Modern.az

Azərbaycanlı şirkət rəhbəri “McDonald’s”a görə xalqı təhqir edir - FOTO

Azərbaycanlı şirkət rəhbəri “McDonald’s”a görə xalqı təhqir edir - FOTO

31 Oktyabr 2020, 20:01

"Buglance" şirkətinin təsisçisi və direktoru Toğrul Səməd (Səmədov) “McDonald’s”ı Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə dəstək ifadə edən posterləri ermənilərin təzyiqi ilə sildiyi üçün boykot edən azərbaycanlıları təhqir edib.

 

Modern.az xəbər verir ki, o, bununla bağlı təhqiramiz ifadələri sosial şəbəkə hesabında yazıb.

 

T.Səməd “McDonald’s”ın Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə dəstək ifadə edən posterləri silməsini şirkətin siyasətə qarışmaması kimi əsaslandırıb. Daha sonra “McDonald’s”ı boykot edənləri “tupoy” adlandırıb.

İzləyicilərin haqlı etirazından sonra təhqiramizi paylaşımı silən şirkət təsisçisi bir gün sonra yenidən insanları təhqir edən status yayımlayıb.

 

Qeyd edək ki,  hazırda minlərlə sosial şəbəkə istifadəçisi “McDonald’s”ı boykot edir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!