması ordumuzun qüdrətlənməsini təmin edib. Hazırda Cənubi Qafqazın ən qüdrətli ordusuna malik Azərbaycanın Silahlı Qüvvələri öz döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Beynəlxalq reytinq agentliklərinin hesabatlarında da Silahlı Qüvvələrimiz dünyanın güclü, müasir standartlara uyğun yenidən qurulan və təchiz edilən orduları ilə bir sırada yer alır.

 

Hərbi paradlarda modern ordu quruculuğunu nümayiş etdirən Azərbaycan ilk dəfə 2016-cı ilin Aprel döyüşlərində, savaş meydanında öz sözünü dedi. Aprel döyüşləri Azərbaycan Ordusunun gücünün, əsgərlərimizin döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu yenidən nümayiş etdirdi. Naxçıvanda Günnüt kəndinin işğaldan azad olunması, Ermənistanla sərhəddə strateji yüksəkliklərin ələ keçirilməsi isə Azərbaycan Silahlı Qüvvələrinin Aprel qələbəsindən sonra növbəti zəfəri oldu. Həmin vaxt bu zəfər cəmiyyətimizin xoş ovqatını daha da artırdı, düşmən üzərindəki tam qələbə gününün o qədər də uzaqda olmadığının müjdəsi oldu. 

 

Bu gün Füzuli, Cəbrayıl, Xocavənd və Zəngilan rayonlarının bir sıra kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunması Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi - diplomatik sahədə qazanığı uğurların bəhrəsidir. Cəbhənin bütün istiqamətlərində rəşadətli Ordumuzun düşməni darmadağın edərək irəliləməsi isə regionda sülh və sabitliyə ciddi təhlükə yaradan işğalçı erməni hakimiyyətinin təxribatçı əməllərinin birdəfəlik sonu olacaq. 

 

Bu gün Azərbaycanın bütün sahələrdə qazandığı uğurlar təsdiq edir ki, ölkə Prezidentinin, Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən və məğrur siyasəti, atdığı hər bir addım, verdiyi hər bir qərar yalnız bu gün üçün yox, gələcək üçün də qarantdır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Hakimlər Paşinyanla görüşməkdən imtina etdi 1 Dekabr 2020, 09:34 Neft yenidən ucuzlaşdı 1 Dekabr 2020, 09:28 Rusiya sülhməramlıları Laçın dəhlizində - VİDEO 1 Dekabr 2020, 09:22 Dollar yeni aya bu məzənnə ilə BAŞLADI 1 Dekabr 2020, 09:17 “Ermənilər burada ölülərlə döyüşürdü” - “Dojd” telekanalı Füzulidə + VİDEO 1 Dekabr 2020, 09:12 Azərbaycanın 5 şahmatçısı reytinqində irəlilədi 1 Dekabr 2020, 09:06 Gücü və şücaəti ilə düşməni qorxuya salan qəhrəman şəhidlərimiz - VİDEO 1 Dekabr 2020, 09:00 Trampın müşaviri istefa verdi 1 Dekabr 2020, 08:24 Bakıda yük avtomobilləri toqquşub - ölən var 1 Dekabr 2020, 08:10 Türkiyə Müdafiə Nazirliyindən Laçın PAYLAŞIMI 1 Dekabr 2020, 01:40 Paytaxtda “Opel” yandı 1 Dekabr 2020, 01:00 “Barselona” yeni prezidentini bu tarixdə seçəcək 1 Dekabr 2020, 00:55 İraqda daha bir SEPAH komandiri öldürüldü 1 Dekabr 2020, 00:42 Setyen "Barselona"nı məhkəməyə verdi 1 Dekabr 2020, 00:29 Azərbaycan Ordusu Laçına daxil oldu - RƏSMİ - VİDEO 1 Dekabr 2020, 00:15 Laçın bu gün Azərbaycana qaytarılır 1 Dekabr 2020, 00:01 Britaniyada daha 12 min nəfərdə yoluxma aşkarlandı 30 Noyabr 2020, 23:54 Paşinyanın istefasını tələb edən onlarla etirazçı saxlanıldı 30 Noyabr 2020, 23:47 Baş nazir koronavirusa yoluxdu 30 Noyabr 2020, 23:35 Tələbələrin ölümü ilə nəticələnən qəzanın görüntüləri yayıldı - VİDEO 30 Noyabr 2020, 23:23 Azərbaycan Gürcüstana humanitar yardım göndərdi 30 Noyabr 2020, 23:10 İtaliyada koronavirusla bağlı son vəziyyət 30 Noyabr 2020, 22:59 Türkiyədə koronavirusdan rekord ölüm 30 Noyabr 2020, 22:44 Sonuncu erməni Laçını tərk etdi - VİDEO 30 Noyabr 2020, 22:30 Çempionlar Liqası matçını ilk dəfə qadın hakim idarə edəcək 30 Noyabr 2020, 22:18 Türkiyədə qadağalar sərtləşdirildi - Ərdoğan məhdudiyyətləri açıqladı 30 Noyabr 2020, 22:05 OPEK qərarını verdi 30 Noyabr 2020, 21:58 Teledərslərin sabaha olan CƏDVƏLİ 30 Noyabr 2020, 21:46 “Barselona” Messinin bu hərəkətinə görə cərimələnəcək 30 Noyabr 2020, 21:35 “AzerTelecom”un layihəsi beynəlxalq konfransda müzakirə edilib - FOTO 30 Noyabr 2020, 21:29 Ermənistanda növbəti etiraz aksiyası 30 Noyabr 2020, 21:21 Gürcüstanda zəlzələ 30 Noyabr 2020, 21:07 Türkiyənin hərbi istehkamçıları Azərbaycana gəlib - RƏSMİ 30 Noyabr 2020, 20:54 Tramp vaksinin istifadəsinə icazə verməyə çağırdı 30 Noyabr 2020, 20:49 Gürcüstanda nazir və müavini koronavirusa yoluxdu 30 Noyabr 2020, 20:36
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?