Modern.az

“Ermənistan Azərbaycan ordusunu vadar edir ki, əks-həmlə tədbirləri həyata keçirsin”

“Ermənistan Azərbaycan ordusunu vadar edir ki, əks-həmlə tədbirləri həyata keçirsin”

27 Oktyabr 2020, 20:16

“Ermənistan Zəngilan və Qubadlı istiqamətində Azərbaycan-Ermənistan sərhədinin olduğunu qəbul etməlidir”.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

 

Prezident köməkçisi deyib ki, sərhədin əks istiqamətindən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücumlar həyata keçirilir və bu, Azərbaycan Silahlı Qüvvələrini vadar edir ki, əks-həmlə tədbirləri həyata keçirsin:

 

“Ermənistan Azərbaycanın sərhədlərinə hörmət etməlidir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir