Modern.az

Ermənilər Bərdəyə qadağan olunmuş “Smerç” raketi atıb - ANAMA

Ermənilər Bərdəyə qadağan olunmuş “Smerç” raketi atıb - ANAMA

27 Oktyabr 2020, 22:07

Bu gün Ermənistan silahlı qüvvələri tərəfindən Bərdəyə atılan raketin növü məlum olub.

 

Modern.az xəbər verir ki, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) məlumatına görə, Ermənistan Bərdədə mülki şəxslərə qarşı "Smerç" raketindən istifadə edib.

 

Bildirilib ki, mülki insanlara qarşı belə kasetli bombaların istifadəsi qadağandır.

 

Xatırladaq ki, hadisə nəticəsində 4 nəfər (İsgəndərova Aysu Rövşən qızı - 7 yaş, Cəfərova Ofelya Məcid qızı - 51 yaş, Əhmədova Aybəniz - 61 yaş, Baxşəliyev Ehtiram Xəlil oğlu - 38 yaş) həlak olub, 13 yaralı var. Yaralılardan 4-ü uşaqdır.

 

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu