Modern.az

“Gürcüstanda hakimiyyət dəyişir” - Saakaşvili

“Gürcüstanda hakimiyyət dəyişir” - Saakaşvili

31 Oktyabr 2020, 22:00

““Gürcü Arzusu” bu gün parlament seçkilərində uduzub”.

 

Modern.az xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili “Mtavari” telekanalına müsahibəsində deyib.

 

Onun sözlərinə görə, Vahid Milli Hərəkat (VMH) və digər müxalifət partiyaları mütləq səs çoxluğu əldə ediblər: “Gürcüstanda hakimiyyət dəyişir, ölkə irəli getməkdə davam edəcək”.

 

Qeyd edək ki, VMH-nin liderləri və tərəfdarları Tbilisidə parlament binası qarşısında aksiya keçirirlər. Partiya nümayəndələri seçkilərdə qalib gəldiklərini bildirirlər (report).

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır