Modern.az

TƏBİB-dən Oqtay Gülalıyevlə bağlı AÇIQLAMA

TƏBİB-dən Oqtay Gülalıyevlə bağlı AÇIQLAMA

Hadisə

18 Noyabr 2020, 00:32

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) hüquq müdafiəçisi Oqtay Gülaliyevin ailəsinin müraciəti əsasında onun sağlamlıq vəziyyəti ilə maraqlanıb, bədən temperaturunun yüksək olması nəzərə alınaraq xəstəxanaya köçürülməsi üçün  noyabrın 16-da COVID-19 testi götürülüb.

 

TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnarə Baxış Modern.az-a bildirib ki, testin noyabrın 17-də açıqlanan nəticəsinə əsasən Oqtay Gülalıyevdə COVİD-19 virusu aşkar edilib:

 

"Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidməti Oqtay Gülalıyevin xüsusi rejimli xəstəxanaya yerləşdirilməsini uyğun bilsə də, ailəsi bundan imtina edib və müalicənin ev şəraitində davam etdirilməsini istəyib".

 

Onun sözlərinə görə, noyabrın 17-si axşam saatlarında ailəsi Oqtay Gülalıyevin COVID-19 simptomlarının artdığını bildirərək onun xəstəxanaya yerləşdirilməsini xahiş edib:

 

"Hazırda Oqtay Gülalıyev xüsusi rejimli xəstəxanaya - «Yeni Klinika» tibb müəssisəsinə yerləşdirilib".

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir