Arxiv
23 Oktyabr 2020, 16:05 | PARLAMENT
“Prezidentin dünənki təbriki İrana olan münasibəti nümayiş etdirdi” - Deputatlar

Dünən Zəngilan rayonu Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olunub.

 

 Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı rəsmi Tvitter hesabında belə bir paylaım edib:

 

"Bu münasibətlə Azərbaycan və İran xalqını təbrik edirəm. Eşq olsun müzəffər Azərbaycan Ordusuna!".

 

Milli Məclisin deputatları Modern.az-a açıqlamalarında dövlət başçısının Azərbaycan və İran vətəndaşlarını təbrik etməsini şərh ediblər:

 

Deputat Cavanşir Paşazadə dövlət başçısının təbrikinin gələcəkdə sakit və rahat formada yaşamağımızın təminatı olduğunu bildirib:

 

“Cənab Prezidentin Ağbənd qəsəbəsinin azad edilməsi ilə İran və Azərbaycan xalqını təbrik etməsi yaxın qonşuluq ənənələrinə söykənir. İran həm də bizə dini cəhətdən yaxındır. Əqidəmiz, ənənəmiz eynidir. Bizim İranda 30 milyona yaxın soydaşlarımız yaşayır. Soydaşlarımız da İran vətəndaşlarıdır. Bu o deməkdir ki, bizim dostluğumuz bundan sonra da davam etməlidir. Cənab Prezidentin dünən verdiyi tapşırıqlar vardı.  Orada yeni bəndin qurulması, yeni tikintilərin aparılması həm İran, həm də Azərbaycanın birgə müəssisələrinin yaradılmasını gerçəkləşdirəcək və İran-Azərbaycan dostluğunun daha da möhkəmlənməsinə gətirib çıxaracaq. Bu da gələcəkdə bizim sakit və rahat qonşuluq formasında yaşamağımızın təminatı deməkdir”.

 

Deputat Məşhur Məmmədov Azərbaycan dövlətinin hər zaman digər dövlətlərin ərazi bütövlüyünü tanıdığını və hörmətlə yanaşdığını xüsusi qeyd edib:

 

“Bildiyiniz kimi, dünən Ağbənd qəsəbəsi işğaldan azad edilib. Bununla da Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olunub. Cənab Prezidentin “Bu münasibətlə Azərbaycan və İran xalqını təbrik edirəm. Eşq olsun müzəffər Azərbaycan Ordusuna!" deməsi ilə İranın ərazi bütövlüyünü dəstəklədi. Ali Baş Komandan bəzi danışıqların əksinə olaraq İrana olan münasibətini nümayiş etdirdi. Bu da ölkə başçısının dövlət başçısı kimi böyüklüyünü bir daha ortaya qoydu. Bəzi qüvvələr Ermənistanın xeyrinə olaraq Azərbaycan və İran arasında gərginlik yaratmağa çalışıblar. Ölkə başçısı bu gərginliyin olmamasına işarə etdi. Eləcə də, cənab prezidentin Azərbaycan və İran xalqını təbrik etməsi İran vətəndaşlarında da ruh yüksəkliyi yaratdı”.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ronaldo “Sportinq”ə keçir? - Futbolçu bahalı maşınlarını Turindən çıxarır - VİDEO 18 May 2021, 00:59 Anar Kərimov 36 illik ayrılıqdan sonra İsa Bulağında - FOTO 18 May 2021, 00:44 Teledərslərin bu günə olan CƏDVƏLİ 18 May 2021, 00:31 Təhlükəsizlik kəmərindən istifadə etməyənlər cərimələndi - FOTO 18 May 2021, 00:23 Azərbaycanda Rusiya peyvəndinin tətbiqinə başlanılır 18 May 2021, 00:10 "Radikal erməni qrupları günahsız insanları qətlə yetiriblər" - Şentop 17 May 2021, 23:59 Azərbaycan səfirliyi qarşısında bədbəxt hadisə 17 May 2021, 23:47 Rusiya aviaşirkəti Türkiyəyə bilet satışını dayandırdı 17 May 2021, 23:34 Dmanisiyə əlavə polis qüvvələri yeridilib - Gürcüstanın DİN rəhbəri 17 May 2021, 23:19 Türkiyədə gündəlik yoluxma sayı 10 minə düşdü 17 May 2021, 23:09 Keçmiş arvadı uşağını ona göstərmədi - özünü qayadan atdı 17 May 2021, 23:00 Sülhməramlılar 80 ermənini Amarasa apardı 17 May 2021, 22:56 Səbinə Əliyevadan Dmanisidəki insidentlə bağlı çağırış 17 May 2021, 22:42 Goranboyda piyadanı maşın vurub öldürdü 17 May 2021, 22:30 İsrail qırıcıları HƏMAS komandirlərinin evlərini bombaladı   17 May 2021, 22:21 Gürcüstanda dava edənlər barışdılar - VİDEO 17 May 2021, 22:08 Samuxda gənci ildırım vurub öldürdü 17 May 2021, 21:57 Ərdoğandan Baydenə: “İndi də qanlı əllərinizlə bir tarix yazırsınız” 17 May 2021, 21:49 13 türkün qətlini əmr edən PKK-çı məhv edildi 17 May 2021, 21:38 "Real"ın futbolçusu koronavirusa yoluxdu 17 May 2021, 21:25 İki güləşçimiz Avropa çempionatının finalına yüksəldi 17 May 2021, 21:11 Messidən əlçatmaz nəticə 17 May 2021, 20:59 Bakıda bu gün evlənən cütlük nikah şəhadətnaməsini itirdi - FOTO  17 May 2021, 20:45 Dünyada ən çox satılan avtomobillər 17 May 2021, 20:38 Dələduz iş başında yaxalandı - VİDEO 17 May 2021, 20:24 Qənirə Paşayeva Tovuzda şəhid ailələri ilə görüşdü - FOTO 17 May 2021, 20:09 Dünya İqtisadi Forumunun xüsusi iclası təxirə salındı 17 May 2021, 20:00 İmtahanda ən yüksək bal toplayan şagird - FOTO 17 May 2021, 19:54 BMT Baş Assambleyası İsrail-Fələstin üçün toplanır 17 May 2021, 19:48 ÜST rəhbərindən G7 ölkələrin hökümət başçılarına ÇAĞIRIŞ 17 May 2021, 19:42 Sabirabadda narkotik becərən şəxs saxlanıldı 17 May 2021, 19:36 Bakı Baş Gömrük İdarəsində əməliyyat - Vəzifəli şəxlər saxlanıldı 17 May 2021, 19:30 Polad Alemdar xanımından BOŞANDI 17 May 2021, 19:24 Qubada iki qardaş qayalıqdan çaya yıxıldı - biri öldü 17 May 2021, 19:18 “Yüksəliş” müsabiqəsi iştirakçıların məlumat bazasını yaratdı 17 May 2021, 19:12