Modern.az

Qubadlının məşhur simaları - “Qarabağı azad görmək atamın ən böyük arzusu idi” - Əliyar Əliyevin qızı

Qubadlının məşhur simaları - “Qarabağı azad görmək atamın ən böyük arzusu idi” - Əliyar Əliyevin qızı

25 Noyabr 2020, 10:00

Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olan Əliyar Əliyevin ruhu şaddır. Çünki onun doğulub boya- başa çatdığı Qubadlı rayonu işğaldan azad olunub..

Əliyar Əliyevin bizə qoyub getdiyi qəhrəmanlıq salnaməsi gələcək nəsillərimiz üçün örnəkdir. Onun qəlbi daima vətən sevgisi ilə alışıb yanırdı. Ona görə o,  Birinci Qarabağ Müharibəsi başlayanda könüllü olaraq döyüşə getmiş, “Pəhləvanlar taboru”nu yaradaraq, komandiri olub.  Laçında “Tikanlı zəmi” yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub.

Əliyar Əliyev sağ olsaydı uğrunda canından keçdiyi Laçının, Qubadlının, öz doğma ata-baba yurdu Qazyan kəndinin, eləcə Qarabağın digər rayonlarının işğaldan azad olunmasını eşidəndə nələr keçirərdi?


Qızı Pərvanə Əliyeva Modern.az saytına müsahibəsində atası ilə bağlı xatirələrindən danışıb:


- Pərvanə xanım torpaqlarımızın işğaldan azad olma xəbərini eşidəndə nə hisslər keçirdiniz?

- Bu xəbəri eşidəndə ailəlikcə sevinc və həyəcan hissi keçirdik. Şükür olsun ki, Torpaqlarımız düşmən tapdağından xilas oldu, şəhidlərimizin qanı yerdə qalmadı.


- Atanız, Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyev bunu eşitsəydi, hansı hissləri keçirərdi?

- Deyərdim ki, onun ən böyük arzularından biri idi ki, torpaqların işğaldan azad olunmasını görsün. Yəqin ki, məlumatınız var, o hərbiçi olmayıb, idmançı  idi. Müharibə başladığına görə özü könüllü dəstə yaradaraq, döyüşə gedib. Onun istəyi torpaqlarımızın düşmənin tapdağından xilas olması idi. Atam bununla ən böyük arzusuna çatmış olardı. Yəqin ki, onun sevincinin həddi-hüdudu olmazdı. Necə ki, biz bu günləri görüb, sevinirik. Bu gün tək bizim yox, atamızın da arzusu gerçəkləşdi.


- Qubadlının azad olunması xəbərini sizə müjdələyən oldumu?

- İlk olaraq mənə xəbər sosial şəbəkələrdən gəldi. Əsgərlərimizin Prezidentə olan məruzəsini mənə göndərmişdilər ki, Qubadlı rayonu artıq işğaldan azad edilib.


- Qubadlıya qayıdarkən ilk hara getmək istəyərdiniz?

 - Bizim uşaqlığımız orada keçib. Öncə atamın qəbrini ziyarət etmək istəyərdim. Evimizi artıq görmüşük. Böyük qardaşım hərbçidir. Qubadlıya gedib, evimizin olduğu yeri çəkib bizə göndərmişdi. Ev yoxdur, evi talan ediblər. Düşmənlərimizin bizim müqəddəs bildiyimiz yerləri saxlamaqlarını gözləmirdik, bu elə də oldu. Bütün qəbiristanlıqlar dağıdılıb, qəbrlərin üstlərini məhv ediblər.


- Qubadlıda sizin atanızın abidəsi ucaldılmışdı. Erməni vandalizmi nəticəsində dağıdılıb...

- Bəli, Qubadlı şəhərinin mərkəzində atamın abidəsi var idi. Erməni vəhşiliklərinin nəticəsində dağıntılara məruz qalıb.İnşallah, yəqin ki, hamısı yenidən bərpa olunacaq...


Nəzrin Vahid

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir