Modern.az

Fransanın məşhur “AGORA VOX Le media citoyen” informasiya portalında Qarabağla bağlı məqalə dərc olunub

Fransanın məşhur “AGORA VOX Le media citoyen” informasiya portalında Qarabağla bağlı məqalə dərc olunub

24 Oktyabr 2020, 16:49

Məqalədə 30 ilə yaxındır ki, Ermənistanla Azərbaycan arasında davam edən münaqişənin əsl mahiyyəti haqqında ətraflı məlumat verilib, tarixçi və jurnalistlərin bu məsələdən danışarkən peşə etikasına riayət etmələrinin vacibliyi vurğulanıb. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunduğu, münaqişə zonasından uzaqda yerləşən  Gəncə və Mingəçevir şəhərlərinin, eləcə də digər yaşayış məntəqələrinin raket atəşinə tutulması da məqalədə yer alıb. 

 

Məqalədə Azərbaycanla Fransa arasında əməkdaşlıq əlaqələri ilə yanaşı, Azərbaycanın iqtisadi əməkdaşlıq baxımından regiondakı geosiyasi mövqeyinə toxunulub, Türkiyənin Azərbaycana hərbi dəstək göstərməsi ilə bağlı ittihamların əsassız olması ilə yanaşı, münaqişənin müsəlman-xristian qarşıdurması  kimi qələmə verilməsinin yalnış olduğu qeyd olunub. Azərbaycanın çoxkonfessiyalı və multietnik ölkə olması, Dağlıq Qarabağın isə Azərbaycanın ayrılmaz tərkib hissəsi olması faktının həm tarixi həqiqətə, həm dən  beynəlxalq hüquq normalarına əsaslandığı xüsusi ilə vurğulanıb. 

 

 

//mobile.agoravox.fr/tribune-libre/article/conflit-azerbaidjan-armenie-tous-227995

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü