25 Noyabr 2020, 17:10 | AKTUAL
Lal, kar, kor dünyanın gözləri qarşısında AZƏRBAYCAN adlı Zəfər

Dədə Şəmşir, ruhun şaddır, bilirəm! Bir görmək istədim Tərtər çayını Dərəyə saldığı hay-harayını Yaylaqda keçirsən bir ay yayını Hər günün bir aya, bir ilə bəsdi. Qayalar dağların köksünü hörən Dəlidağ zirvəsi göyə dirənən Bizim Kəlbəcərin yazını görən Deyərmi, ay Cavid, bu nə həvəsdi?! Gəzib oynayardım çöldə, eşikdə, Çıxardım Murova, lap birə-beş də, Kəndin qənşərində, Çiçəkli döşdə, Toplamaq istədim bənövşə dəsti (Cavid Qənbəroğlu) Gözün aydın, Kəlbəcərim, gözünüz aydın kəlbəcərlilərim, gözün aydın, Azərbaycanım! Gözün gülsün, ruhun şadlansın, qanadlansın Dədə Şəmşir, nisgilli Bəhmən Vətənoğlu, dərdli Məmməd Aslan, yaralı Şücaət... Gözün aydın olsun, Dədə Şəmşir yadigarı Qənbər Şəmşiroğlu, Kəlbəcərimin igid oğlu, DÖVLƏT adamı, əziz qardaşım Cavid Qənbər oğlu Qurbanov! Qənbər dayı, hər il doğum gününizdə Sizə uzun ömür diləyərək deyirdim ki, gün o gün olsun, bütün torpaqlarımız, Kəlbəcər işğaldan azad olsun, hamılıqla o yurdlara gedək, mən də öz əllərimlə Kəlbəcərin axarlı-baharlı çöllərindən, dağlarından təzə-tər gül-çiçəklər toplayıb Sizə və Diləfruz anaya hədiyyə edim. Şükürlər olsun, arzularımız çin çıxdı. Şükürlər olsun, bu günləri-Kəlbəcəri azad gördünüz! İndi qalır Kəlbəcərə gedib, dağlardan gül dərmək! Onu da edəcəyik, inşallah. Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Cavid qardaşımız o dağlara, Qarabağa dəmir yolları çəkəcək, biz də həmin qatarla Zəfər cəngiləri altında Torpaqlarımıza gedəcəyik. Yolumuz uzundur, Qənbər dayı. Çox uzaqlara gedəcəyik! Bütün Qarabağa, Naxçıvana gedəcəyik, bütöv Azərbaycanı görəcəyik! Kəlbəcərli dostlarım, qardaşlarım - İmamverdi Cəfərov, Cabir Qurbanov, Həbib Misirov, Adil Cəmil, Zülfüqar Hüseynzadə, Elşad Eyvazlı və daha neçə-neçə dostum, qardaşım, bacım... Artıq nisgilinizə, kədərinizə, acınıza, yurd həsrətinizə son qoyuldu... Kəlbəcərimiz, Kəlbəcəriniz bizimdir, SİZİNDİR, igidlər oylağınındır! Artıq təqdimdə qara ləkəli 2 aprel yoxur... Artıq təqvimdə Şanlı 25 noyabr var... Artıq işğal yoxdur, artıq Zəfər, Qələbə var! Bunu çoxdan haqq edirdik, bunu çoxdan HAQQ edirdiniz... Bizləri bunlara, bu günlərə qovuşduranlara min şükürlər olsun... Min yaşasınlar... Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan var olsun, min yaşasın! Ali Baş Komandanın Qalib, Müzəffər Ordusu var olsun, vuran əli gücdən, təpərdən düşməsin! Şükür bu günə, bu günümüzə, bu günlərimizə... Lal, kar, kor dünyanın gözləri qarşısında AZƏRBAYCAN adlı Zəfər, Dastan, Tarix yazılır... Tarixə qızıl hərflərlə həkk olunacaq İgidlik, Qəhrəmanlıq dastanları yaradılır, hərb elminə düşəcək salnamələr ortaya qoyulur... Bunu, bunları Azərbaycan edir, Ali Baş Komandan edir, rəşadətli Azərbaycan Ordusu edir, qədirbilən Azərbaycan insanı, Azərbaycan xalqı edir! 1988-ci ildən işğal gününəcən və əzablı, əziyyətli köçkünlük illəri yaşayarkən çox yara aldın, çox yaralandın, bəzən də bilib-bilməyənlər, anlayıb-anlamayanlar, acını yaşayamanlar tərəfindən çox təhnizləndin, çox töhmətləndin... Küsdün, incidin, guşənişin oldun, amma səbrlə, təmkinlə bu günləri gözlədin... İşğaldan QURTULacağına bir an olsun inamını, Dövlətinə, Orduna, Dövlət Babana güvəncini, etimadını itirmədin... Düz də etdin! Gözlədin və HAQQINı aldın, Haqqımız olanı aldıq... Qoy, vətən, Kəlbəcər torpaqları uğrunda canlarını fəda edən Şəhidlərimizin ruhları şad olsun, qoy, hələ də Birinci və İkinci Vətən Müharibəsinin sızıltıları canlarından getməyən İgidlərimizin, Qəhrəmanlarımızın, Kəlbəcərlilərimizin gözləri aydın olsun... Haqqınızı halal edin, Haqqlarını halal etsinlər! Artıq şeirlərimiz, mahnılarımız, sənət nümunələrimiz də güləcək, çağlayacaq, kədər, nisgil şeirləri, mahnıları Sevinc, Zəfər nümunələri ilə əvəzlənəcək, rövnəqlənəcək... Marşlar yazılacaq, halay çəkiləcək! Bir az öncə ölkə Prezident İlham Əliyevin Kəlbəcərin işğaldan azad olunması ilə bağlı xalqa tarixi müraciəti oldu. Müraciətində “Biz Kəlbəcəri bərpa edəcəyik, heç kimin şübhəsi olmasın və həyat qayıdacaq. Kəlbəcərdə kənd təsərrüfatı inkişaf edəcək, xüsusilə heyvandarlıq. Bizim orada böyük otlaq sahələrimiz var. Kəlbəcərin zəngin təbii qaynaqları, təbii ehtiyatları var. Düşmən bu ehtiyatları vəhşicəsinə istismar edib. Sovet vaxtında bütün sovet məkanında məşhur olan İstisu suyu Kəlbəcərdə istehsal olunurdu. İndi İstisu da bizim nəzarətimizə qayıdır. Vaxtilə ora böyük kurort zonası idi. Mənfur düşmən hər tərəfi dağıdıb. İndi o görüntülər var, hər kəs görə bilər”-deyən Ali Baş Komandan bəyan etdi ki, Kəlbəcəri yenidən quracağıq, kəndləri, Kəlbəcər şəhərini yenidən dirçəldəcəyik. Hətta tapşırıq verilib ki, şəhərin yenidən qurulması ilə əlaqədar baş plan hazırlansın və təkcə Kəlbəcər şəhəri yox, bütün şəhərlər üzrə. Bu yerlərə həyat qayıdacaq. Müharibənin nəticələri biz, Ali Baş Komandan deyən kimi oldu. Biz Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Murovdağı, Suqovuşanı, Hadrutu, Xocavənd rayonunun böyük hissəsini və Şuşanı hərbi yollarla azad etdik. Döyüş meydanında düşmənin belini qırdıq. Şuşanın azad olunmasından bir gün sonra 70-dən çox kəndin azad edilməsi ilə düşmən diz çökdü, kapitulyasiya aktına imza atdı... Müharibə bir daha göstərdi kim kimdir: Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan Zəfər çalmış ölkədir. Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!
Bizi sosial şəbəkələrdə izləyin
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv













_506.jpg)









_545.jpg)

















"Ali təhsil haqqında" qanunun hazırlanması müzakirə olundu
22 Yanvar 2021, 17:44
“2027-ci il yeni Şuşanın dünyaya təqdim ili olsun!” - Erməni sərsəmləmələrinə son zərbə
22 Yanvar 2021, 17:38
Azercell nümunəvi xidmət keyfiyyəti ilə daim irəlidə
22 Yanvar 2021, 17:32
Azərbaycanda daha bir vəkil vəfat etdi
22 Yanvar 2021, 17:26
Parlamentdə şəhid ailələri və əlilliyi olan şəxslərlə bağlı dinləmə keçiriləcək
22 Yanvar 2021, 17:20
Keçmiş nazir yeni vəzifəyə təyin olundu
22 Yanvar 2021, 17:15
Türkiyə hərbçilərimizin də iştirak etdiyi təlimlərlə bağlı məlumat yaydı
22 Yanvar 2021, 17:10
Texniki Universitetdə yeni prorektor TƏYİNATI
22 Yanvar 2021, 17:05
Füzulinin Yuxarı Əbdürrəhmanlı kəndi - VİDEO
22 Yanvar 2021, 17:00
Kərki kəndindəki ermənilər TƏŞVİŞDƏ - Azərbaycana qaytarılmasına hazırlıq gedir
22 Yanvar 2021, 16:55
Şuşa əməliyyatında iştirak edən cüdo müəllimi - VİDEO
22 Yanvar 2021, 16:50
Dövlət Komitəsində BMqT nümayəndəsi ilə görüş keçirilib
22 Yanvar 2021, 16:45
Azərbaycanlı rəssamın ABŞ-da açılan ikinci fərdi sərgisi maraqla qarşılandı
22 Yanvar 2021, 16:40
Ermənistanda daha bir deputat Paşinyanın fraksiyasından istefa verdi
22 Yanvar 2021, 16:35
Dünyanın sabiq liderləri nə ilə məşğuldur? - Biznes, rəssamlıq, müalicə... - FOTOLAR
22 Yanvar 2021, 16:30
Naftalanda ŞİH-nin və DTA-nin layihələri həyata keçirilir
22 Yanvar 2021, 16:27
Zidan koronavirusa YOLUXDU
22 Yanvar 2021, 16:22
Zakir Həsənov Britaniyanın Azərbaycandakı səfiri ilə görüşdü
22 Yanvar 2021, 16:16
Həmkarlar Konfederasiyasından “Qarabağ Dirçəliş Fondu”na 100 min manat ianə
22 Yanvar 2021, 16:10
ABŞ-ın ermənipərəst konqresmenləri niyə fəallaşıblar? - ŞƏRH
22 Yanvar 2021, 16:04
Bakıda 6 evdən oğurluq edən şəxs saxlanıldı
22 Yanvar 2021, 16:00
Çingiz Qənizadə: “Leyla Yunus yenə də öz ampluasındadır”
22 Yanvar 2021, 15:55
Azərbaycan Prezidenti status məsələsini tarixin zibilliyinə yollayıb - XİN-dən Avropa Parlamentinə sərt CAVAB
22 Yanvar 2021, 15:50
“YAŞAT” Fonduna toplanan vəsaitin məbləği AÇIQLANDI
22 Yanvar 2021, 15:44
Metronun “8 Noyabr” stansiyasına rəis müavini də təyin edildi
22 Yanvar 2021, 15:38
Oğul şəhid oldu, atasının ürəyi dözmədi
22 Yanvar 2021, 15:32
Parlamentin komitəsinin yaz sessiyası üçün iş planı təsdiqləndi
22 Yanvar 2021, 15:27
Sənədlərin notarial təsdiqinə görə rüsum 3 dəfə azaldılır
22 Yanvar 2021, 15:22
Qaz sayğaclarından narazı olan abonentlərin NƏZƏRİNƏ
22 Yanvar 2021, 15:17
Rəsmi Yerevan Azərbaycan-Türkiyə təlimlərinə ETİRAZ ETDİ
22 Yanvar 2021, 15:11
Nazirdən Xudavəng monastırı ilə bağlı AÇIQLAMA
22 Yanvar 2021, 15:06
Birdəfəlik əkin subsidiyası üçün müraciətlərin qəbuluna başlanılır
22 Yanvar 2021, 15:00
Akif Nağı ömürlük məhbuslara ƏFV İSTƏDİ
22 Yanvar 2021, 14:57
Şahbaz Quliyevin anası vəfat etdi
22 Yanvar 2021, 14:52
Ailə, qadın və uşaq məsələləri komitəsinbin iclası keçiriləcək
22 Yanvar 2021, 14:46









