Arxiv
24 Noyabr 2020, 15:00 | MƏDƏNİYYƏT
İşğaldan azad olunmuş məscidlərə imamlar TƏYİN OLUNDU

İşğaldan azad olunmuş ərazilərdə yerləşən məscidlərə imamlar təyin olunub.

Bu barədə Modern.az-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi, ilahiyyatçı hacı Şahin Həsənli məlumat varib. O qeyd edib ki, azad edilmiş ərazilərdəki bütün məscidlərin imamları artıq məlumdur:


“İlk növbədə qeyd edim ki, prezidentin Ağdam məscidini ziyarət etməsi, ora müqəddəs Quran bağışlaması özü bir əlamətdar hadisədir. Prezident İlham Əliyevin özü də bəyan edib ki, Qurani-Kərimi Məkkədən gətirib, Ağdam məscidinə hədiyyə edib.

Prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyevanın həmin məscidi o şəkildə ziyarət etmələri, məscidə Quran bağışlamaları, dua etmələri, məscidə xüsusi hörmət və ehtiramla davranmaları dövlət-din münasibətlərinin, dövlətin dinə olan qayğısının növbəti təzahürü idi. Bu olduqca əlamətdar bir hadisədir.

Bütün dünyanın diqqəti Azərbaycandadır. Çünki Azərbaycan bir müddətdir müharibə apardı və torpaqlarını işğaldan azad etdi. Prezident İlham Əliyevin bu şəkildə davranması Azərbaycan dövlətinin dini dəyərlərinə hörmətin əlamətidir. Ona görə də inanclı insanlar tərəfindən bu, rəğbətlə qarşılandı. Prezident özü bəyan edib ki, bütün işğaldan azad olunmuş ərazilərimizdə məscidləri bərpa edəcəyik. Çünki o məscidlər uzun müddətdir ki, erməni əsarətində təhqir olunur, tövlələrə çevrilirdi, dağıdılırdı. Azərbaycan dövləti öz məscidlərinə sahib çıxır. Biz təkcə torpaqlarımızı işğaldan azad etmirik, eyni zamanda, əsarətdə olan mənəviyyatımızı, mənəvi dəyərlərimizi, tarixi abidələrimizi azad edirik. Olduqca möhtəşəm tarixi hadisədir və bu anlar, bu günlər tarix dərslərində yer alacaq”.


QMİ rəsmisi Ağdam və Şuşa məscidlərinin, o cümlədən azad edilmiş ərazilərimizdəki bütün məscidlərin təmir ediləcəyini diqqətə çatdırıb:


“Şuşa, Ağdam məscidi və bütün digər məscidlərimiz  təmir ediləcək. Bunu dövlət başçısı özü də bəyan edib. Bu, dövlətimizin qarşısında duran ən önəmli məsələlərdən biridir. Eyni zamanda, Qafqaz Müsəlmanları İdarəsi bu kontekstdə iştirak edib. Məscidlərin siyahısı Qafqaz Müsəlmanları İdarəsində var. Onlar haqda, orada törədilən cinayətlər bərəsində dünya ictimaiyyətinə də məlumat verilib.

Qafqaz Müsəlmanlar İdarəsi bütün işğaldan azad olunmuş torpaqlarımızdakı məscidlərə imamlar da təyin edib. Məscidlər fəaliyyətə başladığı zaman imamlar da həmin andan işlərini davam etdirəcəklər. Həmin imamlar təcrübəli din xadimləri və həmin bölgədə yaşamış şəxslərdir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Xilasetmə əməliyyatına itlər də cəlb olundu - VİDEO 26 Yanvar 2021, 10:30 Pandemiya səhiyyə sahəsinə həm ziyan vurdu, həm də xeyir verdi - Deputat 26 Yanvar 2021, 10:27 Ermənistan parlamenti buraxıla bilər - YENİ SEÇKİLƏR 26 Yanvar 2021, 10:24 Deputat şəhid ailələrinə və qazilərə baş çəkib - FOTO+VİDEO 26 Yanvar 2021, 10:22 Pambıq sahələrinin güzəştli sığortası başlayıb - Şərtlər, məbləğlər 26 Yanvar 2021, 10:18 Onun üstündən 6 kiloqram narkotik tapıldı 26 Yanvar 2021, 10:13 Yerevan Vardenis-Ağdərə yolundan istifadə üçün Bakıdan İCAZƏ İSTƏYİR 26 Yanvar 2021, 10:12 Oqtay Şirəliyev iclas ÇAĞIRDI 26 Yanvar 2021, 10:08 Dünyanın üç ən zəngin adamı - Onlar istəsələr, hər kəsə COVID-19 vaksini vurmaq olar 26 Yanvar 2021, 10:03 Mehriban Əliyevanın tapşırığı ilə Goranboyda yeni məktəb tikilir - FOTOLAR 26 Yanvar 2021, 10:00 Bayden Trampın impiçmentini DƏSTƏKLƏDİ 26 Yanvar 2021, 09:54 Xaçmazda ikimərtəbəli ev YANDI 26 Yanvar 2021, 09:50 Bu müəllimlər məcburi vaksinasiya olunacaqlar - VİDEO 26 Yanvar 2021, 09:45 Azərbaycan əhalisi ən çox bu xəstəliklərdən əziyyət çəkir 26 Yanvar 2021, 09:40 Ermənilərin təslim olmaq çağırışını rədd edən Daşaltı ŞƏHİDLƏRİ... 26 Yanvar 2021, 09:34 Lavrov və Zərif Qarabağı müzakirə edəcəklər 26 Yanvar 2021, 09:28 Dünənki partlayışda ölən qadının fotosu yayıldı - azyaşlı qızının axtarışları davam edir 26 Yanvar 2021, 09:22 Yazıçılar Birliyi “Nizami Gəncəvi ili” üçün nə edəcək? 26 Yanvar 2021, 09:16 Neft ucuzlaşmaqda davam edir 26 Yanvar 2021, 09:10 Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri 26 Yanvar 2021, 09:05 Hindistanda hərbi helikopter qəzaya düşdü, pilot öldü 26 Yanvar 2021, 09:00 Şuşada Şəhidlər Xiyabanı... 26 Yanvar 2021, 08:55 Kişi arvadı ilə dalaşdı özünü binadan atdı 26 Yanvar 2021, 08:50 “WhatsApp” 30 milyon abunəçisini itirdi 26 Yanvar 2021, 08:42 ABŞ-da 74 yaşlı qadın maliyyə naziri oldu 26 Yanvar 2021, 08:36 Qorxu koronavirusa yoluxma riskini artırır 26 Yanvar 2021, 08:31 Azərbaycanın Avropa Şurasına üzvlüyünün 20 illiyi qeyd olundu - FOTO 26 Yanvar 2021, 08:26 Merkel Baydeni Almaniyaya dəvət etdi 26 Yanvar 2021, 08:20 Koronavirusa yoluxanların sayı 100 milyonu ötdü 26 Yanvar 2021, 01:00 Bayden Trampın bu qərarını ləğv etmədi 26 Yanvar 2021, 00:49 Xırdalanda dağıntılar altından bir nəfərin cəsədi çıxarıldı - VİDEO - YENİLƏNİB 26 Yanvar 2021, 00:35 Partlayışda qonşularına kömək edən şəxsin ayağı sındı   26 Yanvar 2021, 00:29 İcbari Tibbi Sığorta sistemi 2 mərhələdə həyata keçiriləcək 26 Yanvar 2021, 00:17 Teledərslərin bu günə olan CƏDVƏLİ 26 Yanvar 2021, 00:01 “Fənərbaxça” 3 xalı 3 qolla qazandı 25 Yanvar 2021, 23:50