Modern.az

Saakaşvili: “Gürcüstan dövləti faktiki olaraq məhv olub”

Saakaşvili: “Gürcüstan dövləti faktiki olaraq məhv olub”

Dünya

22 Oktyabr 2020, 16:32

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Gürcüstandakı siyasi vəziyyətə qiymət verib.

Modern.az xəbər verir ki, siyasətçi Zuqdidi şəhərindəki bankın qarət olunmasına cəhdi pisləyib:                                                                             

“Bu nə idi? Təsəvvür edin ki, belə hal nəinki Şevardnadze Gürcüstanında, ümumiyyətlə, heç bir ölkədə baş verə bilməzdi. Dünən bir daha əmin olduq ki, Gürcüstan dövləti faktiki məhv edilib”, - deyə Saakaşvili söyləyib.

Eks-prezidentin fikrincə, həmin gün Vahid Milli Hərəkat Partiyasının Zuqdididə aksiyası olacağı üçün bütün polis qüvvələri əraziyə cəlb olunmuşdu.

 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub