Modern.az

Ermənistanın törətdiyi Bərdə terroru Moldova mətbuatında

Ermənistanın törətdiyi Bərdə terroru Moldova mətbuatında

Aktual

29 Oktyabr 2020, 11:00

“Oktyabrın 28-də  Ermənistanın Bərdəyə raket atması və 20-dən çox mülki insanın ölməsi, eləcə də 70-dən çox insanın yaralanması Moldova mətbuatında geniş işıqlandırılıb”.

 

Bu barədə Modern.az-a  Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov bildirib.

 

Səfir qeyd edib ki, Ermənistanın cinayətkar əməlləri Moldova mətbuatında geniş formada yer alır:

 

“Bu növbəti erməni vəhşiliyidir. Biz xaricdə təmsil olunan diplomat kimi bu vəhşiliyi dünyaya çatdırırıq. Son günlərdə Azərbaycanın ən böyük şəhəri olan Gəncəyə, ardınca Bərdəyə edilən hücumlar bir daha Ermənistanın humanitar atəşkəsə əməl etmədiyini göstərir”.

 

Qüdsi Osmanovun sözlərinə görə, Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyində Ermənistanın Azərbaycana qarşı yeni təcavüzünü pisləyən tədbirlər keçirilməkdə davam edir:

 

“Moldova sakinləri tərəfindən erməni təcavüzünü pisləyən yüzlərlə dəstək məktubları alırıq. Eləcə də səfirliyin önündə keçirdiyimiz tədbirlərdə moldovalı deputatlar da Azərbaycanın haqq işini dəstəkləyir və Ermənistanın işğalçılıq siyasətini və cinayətkar əməllərini pisləyirlər.  Eyni zamanda, keçirdiyimiz tədbirdə çoxsaylı KİV nümayəndələri iştirak edir və Azərbaycanın mülki insanlarına qarşı edilən cinayətləri qeyd edirlər”

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü