Modern.az

Ronaldu Həbibi təbrik etdi

Ronaldu Həbibi təbrik etdi

Aktual

25 Oktyabr 2020, 09:08

Turin "Yuventus"unun və Portuqaliya yığmasının futbolçusu Kriştianu Ronaldu Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovu amerikalı Castin Qetji üzərində qələbə çalması münasibətilə təbrik edib.

 

Modern.az xəbər verir ki, bu barədə futbolçu özünün “Instagram“dakı səhifəsində yazıb.

 

"Təbrik edirəm, qardaş! Sənin atan səninlə fəxr edərdi", - deyə o yazıb.

Xatırladaq ki, təkbətək döyüş ikinci raundda Nurməhəmmədovun vaxtından əvvəl boğucu fəndlə qalib gəlməsi ilə qurtarıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır