Arxiv
29 Oktyabr 2020, 17:15 | AKTUAL
Nazirlik rəsmisindən gənclərin ordumuza dəstəyi ilə bağlı AÇIQLAMA

Cəbhə bölgəsində döyüşlərin gərgin getdiyi bu dönəmdə ordumuza, dövlətimizə dəstək olmaq, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə daha geniş çatdırmaq məqsədi ilə gənclər də gərgin mübarizə aparır.

 

Bu barədə Modern.az-a Gənclər və İdman Nazirliyinin mətbuat katibi Samayə Məmmədova deyib.

 

Mətbuat katibinin sözlərinə görə, bu məqsədlə onlar  müxtəlif ölkələrin parlament, konqress, senat üzvlərinə, dövlət rəsmilərinə məlumat xarakterli müraciət ünvanlayır, Ermənistanın ölkəmizə yönəlmiş işğal, aqressiya, terror siyasəti haqqında məlumatlar verirlər.

 

BMT-nin 4 qətnaməsi (822, 853, 874, 884) tərəfindən Azərbaycan ərazisi kimi tanınan torpaqlarına Ermənistanın iddialı olması, eyni zamanda, hal-hazırda beynəlxalq hüququn prinsip və normalarını pozaraq hərbi əməliyyatların getmədiyi Gəncə, Tərtər, Ağdam, Füzuli, Mingəçevir, Bərdə  və digər şəhər və rayonlarda sivil əhaliyə qarşı törədilən terror aktları bu məktublarda öz əksini tapır.

 

Gənclərin məktublarına Baptist Dünya İttifaqı İnteqral Missiya Rəhbəri Everton Jackson, Bosniya Hersoqovina Parlament üzvü Semsudin Mehmedovic, İrlandiya Parlament qrupunun vitse sədri Cian OCallaghan ölkəmizin haqlı mövqeyini dəstəkləyən cavablar verib, BMT qətnamələrini pozan Ermənistanın işğalçılıq, aqressiya və terror siyasətini pisləyərək, Azərbaycan xalqı ilə həmrəy olduqlarını qeyd ediblər.

 

Öz növbəsində Azərbaycanın ədalətli mövqeyini qoruyan bu şəxslərə gənclərimiz tərəfindən təşəkkür bildirilib.

 

Qeyd edək ki, bundan öncə ABŞ-ın Kalifornia Ştatının Senatoru Dianne Feinstein, Georgia senatoru Kelly Leoffler, Almaniya Bundestaqından Mahmut Özdemir  gənclərə cavab olaraq dəstək məktubu göndərib, Azərbaycanın yanında olduqlarını bəyan etmişdilər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Goranboy və Qazaxda mərmilər aşkarlandı - FOTO 28 Yanvar 2021, 03:33 “Real Madrid”in vəziyyəti pisləşir 28 Yanvar 2021, 02:45 “Barselona” İspaniya Kubokunun 1/4 finalına yüksəldi 28 Yanvar 2021, 02:22 Azərbaycanlı Kubada vəfat edib 28 Yanvar 2021, 01:01 Bayden bu iki ölkəyə silah satışını dayandırdı 28 Yanvar 2021, 00:56 Kann Film Festivalı yenidən təxirə salındı 28 Yanvar 2021, 00:51 Baş həkim işdən çıxdı - FOTO 28 Yanvar 2021, 00:44 Türkiyə Super Kubokunun qalibi məlum oldu 28 Yanvar 2021, 00:35 Britaniyanın ardınca ABŞ-dan Azərbaycana ZƏFƏR TƏBRİKİ 28 Yanvar 2021, 00:22 Tehran Mənsimov Şuşa əməliyyatından danışdı 28 Yanvar 2021, 00:06 AŞPA-da azərbaycanlı deputatdan erməni həmkarına irad: “Şuşi yox, Şuşa” 27 Yanvar 2021, 23:51 AŞPA QHT-lərə məhdudiyyətlərlə bağlı qətnamə qəbul etdi 27 Yanvar 2021, 23:43 Rusiya ABŞ-a nota verdi 27 Yanvar 2021, 23:28 FED-dən uçot dərəcəsi ilə bağlı qərar 27 Yanvar 2021, 23:14 Ərdoğan amerikalı milyarderlə kosmik əməkdaşlığı müzakirə etdi 27 Yanvar 2021, 23:01 Misir Hava Yollarının yeni rəhbəri müsahibə zamanı öldü - FOTO 27 Yanvar 2021, 22:50 Naftalan sakini ayağını laqonda ilə kəsdi 27 Yanvar 2021, 22:36 Dilçilik İnstitutunun "Qaynar xətt"i yenidən işə başlayır 27 Yanvar 2021, 22:24 Səməd Seyidov AŞPA-nın yeni prezidenti ilə görüşdü - FOTO 27 Yanvar 2021, 22:13 Bakıda ata və oğlunu maşın vurdu 27 Yanvar 2021, 22:02 “Növbəti pandemiya on dəfə daha ağır ola bilər” - Bill Qeyts 27 Yanvar 2021, 21:49 Universitet tələbəsi dəm qazından öldü 27 Yanvar 2021, 21:34 Azay Quliyev Azərbaycanın “altılıq platforması” təşəbbüsündən danışdı - VİDEO 27 Yanvar 2021, 21:27 “WhatsApp”da virus yayılır 27 Yanvar 2021, 21:15 “Aeroflot” Moskva-Bakı reyslərini ləğv edəcək 27 Yanvar 2021, 21:04 Vəkillər Kollegiyasına yeni üzvlər qəbul edildi - SİYAHI 27 Yanvar 2021, 20:53 Ermənilər Qubadlıda qəbiristanlığı belə dağıdıb - FOTO 27 Yanvar 2021, 20:41 Naxçıvan dəhlizi bu tarixdə müzakirəyə çıxarılacaq 27 Yanvar 2021, 20:28 “Ermənistan Azərbaycan və Türkiyə əməkdaşlığından faydalana bilər” - Hikmət Hacıyev 27 Yanvar 2021, 20:15 Dəniz quldurlarının öldürdüyü Fərman İsmayılov dəfn olundu - FOTO 27 Yanvar 2021, 20:02 Rza Diqqəti Natəvanın məqbərəsində törədilən vandalizmlə bağlı paylaşım etdi - FOTO 27 Yanvar 2021, 19:46 Anar Kərimov Fransanın dövlət katibi ilə görüşüb - FOTO 27 Yanvar 2021, 19:38 Azərbaycanda yeni xalça fabriki fəaliyyətə başlayacaq 27 Yanvar 2021, 19:30 Qusarda Vəkil Bürosu yaradıldı 27 Yanvar 2021, 19:23 “Azərbaycan xalqına kiçik də olsa, siqnal verirdim ki...” - İlham Əliyev 27 Yanvar 2021, 19:15