Modern.az

Cəbhədə döyüşən jurnalist məhkəməyə verilib

Cəbhədə döyüşən jurnalist məhkəməyə verilib

18 Noyabr 2020, 22:15

Hüquqşünas Aslan İsmayılov müharibə başlayan gündən indiyədək ön cəbhədə - Qarabağ müharibəsində döyüşən AzNews.az İnformasiya Portalının baş redaktoru Taleh Şahsuvarlını məhkəməyə verib.

Bu haqda Modern.az-a Taleh Şahsuvarlının ailəsi məlumat verib.

Bildirilib ki, məhkəmə 18 noyabr 2020-ci il tarixinə təyin olunub.

“Aslan İsmayılovun hərbi xidmətə yararlı olan 2 oğlunu səfərbərlikdən gizlətdiyi az deyilmiş kimi, hazırda ön cəbhədə olan bir şəxsi məhkəməyə çağırtdırması bizdə böyük narahatlıq yaşadıb, mənəvi zərbə vurub”,-deyə Taleh Şahsuvarlının yaxınları bildiriblər.

Qeyd edilib ki, Aslan İsmayılovun bu hərəkəti müzəffər Azərbaycan Ordusuna, eyni zamanda, Vətən uğrunda canından və qanından keçməyə hazır olan əsgər və zabitlərə olan hörmətsizlik kimi qiymətləndirilməlidir.

Qeyd edək ki, Taleh Şahsuvarlı 44 günlük müharibədə zabit kimi iştirak edib.


Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır