Modern.az

Xalq artisti Səfurə İbrahimova evində huşsuz vəziyyətdə tapıldı

Xalq artisti Səfurə İbrahimova evində huşsuz vəziyyətdə tapıldı

Mədəni̇yyət

22 Noyabr 2020, 21:25

Sevilən aktrisa, xalq artisti Səfurə İbrahimova evində huşsuz vəziyyətdə tapılıb.


Modern.az xəbər verir ki, bu barədə jurnalist Əli Novruzəliyev bildirib. Onun sözlərinə görə, 2-3 gündür ki, aktrisadan xəbər yox idi. Tənha yaşayan aktrisa nə çölə çıxır, nə də telefonuna zəng çatırdı. Bu gün qonşularının və yaxınlarının FHN və polis əməkdaşlarına müraciətindən sonra onlar aktrisanın yaşadığı mənzilin qapısını açmağa müvəffəq olublar. Səfurə İbrahimova evində yıxılı vəziyyətdə tapılıb.

Hazırda aktrisanın vəziyyəti yaxşıdır.

Məlumat üçün bildirək ki, aktrisa uzun müddətdir tək yaşayır

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?