Modern.az

Lənkəranda 5 min ədəd limon meyvələri oğurlandı

Lənkəranda 5 min ədəd limon meyvələri oğurlandı

25 Noyabr 2020, 17:05

Lənkəranda ayrı-ayrı şəxslərə məxsus təsərrüfatlardan dəyəri ümumilikdə 2000 manatdan artıq olan sitrus meyvələrini oğurlayan rayon sakiləri saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Modern.az verilən məlumata görə, Lənkəran rayonunun Tütəpeştə kəndi ərazisində yerləşən S.Salayevə məxsus təsərrüfatdan dəyəri 900 manat olan 3 000 ədəd limon meyvələrinin oğurlanması ilə bağlı polisə müraciət edilib. 

 

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb.

 

Araşdırmalarla onların Lənkəran rayon sakinləri Fərid Hüseynzadə və Azər Əlizadə olduqları müəyyən olunub.

 

Aparılan araşdırmalarla həmin şəxslərin digər bu kimi əməlləri də aşkarlanıb.

 

Belə ki, F.Hüseynzadə və A.Əlizadənin rayon ərazisində əlavə olaraq daha 2 təsərrüfatdan ümumilikdə 1 110 manat dəyərində 2 000 ədəd limon, 500 kq naringi və 200 kq portağal meyvələrini oğurladıqları məlum olub.

 

Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır