Arxiv
27 Oktyabr 2020, 16:30 | MƏDƏNİYYƏT
Allahşükür Paşazadədən II Qareqinə CAVAB

Qafqaz Müsəlmanları İdarəsinin Sədri Şeyxülislam Allahşükür Paşazadə bütün ermənilərin katalikosu II Qareginin kilsə adından xalqı və hətta uşaqları belə ölümə qədər hərbi savaşa çağırmasına dair açıqlaması ilə bağlı bəyanat verib.

 

QMİ-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, bəyanatda deyilir: 

 

"Təcavüzkar Ermənistan rejimi 2020-ci ilin ilin iyul ayından etibarən yeni hərbi təxribatlara əl ataraq, Azərbaycanın Dağlıq Qarabağ və onun ətrafındakı  ərazilərində, həm də Ermənistan ilə dövlət sərhədində yerləşən yaşayış məntəqələrimizi və mülki əhalimizi hədəfə götürüb. 30 ilə yaxın müddətdə ATƏT çərçivəsində danışıqlar prosesinin əməli nəticə verməməsi, BMT TŞ-nin məlum 4 qətnaməsinin yerinə yetirilməməsi və Ermənistanın son hərbi təcavüzü xalqımızın səbrini tükədib və Azərbaycan öz suveren hüququndan istifadə edərək, ərazi bütövlüyünü bərpa etmək və beynəlxalq birlik tərəfindən tanınmış ərazilərini işğaldan azad etmək üçün mübarizəyə qalxıb.   

 

Rusiyanın və ABŞ-ın vasitəçiliyi ilə Moskvada və Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iştirakı ilə keçirilmiş görüşlərdə müvəqqəti humanitar atəşkəs haqqında müvafiq razılaşmalar əldə olunub. Lakin faktlar onu göstərir ki,  Ermənistan heç də sülhə meylli deyil və atəşkəsdən sui-istifadə edərək öz həqiqi qəsbkar niyyətlərini nümayiş etdirməkdədir. Belə ki, Ermənistan  göstərilən razılaşmalardan dərhal sonra BMT-nin məlum qətnamələri və 1949-cu il Cenevrə Konvensiyalarını kobud şəkildə pozaraq öz hərbi cinayətlərini və vandalizm aktlarını davam etdirməkdə və Azərbaycanın hərbi əməliyyatların baş verdiyi bölgədən yüz km. aralıda yerləşən yaşayış məntəqələrini ağır artilleriya ilə raket atəşinə tutmaqda davam edir. Bunun nəticəsində 27 sentyabr tarixindən bu günədək Ermənistan ərazisindən Azərbaycanın şəhər və yaşayış məntəqələrinin, o cümlədən Azərbaycanın ikinci əhəmiyyətli şəhəri olan Gəncənin atəşə tutulması nəticəsində azyaşlı uşaqlar olmaqla, 65 dinc sakinimiz həlak olub, 297 nəfər yaralanıb, 2243 fərdi ev, 90 çoxmənzilli ev, 402 mülki obyekt dağıdılıb, salamat qalan uşaqlar arasında hər iki valideynini itirənlər var. 

 

Münaqişə başlanan zamandan bu günədək təcavüzkar Ermənistan sivil əhalimizə qarşı terror tətbiq edərək işğal olunmuş ərazilərimizdə Azərbaycanın öz rəngarəngliyi ilə fərqlənən mədəni və mənəvi irsinə aid olan məbədlərimizi, qəbirstanlıqlarımızı, tarixi abidələrimizi, muzey və kitabxanalarımızı darmadağın edib. Bununla kifayətlənməyən qəsbkar erməni ekstremistlər əsarətdə qalan məscidlərimizi tövləyə çevirərək, İslam dinində haram sayılan heyvanların saxlanılması kimi misli görünməmiş vandal həqarət əməllərindən belə çəkinməyiblər. Erməni ekstremistləri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yüzlərlə məscid, məbəd və kilsələr, minlərlə məzarlıq, 706 taixi abidə və muzey, 927 kitabxana, 1107 təhsil müəssisəsi, 40 min muzey eksponatı dağıdılıb  və talan edilib". 

 

Şeyxülislam bildirib ki, bütün bunlara baxmayaraq, Azərbaycan dövləti və ictimaiyyəti daim münaqişənin sülh yolu ilə həllinə, müxtəlif səviyyələrdə, o cümlədən dini müstəvidə danışıqlar prosesinə tərəfdar olub: "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində dini liderlərin üçtərəfli Möntre, Rostov, Moskva, Tbilisi, Yerevan, Bakı görüşləri münaqişənin dini müstəviyə keçməsinə yol verməmək məqsədlərini daşıyıb.

 

Təssüflə qeyd olunmalıdır ki, bizim hər zaman münaqişənin sülh yolu ilə ədalətli həllinə səy göstərməyimiz müqabilində qarşı tərəf, xüsusilə də erməni kilsəsi öz aqressiv münasibətini və qızışdırıcı fəaliyyətini davam etdirməkdədir. Belə ki, bir neçə gün əvvəl bütün Ermənistan katalikosu II Qareginin son müraciəti, kilsə adından xalqı və hətta uşaqları belə ölümə qədər hərbi savaşa çağırması dini lider olaraq ona baş ucalığı gətirmir və münaqişəyə dini don geyindirmək, daha böyük fəlakətlərə səbəb ola biləcək xristian-müsəlman qarşıdurması kimi təqdim etmək amallarına xidmət edir.

 

Din xadiminin ən ümdə mənəvi borcu insan həyatını qorumaq, ədalətə söykənməkdir. II Qareqin deyir ki, hazırkı müharibəyə onları Azərbaycan vadar edib. Sual verirəm - Azərbaycan sizi öz ərazilərində müharibəyəmi dəvət edib, ya torpaqlarınızamı göz dikib?  Erməni dini lideri bildirir ki, Qarabağ heç zaman Azərbaycan tərkibində ola bilməz. Bu din xadiminin təcavüzə bəraət verməsi və xalqları qarşıdurmaya sövq etməsi deyilmi? Sual olunur - on minlərlə erməni vətəndaşının bu gün də Azərbaycanda əmin-amanlıq şəraitində yaşadığını, Bakının mərkəzində yerləşən, bərpa edilən və abad şəkildə qorunan erməni kilsəsini və kitabxanasını nə tez unutdunuz? Bunun əksi olaraq, Ermənistanda və işğal olunmuş Azərbaycan ərazilərində mədəni-mənəvi irsimizin məhv edilməsi, bir nəfər belə azərbaycanlının qalmadığı sizin etnik təmizləmə və vandalizm siyasətinizin bariz nümunəsi deyilmi?

 

Erməni kilsəsi bizi düşmən adlandıraraq, beynəlxalq birliyi “bu vəhşılikdən qurtarmağa” çağırır. Sual olunur - öz torpaqlarını qəsbkarlardan azad etmək nə vaxtdan vəhşilik adlanır, yoxsa Azərbaycan ərazilərində - Xocalıda, Gəncədə, Tərtərdə dinc əhaliyə qarşı törətdiyiniz vəhşilikər Qareginin dediyi kimi, “vətən və dövlətçiliyin qorunması üçün” tarixə qanlı hərflərlə yazılıb?

 

Bütün dünya bilməlidir, hazırkı hərbi qarşıdurma Azərbaycan ərazilərində baş verir. Biz öz haqq işimizdə hər hansı dinə və millətə qarşı deyilik, heç bir ölkəyə təcavüz etməmişik və Qarabağda yaşayan erməniləri düşmən deyil, öz vətəndaşımız hesab edirik. Biz liderimiz İlham Əliyevin ətrafında sıx birləşərək işğal olunmuş öz əzəli torpaqlarımızı qəsbkarlardan azad etdikdən sonra ermənilərlə birgə yaşamaq, Qarabağımızı inkişaf etdirmək və firavan məkana çevirmək əzmindəyik. 

 

Biz Vətənimiz Azərbaycanda sülhə və əmin-amanlığa nail olunması üçün bu niyyətlərimizdə bütün dünya birliyinin dəstəyinə ümid edirik!". 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rusiya sülhməramlıları Laçın dəhlizində - VİDEO 1 Dekabr 2020, 09:22 Dollar yeni aya bu məzənnə ilə BAŞLADI 1 Dekabr 2020, 09:17 “Ermənilər burada ölülərlə döyüşürdü” - “Dojd” telekanalı Füzulidə + VİDEO 1 Dekabr 2020, 09:12 Azərbaycanın 5 şahmatçısı FIDE reytinqində irəlilədi 1 Dekabr 2020, 09:06 Gücü və şücaəti ilə düşməni qorxuya salan qəhrəman şəhidlərimiz - VİDEO 1 Dekabr 2020, 09:00 Trampın müşaviri istefa verdi 1 Dekabr 2020, 08:24 Bakıda yük avtomobilləri toqquşub - ölən var 1 Dekabr 2020, 08:10 Türkiyə Müdafiə Nazirliyindən Laçın PAYLAŞIMI 1 Dekabr 2020, 01:40 Paytaxtda “Opel” yandı 1 Dekabr 2020, 01:00 “Barselona” yeni prezidentini bu tarixdə seçəcək 1 Dekabr 2020, 00:55 İraqda daha bir SEPAH komandiri öldürüldü 1 Dekabr 2020, 00:42 Setyen "Barselona"nı məhkəməyə verdi 1 Dekabr 2020, 00:29 Azərbaycan Ordusu Laçına daxil oldu - RƏSMİ - VİDEO 1 Dekabr 2020, 00:15 Laçın bu gün Azərbaycana qaytarılır 1 Dekabr 2020, 00:01 Britaniyada daha 12 min nəfərdə yoluxma aşkarlandı 30 Noyabr 2020, 23:54 Paşinyanın istefasını tələb edən onlarla etirazçı saxlanıldı 30 Noyabr 2020, 23:47 Baş nazir koronavirusa yoluxdu 30 Noyabr 2020, 23:35 Tələbələrin ölümü ilə nəticələnən qəzanın görüntüləri yayıldı - VİDEO 30 Noyabr 2020, 23:23 Azərbaycan Gürcüstana humanitar yardım göndərdi 30 Noyabr 2020, 23:10 İtaliyada koronavirusla bağlı son vəziyyət 30 Noyabr 2020, 22:59 Türkiyədə koronavirusdan rekord ölüm 30 Noyabr 2020, 22:44 Sonuncu erməni Laçını tərk etdi - VİDEO 30 Noyabr 2020, 22:30 Çempionlar Liqası matçını ilk dəfə qadın hakim idarə edəcək 30 Noyabr 2020, 22:18 Türkiyədə qadağalar sərtləşdirildi - Ərdoğan məhdudiyyətləri açıqladı 30 Noyabr 2020, 22:05 OPEK qərarını verdi 30 Noyabr 2020, 21:58 Teledərslərin sabaha olan CƏDVƏLİ 30 Noyabr 2020, 21:46 “Barselona” Messinin bu hərəkətinə görə cərimələnəcək 30 Noyabr 2020, 21:35 “AzerTelecom”un layihəsi beynəlxalq konfransda müzakirə edilib - FOTO 30 Noyabr 2020, 21:29 Ermənistanda növbəti etiraz aksiyası 30 Noyabr 2020, 21:21 Gürcüstanda zəlzələ 30 Noyabr 2020, 21:07 Türkiyənin hərbi istehkamçıları Azərbaycana gəlib - RƏSMİ 30 Noyabr 2020, 20:54 Tramp vaksinin istifadəsinə icazə verməyə çağırdı 30 Noyabr 2020, 20:49 Gürcüstanda nazir və müavini koronavirusa yoluxdu 30 Noyabr 2020, 20:36 Nazir Günay Əfəndiyeva ilə görüşdü 30 Noyabr 2020, 20:24 Salyanda azyaşlını maşın vurdu 30 Noyabr 2020, 20:13
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?