Arxiv
30 Oktyabr 2020, 19:35 | AKTUAL
Nazirlik islahat strategiyasını qəbul etdu

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində islahat strategiyasının həyata keçirilməsi proqramına start verildi.

 

Modern.az bununla əlaqədar xıbır verir ki, oktyabrın 30-da Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin islahat strategiyasının təqdimatı keçirildi.  

Əvvəlcə Vətən müharibəsində şəhid olan igid oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edildi, sonra Dövlət himni səsləndirildi.

 

Tədbirdə çıxış edən Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov islahatların forma və məzmun üzrə aparılacağını, mədəniyyətin müxtəlif dəyər sistemlərini özündə ehtiva etdiyini vurğuladı: “Mədəniyyət dövlətin strateji sahələrindən biridir. Mədəniyyət, həmçinin, xalqın mənəvi-ideoloji gücüdür. Bu ilin 27 sentyabr tarixinə qədərki Azərbaycan cəmiyyəti ilə bugünkü cəmiyyət çox fərqlidir. Bu da ona işarədir ki, xalq dəyərlərə nə qədər bağlı olursa, milli ruh da bir o qədər də güclü olur. Hazırda Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər ordumuz tariximizin şanlı səhifələrini yazır, işğal altındakı torpaqlarımızı düşməndən azad edir. Ordumuzun bu uğurlarında xalqımızın ruh yüksəkliyi də mühüm rol oynayır”.  

 

Bildirdi ki, islahat strategiyası Mədəniyyət Naziliyinin tarixin yeni şanlı səhifəsinə qədəm qoymuş Azərbaycanın müasir tələb və şərtlərinə uyğunlaşdırılmasını nəzərdə tutur. Həmçinin qeyd etdi ki, yeni strategiyanın məqsədi mədəni irsimizi qoruyaraq onun müasir formalarının yaradılmasını dəstəkləmək, mədəniyyəti müstəqilliyimizin bir təzahürü kimi inkişaf etdirmək və nəticə etibarə ilə mədəniyyətin iqtisadi inkişafa töhfəsini gücləndirməkdir.

Anar Kərimov islahat qrupunun yaradılması prosesi, Mədəniyyət Nazirliyinin yeni baxışı, missiya və məqsədləri, eləcə də strateji istiqamət və prioritetlər haqqında ətraflı məlumat verdi.     

İslahat strategiyası müasir idarəetmə üsullarının və iqtisadi modellərinin tətbiqi, şəffaflıq və səmərəliliyin artırılması və ən əsası insan kapitalının müasir tələblərə uyğunlaşdırılması və inkişaf etdirilməsini ehtiva edir.

 

Bununla yanaşı, tədbirdə iştirak edən nazirliyin əməkdaşlarına islahat strategiyasının təfərrüatları təqdim edilmiş və islahatın həyata keçirilməsi üçün nazirlik daxili islahat mədəniyyətinin və islahatın idarə edilməsinin zəruri olması qeyd edilmişdir. İslahatların uğuru hər bir əməkdaşın bu prosesdə fəal iştirakından asılı olduğu tədbir zamanı xüsusilə vurğulanıb.

Dəyişiklikləri həyata keçirmək məqsədi ilə nazirlik çərçivəsində islahat prosesinin idarə edilməsi məqsədilə Rəhbər Komitə və İslahat Kommissiyası təsis edilmişdir. İslahatın ilkin mərhələsinin bir il ərzində həyata keçirilməsi nəzərdə tutulur.

Daha sonra tədbir çağdaş reallıqlara uyğunlaşmaq üçün islahatların vacibliyi, strateji istiqamətlər və prioritetlər, yeni yanaşmalar ətrafında fikir mübadiləsi ilə davam etdi.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Koronavirus xəstəsi barədə cinayət işi başlanıldı 1 Dekabr 2020, 10:10 Laçında Azərbaycan bayrağı qaldırıldı - VİDEO 1 Dekabr 2020, 10:04 28 koronavirus xəstəsi saxlanıldı - 19 nəfərə cinayət işi açıldı 1 Dekabr 2020, 09:58 Türkiyə səfirliyindən Laçın TƏBRİKİ 1 Dekabr 2020, 09:52 Koçaryan yenidən hakim qarşısına çıxarılır 1 Dekabr 2020, 09:46 Dəmir yolu körpüsünün tikintisi yekunlaşdı - FOTO 1 Dekabr 2020, 09:40 Hakimlər Paşinyanla görüşməkdən imtina etdi 1 Dekabr 2020, 09:34 Neft yenidən ucuzlaşdı 1 Dekabr 2020, 09:28 Rusiya sülhməramlıları Laçın dəhlizində - VİDEO 1 Dekabr 2020, 09:22 Dollar yeni aya bu məzənnə ilə BAŞLADI 1 Dekabr 2020, 09:17 “Ermənilər burada ölülərlə döyüşürdü” - “Dojd” telekanalı Füzulidə + VİDEO 1 Dekabr 2020, 09:12 Azərbaycanın 5 şahmatçısı reytinqində irəlilədi 1 Dekabr 2020, 09:06 Gücü və şücaəti ilə düşməni qorxuya salan qəhrəman şəhidlərimiz - VİDEO 1 Dekabr 2020, 09:00 Trampın müşaviri istefa verdi 1 Dekabr 2020, 08:24 Bakıda yük avtomobilləri toqquşub - ölən var 1 Dekabr 2020, 08:10 Türkiyə Müdafiə Nazirliyindən Laçın PAYLAŞIMI 1 Dekabr 2020, 01:40 Paytaxtda “Opel” yandı 1 Dekabr 2020, 01:00 “Barselona” yeni prezidentini bu tarixdə seçəcək 1 Dekabr 2020, 00:55 İraqda daha bir SEPAH komandiri öldürüldü 1 Dekabr 2020, 00:42 Setyen "Barselona"nı məhkəməyə verdi 1 Dekabr 2020, 00:29 Azərbaycan Ordusu Laçına daxil oldu - RƏSMİ - VİDEO 1 Dekabr 2020, 00:15 Laçın bu gün Azərbaycana qaytarılır 1 Dekabr 2020, 00:01 Britaniyada daha 12 min nəfərdə yoluxma aşkarlandı 30 Noyabr 2020, 23:54 Paşinyanın istefasını tələb edən onlarla etirazçı saxlanıldı 30 Noyabr 2020, 23:47 Baş nazir koronavirusa yoluxdu 30 Noyabr 2020, 23:35 Tələbələrin ölümü ilə nəticələnən qəzanın görüntüləri yayıldı - VİDEO 30 Noyabr 2020, 23:23 Azərbaycan Gürcüstana humanitar yardım göndərdi 30 Noyabr 2020, 23:10 İtaliyada koronavirusla bağlı son vəziyyət 30 Noyabr 2020, 22:59 Türkiyədə koronavirusdan rekord ölüm 30 Noyabr 2020, 22:44 Sonuncu erməni Laçını tərk etdi - VİDEO 30 Noyabr 2020, 22:30 Çempionlar Liqası matçını ilk dəfə qadın hakim idarə edəcək 30 Noyabr 2020, 22:18 Türkiyədə qadağalar sərtləşdirildi - Ərdoğan məhdudiyyətləri açıqladı 30 Noyabr 2020, 22:05 OPEK qərarını verdi 30 Noyabr 2020, 21:58 Teledərslərin sabaha olan CƏDVƏLİ 30 Noyabr 2020, 21:46 “Barselona” Messinin bu hərəkətinə görə cərimələnəcək 30 Noyabr 2020, 21:35
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?