Modern.az

Operativ Qərargah taksi qalmaqalına nöqtə qoydu: “Şənbə-bazar işləyəcək!”

Operativ Qərargah taksi qalmaqalına nöqtə qoydu: “Şənbə-bazar işləyəcək!”

Hadisə

20 Noyabr 2020, 15:35

“Şənbə-bazar günü fərqlənmə nişanı olan taksilər fəaliyyət göstərəcək”.

 

Bunu Modern.az-ın sorğusuna cavab olaraq, Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildiriblər.

 

Rəsmi məlumatda qeyd edilib ki, əvvəlki qərarlarda da məhdudlaşdırmalar çərçivəsində həftəsonları taksi xidmətlərinin fəaliyyətinə qadağa qoyulmayıb:

 

“İndi də hər hansı dəyişiklik yoxdur. Şənbə-bazar günü vətəndaşlar taksi xidmətindən istifadə edə biləcək. Narahatlıq üçün heç bir əsas yoxdur”.

 

Qeyd edək ki, karantin rejiminin sərtləşdirilməsi çərçivəsində rəsmi qurumlar tərəfindən şənbə-bazar günləri taksi xidmətinin fəaliyyətilə bağlı verilən təzadlı açıqlamalar vətəndaşlarda haqlı olaraq çaşqınlıq yaradıb.

 

Məlumat üçün bildirək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiylar Nazirliyinin rəsmi məlumatında şənbə-bazar günləri taksi xidmətinin fəaliyyətinə icazə verilməyəcəyi açıqlansa da, Daxili İşlər Nazirliyinin məlumatında bunun əksi yer alıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır