Modern.az

Ermənistanın Baş Qərargah rəisi: “Artıq döyüşlərin 4-cü günü...”

Ermənistanın Baş Qərargah rəisi: “Artıq döyüşlərin 4-cü günü...”

Dünya

17 Noyabr 2020, 13:55

Ermənistan ordusunun Baş Qərargah rəisi Onik Qasparyan ölkə vətəndaşlarına müraciət edib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, müraciətində Qarabağ döyüşlərindəki məğlubiyyətə görə, məsuliyyəti üzərinə götürüb.

“Artıq döyüşlərin 4-cü günü Milli Təhlükəsizlik Şurasının iclasında çıxış edərək müharibəni aparmaq üçün resursların tükənməsi səbəbilə təcili atəşkəsin əldə olunmasını təklif etdim”.

 

Qasparyan ordunun bütün uğurlu və uğursuz əməliyyatlarına görə, məsuliyyəti öz üzərinə götürdüyünü əlavə edib.   

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı