Modern.az

Azərbaycan IMF-nin tədbirində təmsil olunub

Azərbaycan IMF-nin tədbirində təmsil olunub

21 Oktyabr 2020, 15:18

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Beynəlxalq Valyuta Fondunun Qafqaz və Mərkəzi Asiya regionu ölkələrinin mərkəzi bank sədrlərinin iştirakı ilə videokonfrans formatında keçirilən toplantıda iştirak edib.

 

AMB-dən Modern.az-a verilən məlumata görə, toplantı pandemiya dövründə qlobal maliyyə sistemində çağırışlar, maliyyə sabitliyinin qorunması və iqtisadi bərpaya dəstək, maliyyə sektorunda həyata keçirilən dəstəkləyici siyasətlərlə bağlı fikir mübadiləsinə həsr olunub.



E.Rüstəmov bildirib ki, cari ildə dünyanın bütün ölkələri presedenti olmayan şoklar kombinasiyasına məruz qalıb:

"Pandemiya ilə bağlı yaranmış vəziyyət dünya iqtisadiyyatına sıx inteqrasiya olunmuş Azərbaycan iqtisadiyyatına da təsir göstərib. Lakin əvvəlki illərdə yaradılmış makroiqtisadi idarəetmə platforması, maliyyə buferləri və uzun illər ərzində əldə etdiyimiz böhran idarəetmə təcrübəmiz bu şokların iqtisadiyyata və maliyyə sektoruna təsir kanallarını məhdudlaşdırıb. Qabaqlayıcı rejimdə həyata keçirilən anti-böhran tədbirləri nəticəsində ölkədə makroiqtisadi sabitlik qorunmuş və daha dərin resessiyanın qarşısı alınıb".


Rüstəmov iştirakçıları sentyabrın 27-dən başlayaraq Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzü ilə bağlı da məlumatlandırıb.

 

O qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində bir sıra şəhərlər, kəndlər və digər yaşayış məntəqələrində çoxlu sayda mülki şəxs həlak olub, evlər, məktəblər, xəstəxanalar və digər sosial infrastruktur dağıdılıb:

 

"Erməni silahlı qüvvələrinin törətdiyi təxribatlara cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatları nəticəsində işğal altında olan bir sıra şəhər, kəndlərimiz və vacib yüksəkliklər azad olunub. Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunması məqsədi ilə döyüşlər davam edir. O, bildirmişdir ki, dayanıqlı sülhün əldə edilməsi üçün beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunmalı, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası təmin edilməli və Ermənistan işğalçı hərbi qüvvələrini Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarmalı, ölkəmizin ərazi bütövlüyü təmin olunmalıdır".

 

E.Rüstəmov bildirib ki, makroiqtisadi siyasət, o cümlədən maliyyə sabitliyi siyasəti post-pandemiya dövründə milli iqtisadiyyatımızın üzləşdiyi yeni çağırışlara yönələcək və maliyyə sektorunun sabitliyini və inklüzivliyini yüksəltməklə iqtisadi artımın dayanıqlı bərpasına dəstək verəcək.

 

Yekunda müzakirələrdə pandemiyanın neqativ təsirlərinin azaldılması və post pandemiya dövründə iqtisadiyyatda bərpa prosesinin sürətləndirilməsi üçün qarşılıqlı əməkdaşlığın əhəmiyyəti qeyd edilib.


Qeyd edikib ki, maliyyə sektorunun keyfiyyətvə yeni iqtisadi artımda rolunun gücləndirilməsi məqsədi ilə hərtərəfli və dərin diaqnostikasının aparılması üçün Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramı çərçivəsində başlanmış əməkdaşlıq davam etdiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir