Modern.az

Şuşaya döyüşlə girən jurnalist kimdir...

Şuşaya döyüşlə girən jurnalist kimdir...

Media

24 Noyabr 2020, 11:03

Vətən Müharibəsi başlayanda xeyli jurnalist qələmi yerə qoyub əlinə silah alaraq, torpaqlarımızın azadlığı uğrunda savaşa qoşuldu. Onlardan biri də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı, uzun müddət “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi vəzifəsində işləmiş, “Kaspi” qəzetində redaktor vəzifəsində çalışmış Araz Ağayevdir.


İş yoldaşları deyirlər ki, A.Ağayev döyüşlər başlamazdan əvvəl cərrahiyyə əməliyyat keçirməsinə baxmayaraq, bunu əlində bəhanə etməyib. O, əməliyyat olunduğunu gizlədib və cəbhəyə yollanıb.A,Ağayev ehtiyatda olan zabit kimi ilk günlərdən könüllü olaraq Qarabağın azadlığı uğrunda döyüşlərə qatılıb. Füzuli, Cəbrayıl, Qubadlı, Xocavənd və Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Şuşaya daxil olan ilk zabitlərdəndir.

Vətən uğrunda gedən döyüşlərin iştirakçısı olduğu üçün Araz özünü xoşbəxt sayır... Azadlıq Meydanında Qələbə paradında iştirak edəcəyi günü səbrsizliklə gözləyir.
 

Qeyd edək ki, Araz Tofiq oğlu Ağayev 1974 - cü ildə anadan olub. Anası Gülbaxça Qiyas qızı Ağayeva Borçalı mahalının Sadaxlı kəndindəndir. Borçalının fəxri, professional xanəndə Fərman Cəfərovun bacısı oğludur.

A.Ağayev 1991-ci ildə orta məktəbi bitirdikdən sonra Bakı Sosial İdarəetmə və Politologiya İnstitutuna qəbul olunub və oranı fərqlənmə diplomu ilə başa vurub. O, 1999-2006-cı illərdə “Kaspi” qəzetində müxbir, redaktor, baş redaktor müavini vəzifələrində çalışıb. Daha sonra Dövlət Neft Şirkətində kadrlar şöbəsinin rəis müavini, Neft-qaz-layihə institutunda kadrlar şöbəsinin rəisi işləyib. Ardınca “Azəriqaz” İB-də mətbuat katibi, Azərbaycan Dillər Universitetində İnformasiya Departamentinin müdiri vəzifələrində çalışıb.

Hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşıdır.

Aləlidir, üç övladı var.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi