Modern.az

Bərdədə ölənlərin sayı 20-yə çatıb - Hikmət Hacıyev

Bərdədə ölənlərin sayı 20-yə çatıb - Hikmət Hacıyev

Aktual

28 Oktyabr 2020, 15:30

Ermənistan Bərdə şəhərində soyqırımı aktı törədib.

Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

"Ölənlərin sayı 20-yə çatır, 40-dan çox yaralı var. Hər biri günahsız sakinlərdır. Biz "Human Rights Watch" və "Amnesty İnternational"ı Ermənistanın hərbi cinayətlərini araşdırmağa dəvət edirik", - H.Hacıyev qeüyd edib.

Prezidentin köməkçisi deyib ki, Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı hücumları davam etdirsə, adekvat tədbirlər görüləcək.

O qeyd edib ki, Azərbaycan heç bir şəkildə mülki əhalini və obyektləri hədəfə almır.

"Döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistan isə qisasını mülki insanlardan almağa çalışır. Lakin Ermənistan tərəfi bu hücumlarını davam etdirərsə, biz mülki vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görəcəyik".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir