Modern.az

Ronaldo Messinin rekordunu təkrarladı

Ronaldo Messinin rekordunu təkrarladı

Aktual

25 Noyabr 2020, 14:56

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo "Barselona"nın hücumçusu Lionel Messinin rekordunu təkrarlayıb.

 

Modern.az xəbər verir ki, o, buna Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Ferensvaroş"la matçda (2:1) nail olub. Sözügedən görüşdə bir dəfə fərqlənən portuqaliyalı hücumçu ÇL-in ev oyunlarında vurduğu qolların sayını 70-ə yüksəldib. Beləliklə, o, bu göstəricidə Messiyə çatıb.

 

Qeyd edək ki, Ronaldo ÇL-də ümumilikdə 131, Messi isə 118 qol vurub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!