Modern.az

“PKK terrorçuları Ermənistan ordusunun sıralarında Azərbaycana qarşı döyüşür”

“PKK terrorçuları Ermənistan ordusunun sıralarında Azərbaycana qarşı döyüşür”

Aktual

24 Oktyabr 2020, 21:50

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin “A haber” telekanalına müsahibə verib.

 

Modern.az-ın məlumatına görə, H.Hacıyev Azərbaycan-Ermənistan arasında baş verən son hərbi toqquşmalar nəticəsində 64 nəfər azərbaycanlı mülki vətəndaşın həlak olduğunu xatırladıb.

 

Azərbaycan Prezidentin köməkçisi Ermənistanın bu davranışlarını PKK terror təşkilatının taktikaları ilə müqayisə edib.

 

H.Hacıyev həmçinin qeyd edib ki, PKK terrorçularının bir qrupu Ermənistan ordusunun sıralarına qoşularaq  Azərbaycana qarşı vuruşur və onlar cəbhənin ön hissələrindədirlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir