Modern.az

Təkcə Paşinyan yox, bütün erməni xalqı “xəstədir”...

Təkcə Paşinyan yox, bütün erməni xalqı “xəstədir”...

22 Oktyabr 2020, 21:51

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist
 

 

Tarixboyu ermənilərə “bic millət” yarlığı vuranlar, bundan sonra bu fikirdən daşınıb onlara “xəstə millət” desələr, bu, daha doğru olar.

 

Hazırda başını itirmiş və onu ABŞ-da və ya Rusiyada ola bilməsini hələ də müəyyən edə bilməyən erməni “nazirbaşı”nın “indiki halda ya qalib gəlməliyik, ya da məğlub olmalıyıq”, - deyə, diplomatik danışıqlardan imtina edib bütün erməni xalqını müharibəyə səsləməsi, onun ikinci dünya savaşı zamanı Hitlerin son durumda olduğu halına bənzəyir. Ancaq, siyasi baxımdan savadsız və psixoloji xəstə olduğunu nəzərə alsaq, müəyyən mənada onu məğlub olanadək vuruşmaq istəyini hardasa anlamaq olar. Anlaşılmayan isə, bütün erməni xalqının “xəstə” olmasıdır.

 

Diqqət edin, əgər onlar öz xislətlərinə uyğun olaraq, əvvəllər “məzlum” donu geyinib, “timsah göz yaşı” axıdaraq, dünyadan yazıqcasına kömək istəyirdilərsə, ancaq indi bu xalq toplum halında nə qədər xəstələnibsə, onlardan biri – Andronik Susanyan ruslardan öz xalqının əvəzinə ölmələrini həyasızlıqla tələb edir. O, yazır ki, “Rus satqınlar, 140 milyonsunuz, ermənilərə köməyə yüz min əsgər göndərə bilərdiniz, onlar ermənilərin yerinə həlak olsalar da müqəddəs iş üçün ölərdilər, Ermənistan qəhrəmanı olardılar, rus torpağı isə bundan kasıblamazdı, yenə doğub-törəyərdi. Ermənilər azdır, ən qədim ari xalqdır. Onları qorumaq lazımdır”.

 

Əlbəttə, Andronikin bu həyasızlığı ilk baxışdan onun psixi pozğunluğu kimi dəyərləndirilə bilər, ancaq nəzərə alınmalıdır ki, ermənilərin belə düşünənləri və ruslara bu kimi video “müraciətləri” az deyil.  Bu isə onu təsdiq edir ki, ermənilər arasında təkcə Paşinyan yox, bütün erməni xalqı “xəstədir”. Bu arada, yazıçı Jemçuynikovun dediyi, “Qışqıra-qışqıra danışmaq bu xalqın xəstəliyidir. Özgə millətləri də özlərinin xeyrinə qışqırmağa, yalan informasiya yaymağa cəlb edə bilirlər”, sözünü heç kim unutmasın.

 

Ancaq bu yerdə maraqlısı odur ki, erməniləri hər addımda daim dəstəkləyən Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr komitəsi sədrinin birinci müavini, ermənipərəst Konstantin Zatulin də artıq “ağıllanıb” və Ermənistanın “Qraparak” qəzetinə verdiyi müsahibəsində, “Mənim mövqeyimi bilirsiniz - mənə ermənipərəst deyirlər. Ancaq sizə birbaşa demək istəyirəm ki, Rusiyanın nə etməli olduğunu ermənilərdən eşitməkdən bezdik. Özünüz bir şey edin. Bəs Ermənistan indi nə edə bilər? KTMT? Dinləyin, əgər Ermənistan KTMT üzvü kimi maraqlarının pozulduğuna inanırsa, KTMT ilə əlaqə saxlayın. Ermənistan nə edir? Niyə müraciət etmir? Çünki Ermənistan hökuməti Rusiyaya kömək üçün müraciət edərək, bunu elə etməlidir ki, Qərbdəki dostlarını incitməsin. Kimə güvənə biləcəyinizi anlamalısınız. Qərar verməlisiniz. Rusiyanın bu vəziyyəti həll etməyə çalışması normal deyil. Ermənistan siyasi baxımdan bölünür. Baş naziriniz isə keçmiş prezidenti və ya fraksiya rəhbərini həbs edərək ölkəni idarə etməyə davam edəcəyini iddia edir. Belə döyüşürlər?” - deyə, ermənilərin yalvarışına məhəl qoymayıb.

 

Yeri gəlmişkən, bu o Zatulindir ki, bir neçə gün öncə postsovet məkanında hansı ölkənin üstün olmasını önə çıxararaq, Kremlin Azərbaycanın öz torpaqları uğrunda haqlı azadlıq savaşına müdaxilə etməsinin mümkün yolları kimi, “Dağlıq Qarabağı deyil, Ermənistan ərazilərini desant əməliyyatı yolu ilə qorumaq üçün KTMT-yə müraciət etməklə tədbirlər görülməsi və hava blokadasını açmaq lazımdır”, - demişdir. Ancaq, Zatulin bir şeyi bilməlidir ki, Azərbaycan Ordusunun doğma Qarabağı işğaldan azad etmək üçün apardığı döyüşlərin qarşısını almaq, onun hədə-qorxu gəldiyi desantlarının təlimdə kərpic qırması kimi asan məsələ deyil.

 

Bu yerdə bir şeyi də unutmayaq ki, Zatulin öz müsahibəsində, “Baş naziriniz keçmiş prezidenti və ya fraksiya rəhbərini həbs edərək, ölkəni idarə etməyə davam edəcəyini iddia edir”, deyəndə, burada məhz, Levon Ter-Petrosyan və əsasən də Robert Köçəryanın danışıqlar üçün Moskvaya gəlməsinə icazə verilməsinə eyham vurur.  Çünki, erməni qəzeti "Hraparak"ın yazdığına görə, Ermənistan baş diplomatı Z.Mnatsakanyan, iki gün öncə Sergey Lavrovla Moskvada görüşdən sonra heç bir uğur qazana bilmədiyindən, İrəvana dönən kimi təcili Paşinyanın yanına gəlib və gecə yarısı isə, Qarabağ separatçılarının keçmiş “liderləri” Bako Saakyan və Arkadi Qukasyan “nazirbaşını” ziyarət ediblər. Məlum olan budur ki, Saakyan və Qukasyan Paşinyana Levon Ter-Petrosyanla Robert Köçəryanın danışıqlar üçün Moskvaya getməsinə icazə verməsini xahiş ediblər. Ancaq, Paşinyanın keçmiş prezidentlərin hər hansı bir xidmətini özünə sığışdırmadığından, hələ bir neçə gün öncə belə təklifləri rədd etmişdi. Sözsüz ki, Moskva Ermənistanın başçısı kimi daha çox ona “əl verən” adamı görmək istəyir. Bu isə indiki halda Putinlə münasibəti yaxın olan Köçəryandır və ya ən pis halda Ter-Petrosyan ola bilər. Görünür Rusiyanın Ermənistana hətta, sərnişin təyyarəsində Şoyqunun təbirincə desək “tikinti materialı” göndərməsi, yaxın gələcəkdə Paşinyansız Ermənistanda öz istədiyi “adamın xatirinə” və onun vasitəsilə Ermənistanı tam olaraq əldən verməməsinə hesablanıb.

Bu arada isə, Rusiya və Fransa öz növbəsində Ermənistanın hava məkanında qaçaqmalçılıq “fəaliyyətini” və ya “tikinti materialı” daşımasını davam etdirir. Ermənistan Hava Yollarına məxsus “Aircompany Armenia” şirkəti də bu prosesə qoşularaq, artıq 14 oktyabrdan Fransanın Lyon şəhərinə uçuş edir. Digər bir uçuşun bu gün, 22 oktyabra planlaşdırılıb. Bu şirkət Rusiya istiqamətində də fəallaşıb və sabah 23 oktyabrda Rusiyanın Voronej şəhərinə uçuş planlaşdırır. 

Ancaq bütün bu erməni yalvarışlarına və oyunbazlıqlarına baxmayaraq, Azərbaycan Ali Baş Komandanı diplomatiyada, Ordu isə Qarabağda öz haqlı sözünü dünyaya deyir. Ermənistan işğalçı ordusunu Azərbaycan torpaqlarından çıxarmalı və erməni xalqı qonşu ölkələrə qarşı kütləvi halda tutulduqları “torpaq iddiası xəstəliyi”ndən müalicə olunmalıdır! Qoy, bütün dünya birdəfəlik bilsin ki, Qarabağ əzəli və əbədi Azərbaycan torpağıdır. Ermənilər indiyədək tarixi nə qədər saxtalaşdırsalar da, öz çirkin niyyətlərinə çata bilmədilər. Çünki, hər daşı, hər qayası, hər dağı, hər çiçəyi ilə, Qarabağ - Azərbaycandır!

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?