Modern.az

Gürcüstanda parlament seçkiləri başa çatdı

Gürcüstanda parlament seçkiləri başa çatdı

21 Noyabr 2020, 20:11

Gürcüstanda parlament seçkilərinin 17 majoritar dairə üzrə keçirilən ikinci turu yekunlaşıb.

 

Modern.az xəbər verir ki, Tbilisi və bölgələrdə 1 923 seçki məntəqəsi saat 20:00-da bağlanıb.

 

Səsvermə prosesi seçici passivliyi fonunda keçib. Belə ki, Mərkəzi Seçki Komissiyasının açıqladığı son məlumata əsasən, saat 17:00-a seçici fəallığı 21% təşkil edib. İkinci mərhələ seçici fəallığı üzrə istənilən nəticə ilə baş tutmuş hesab olunacaq.

 

Qeyd edək ki, seçkilərin birinci mərhələsi oktyabrın 31-də keçirilib. Gürcüstan müxalifəti seçkilərin nəticələrini tanımadığından ikinci turda iştirak etməyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi