Modern.az

Deputat metronu açmağa ÇAĞIRDI

Deputat metronu açmağa ÇAĞIRDI

İqtisadiyyat

24 Noyabr 2020, 11:50

“Koronavirus bütün milləti narahat edir. Müharibə ilə bağlı insanların küçələrə çıxması vəziyyəti daha da gərginləşdirmişdi”.

Modern.az xəbər verir ki, bunu parlamentin iclasında çıxış edən deputat Sabir Rüstəmxanlı deyib. Deputat metronun işləməməsinə və digər məsələlərə də toxunub:

“İnsanlar çox zaman həkimə müraciət etmirlər. Bir dəfə müraciət edəndə 100 manat pul ödəyirlər. İmkanı olmayanlar ona görə də müraciət etmir. Bununla da xəstəlik dərinləşir. Digər tərəfdən, metronun fəaliyyəti dayanıb. Avtobuslara minmək mümkün deyil. Hesab edirəm ki, metro işləsə, işi asanlaşdırar. Xahiş edirəm aidiyyatı qurumlar bu işləri nəzərə alsınlar”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər