Arxiv
31 Oktyabr 2020, 21:39 | AKTUAL
Əlcəzair milli bayramını qeyd edir

1954-cü ilin 1 noyabr tarixində, 132 illik müstəmləkəçilikdən sonra azadlığa qovuşan və müstəqilliyini bərpa edən Əlcəzair, hər il bu tarixdə şərəfli inqilabı anmaq üçün öz milli bayramını qeyd edir.

 

Bu barədə Modern.az-a Əlcəzairin Azərbaycandakı səfirliyindən məlumat verilib.

 

Bildirilib ki, 2020-ci ildə Əlcəzair üçün möhtəşəm bir hadisə olan azadlıq mübarizəmizin 66-cı ildönümü qeyd olunur:

 

"Doğrudur, hazırki sanitar vəziyyət bizə tədbiri ən yüksək səviyyədə qeyd etməyə imkan verməsə də, lakin bu, Əlcəzair  xalqına ata-baba yurdumuzun işğalı və istilasına son qoymaq üçün həyata keçirdiyi azadlıq mübarizəsinin xatirəsini sevinc və qürurla yad etməsi üçün mane olmayacaqdır.

 

Bu anma, xalqımız tərəfindən böyük fədakarlıqlar, qan və göz yaşları bahasına şərəfli və cəsarətlə aparılan silahlı mübarizə dastanlarını xatırlamaq üçün bir fürsətdir.  Bu anım günü, bizə şəhidlərimizin və cəsarətli mücahidlərimizin, dünyadan gedənlərin xatirəsinə, həm də Allahın iznilə həyatda qalanlara bir anlıq  vətənpərvərlik  və minnətdarlığımızı bildirmək üçün imkan verir.

 

Həqiqətən, bir əsrdən artıq bir müddət ərzində müstəmləkəçi doktrinası, ardıcıl inqilabları ilə cəsarət və qəhrəmanlıqla işğala tam və səmimi şəkildə qarşı çıxan Əlcəzair uşaqlarının, qadın və kişilərinin döyüşkənliyi və müqavimətilə üz-üzə qaldı və bu, uzun bir müstəmləkə gecəsindən sonra Əlcəzayir xalqının dirçəlməsinə gətirib çıxardı.

 

Sarsılmaz bir inanca sahib olan xalqımız, müqəddəs torpaqlarında varlığının davamlı olmasına güvənən müstəmləkəçiliyə qarşı şiddətli bir mübarizə apardı.  Beləliklə, 1 Noyabr Əlcəzairlilərin qəlbində və şüurunda əbədi həkk olunmuş bir tarixdir. Əlcəzayir xalqının etdiyi bütün fədakarlıqlar Şanlı İnqilabımızı xalqların azadlıq və ləyaqət uğrunda apardıqları inqilabların ön planına qaldırdı.

 

Bu unudulmaz ildönümünün qeyd olunması əslində bir-birinin ardınca gələn nəsillər vasitəsilə yaddaşlarda möhürlənməsi üçün son dərəcə əhəmiyyətli bir dayanacaqdır.  1 Noyabr referentinə bağlı olan və bu gün xatirəsinə hörmət və ehtiramla təzim etdiyimiz ağsaqqallarının fədakarlığından xəbərdar olan nəsillərin.

 

Öz fədakarlıqlarından ilhamlanan Əlcəzair gəncləri yenidən məşəli götürmək, dünənki kimi, xalqın iradəsi ilə, yeni qurumlar dövlətinin yaranacağı və qanunun aliliyinin hökm sürəcəyi yeni bir Əlcəzayir qurmaq uğrunda can atırlar və bu gənclik yenidən doğuş və qlobal sıçrayış yolunda ümidlə atılan sıçrayışı idarə etmək üçün məsuliyyəti öz üzərinə götürəcək.

 

2020-ci il 1 Noyabr tarixi ona görə seçildi ki, xalq bir daha ölkəsinin tarixini, prinsiplərini və hədəflərini Əlcəzairin minillik tarixindən, 1 Noyabr Bəyannaməsindən, qanuni və açıq şəkildə ifadə olunan xalq tələblərindən götürən qurumların gələcək fəaliyyətini əks etdirən Konstitusiyaya yenidən baxılması mətnində öz seçimlərini ifadə edərək qeyd etsin.  

 

1 Noyabr 2020-ci il xalq referendumu ilə təqdim ediləcək layihə, digər vacib yeni müddəalara əlavə olaraq, fərdi və kollektiv azadlıqların möhkəmlənməsini və dövlət quruluşunun vətəndaşın müstəsna xidmətində və ümumi mənafelərində  ahəngdar, demokratik və şəffaf fəaliyyətini təmin etmək üçün Əlcəzair qurumlarının təşkilində bir sıra dərin dəyişiklikləri ehtiva edir.  

 

Əlcəzairin Bakıdakı Səfirliyi, 31 oktyabr və 1 noyabr 2020-ci il tarixlərində Bakıda yaşayan Əlcəzair icmasının səs hüquqlarından istifadə etməsinə imkan yaradmaq üçün seçki məntəqəsini açır.

Yaşasın müstəqil və suveren Əlcəzayir və dəyərli Şəhidlərimizin ruhları şad olsun".

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qurban Sadıqov: “Dünya Azərbaycan Ordusunun gücünü gördü” 3 Dekabr 2020, 18:24 Gürcüstanda parlament seçkilərinin yekun nəticələri açıqlanıb 3 Dekabr 2020, 18:20 Azərbaycanlı səfir: "Allahın evinə necə əl qaldırmaq olar?" 3 Dekabr 2020, 18:16 Təhsil Nazirliyi tələbələrə müraciət edib 3 Dekabr 2020, 18:07 Laçına komendant təyin olundu 3 Dekabr 2020, 17:50 Ermənistan XİN rəhbəri Moskvaya gedir 3 Dekabr 2020, 17:44 Qubadlı uğrunda şəhid olan müəllim 3 Dekabr 2020, 17:38 “8 noyabr zəfəri düşmənin 200 illik təxribatlarına ən layiqli cavabdır” - Siyavuş Novruzov 3 Dekabr 2020, 17:32 Ceyhun Bayramov Çavuşoğlu ilə danışdı 3 Dekabr 2020, 17:26 Kommersiya banklarının birgə bankomat şəbəkəsi istifadəyə verilib   3 Dekabr 2020, 17:20 Manat və dolların sabahkı məzənnəsi 3 Dekabr 2020, 17:14 Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilə bilər 3 Dekabr 2020, 17:08 Şuşa döyüşünün ŞƏHİDİ - Ailənin tək övladı Rəşad Ələkbərovun ömür DASTANI 3 Dekabr 2020, 17:02 FHN bu binanın avtodayanacağını bağladı - VİDEO 3 Dekabr 2020, 16:57 Lavrov Minsk qrupunun Qarabağ münaqişəsindəki rolundan DANIŞDI 3 Dekabr 2020, 16:51 Doktor, sağalacağıma ümid yoxdursa.., 3 Dekabr 2020, 16:47 Azərbaycan əsgərini ruhlandıranlar - VİDEO 3 Dekabr 2020, 16:41 “Azərsu” bölgələrdə içməli su layihələri həyata keçirir 3 Dekabr 2020, 16:37 Dünyada koronavirusa yoluxanların sayı 65 milyonu keçdi 3 Dekabr 2020, 16:32 Vətən uğrunda şəhid olan növbəti qardaşlar... - VİDEO 3 Dekabr 2020, 16:28 Türkiyənin sabiq müdafiə naziri vəfat etdi 3 Dekabr 2020, 16:23 Nazir Azərbaycanın qaz hasilatı ilə bağlı proqnozları açıqladı 3 Dekabr 2020, 16:18 Təqiblərə məruz qalan məşhur ŞUŞALI 3 Dekabr 2020, 16:12 Ərdoğan Kılıçdaroğlunu məhkəməyə verdi 3 Dekabr 2020, 16:06 Kəlbəcərli üç qardaş dünyasını dəyişdi 3 Dekabr 2020, 16:00 Baş infeksionistdən yoluxanlara çağırış: “Yalnız həkim təyinatı ilə müalicə olunun!” 3 Dekabr 2020, 15:54 Koronavirusa yoluxma yenidən artdı - 40 nəfər ÖLDÜ 3 Dekabr 2020, 15:48 Sumqayıtda polis sərnişinlər və sürücüləri cərimələdi 3 Dekabr 2020, 15:38 Sabiq nazir müavininin həbs müddəti artırıldı 3 Dekabr 2020, 15:32 Ceyhun Bayramov ATƏT-in iclasında Dağlıq Qarabağda yaşayan ermənilərdən DANIŞDI 3 Dekabr 2020, 15:27 Sabah şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək - SƏRƏNCAM 3 Dekabr 2020, 15:21 Bakıda Vətən Müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradılacaq 3 Dekabr 2020, 15:16 Kiçik Dəhnənin böyük ürəkli qəhrəmanı - VİDEO 3 Dekabr 2020, 15:10 ATƏT-in sədri: “Qarabağ danışıqları Minsk qrupu çərçivəsində aparılmalıdır” 3 Dekabr 2020, 15:04 Daha bir vəkil koronavirusdan vəfat etdi 3 Dekabr 2020, 14:58
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?