Arxiv
26 Noyabr 2020, 13:38 | AKTUAL
Naqif Həmzəyev: Fransa Senatının Ermənistanı müdafiə etməsi olduqca gülünc görsənir  

 

Son hadisələr Fransanın Minsk qrupunun həmsədri kimi fəaliyyətinə son qoyulmasını labüd edib Noyabrın 18-də Fransa Senatının Rəyasətində erməni diasporunun və lobbisinin təsiri altında olan bir qrup senator tərəfindən qondarma “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə layihəsinin təqdim olunması, noyabrın 25-də müzakirə edilərək qəbul olunması beynəlxalq hüquq normalarının, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin kobudcasına pozulmasıdır. Təcavüzkar ölkənin törətdiyi terror aktlarına, soyqırımına, dinc əhaliyə qarşı amansızlığına, beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasına olan laqeyd münasibət Fransanın istər Minsk Qrupunun həmsədr ölkəsi, istərsə də BMT TŞ-nın daimi üzvü kimi məramını açıq-aydın ortaya qoydu.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

 

Millət vəkili qeyd edib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğal olunması, mülki əhalinin qətlə yetirilməsi, işğalçı dövlətin torpaqlarımızda etnik təmizləmə, ekoloji terror, qeyri-qanuni məskunlaşma və qanunsuz iqtisadi fəaliyyətlər aparmasına qarşı 30 il səssiz qalan Fransa Senatının son qərəzli mövqeyi bu ölkənin faşizm ideologiyasından qidalanan Ermənistana dəstəyinin növbəti nümayişidir. Ümumiyyətlə, ikili standartlar, beynəlxalq təşkilatlar tərəfindən hər hansı bir sanksiya tətbiq olunmaması hər zaman işğalçı ölkəni daha da azğınlaşdırıb, Ermənistan–Azərbaycan münaqişəsinin 30 il uzanmasına səbəb olub. Nəhayət, sentyabrın 27-dən başlayaraq mənfur qonşular ağır artilleriya qurğularından, ballistik raketlərdən, kasetli bombalardan istifadə etməklə ölkəmizə qarşı genişmiqyaslı hücumlara başladı. ATƏT-in Minsk Qrupunun həmsədri - Fransanın Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli naminə işğalçı tərəfə təsir göstərməməsi, məsələyə laqeyd münasibəti regionda sülhün, sabitliyin, tərəqqinin bərqərar olmasına maraqlı olmaması illərdi davam edən laqeydliyin səbəbini bir daha ortaya qoydu. 

 

Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin birgə imzaladıqları bəyanatdan sonra da Fransanın ciddi şəkildə narahat olması da bu ölkə rəhbərlərinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olduqlarını sübut etdi. Münaqişənin həllinə birbaşa cavabdeh olan Fransa ilk günündən qeyri-obyektiv mövqe tutdu, Azərbaycan Ordusunun öz torpaqlarını işğaldan azad etməsinə qərəzli münasibət sərgiləyərək işğalçı Ermənistana dəstək olduğunu bildirdi. Başqasının torpağına göz dikən, bir milyon insanı evsiz-eşiksiz qoyan Ermənistanı dəstəkləyən Fransa hökuməti Azərbaycanın dünyada müstəqil siyasət yürüdən, qlobal siyasi proseslərə və beynəlxalq münasibətlər sisteminə öz baxışı olan bir dövlət kimi tanınmasını belə görməməzlikdən gəldi. 

 

Fransa Senatının qəbul etdiyi Qətnamədə Azərbaycan və qardaş Türkiyənin ünvanına yer alan saxta ittihamı, Azərbaycanın guya xaricdən muzdlu terrorçuları döyüşlərə cəlb etməsi kimi böhtanları heç bir sübutla təsdiq olunmamış iddialardır. Fransa Senatı hətta utanmadan münaqişə bölgəsinə yaxın və oradan kilometrlərlə uzaqda yerləşən kəndləri, qəsəbələri və şəhərləri raket atəşinə tutan, dinc sakinlərin qətlə yetirilməsini, mülki obyektlərə, enerji və nəqliyyat infrastrukturuna ciddi ziyan vuran, hərbi təxribatlar törədən Ermənistanı qınamaq əvəzinə Azərbaycanı günahlandırır. 

 

Bəli, bütün beynəlxalq təzyiqlərə baxmayaraq, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz işğalçı Ermənistanı kapitulyasiyaya məcbur etdi. Belə bir Böyük Qələbənin, Zəfərin qarşısında erməni lobbisinin tam nəzarətində olan Fransa Senatının işğalçı ölkəni müdafiə etməyə cəhd göstərməsi olduqca gülünc görsənir. İşğalçı Ermənistana havadarlıq, himayədarlıq edənlər birdəfəlik bilməlidirlər ki, Azərbaycanın prinsipial mövqeyindən bir addım da geri çəkilməyəcək. Qarabağ Azərbaycandır!

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistan virusun cəngində: 351 yoluxma 17 Yanvar 2021, 11:12 “Fənərbağça” klubu Məsul Özili transfer etdi 17 Yanvar 2021, 11:00 Gürcüstanda koronavirusa yoluxma sayı artdı 17 Yanvar 2021, 10:51 Dələduzlar bankların adlarından istifadə edərək kart məlumatlarını ələ keçirirlər 17 Yanvar 2021, 10:39 Martına qədər virus qurbanlarının sayı 5 milyonu keçə bilər - Alimlərdən xəbərdarlıq 17 Yanvar 2021, 10:29 Co Baydenin itinin “indoqurasiya” mərasimi keçiriləcək 17 Yanvar 2021, 10:20 Sumqayıtda ər arvadını oteldə boğaraq öldürdü 17 Yanvar 2021, 10:10 İcra başçısı müavinini vəzifədən azad etdi 17 Yanvar 2021, 10:00 Trampın vəkili impiçment müdafiəsində iştirak etdiyini açıqladı 17 Yanvar 2021, 09:51 Əfqanıstan yenə də silkələndi: Bu dəfə 6 bal 17 Yanvar 2021, 09:49 Deputat onlayn qəbulda 100-ə yaxın seçicini dinlədi 17 Yanvar 2021, 09:45 "Spikerimiz Mirzoyan türklərin agentidir" - Minasyan 17 Yanvar 2021, 09:39 Manukyan Gümrüyə buraxılmadı  17 Yanvar 2021, 09:28 Sərbəst güləşçilərimiz Fransada 5 medal qazandı 17 Yanvar 2021, 09:14 İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 56-ya çatdı 17 Yanvar 2021, 09:09 Nyu-Yorkda vaksin çatışmazlığı 17 Yanvar 2021, 09:00 İran ABŞ-ın son sanksiyalarını "görüntü cəhdi" adlandırdı 17 Yanvar 2021, 08:54 Son sutkada koronavirusdan 14 mindən çox insan öldü 17 Yanvar 2021, 08:40 2050-ci ilə qədər Yerin temperaturu pik həddə çatacaq 17 Yanvar 2021, 08:31 Şanxay Əməkdaşlıq Təşkilatında sədrlik Tacikistana keçdi 17 Yanvar 2021, 08:15 Əfqanıstan silkələndi 17 Yanvar 2021, 08:08 Antalyadan qalxan təyyarədən Moskvada qəza enişi  17 Yanvar 2021, 07:46 Fransada etirazçılar 12 polisə xəsarət yetirdilər 17 Yanvar 2021, 07:41 Bakıda 32 yaşlı kişi tanışını bıçaqladı 17 Yanvar 2021, 07:36 Almaniyanın gələcək kansleri bu şəxs ola bilər 17 Yanvar 2021, 01:00 “Çelsi” derbidə qalib gəldi 17 Yanvar 2021, 00:46 İranın ballistik raketi ABŞ gəmisinin həndəvərinə düşdü 17 Yanvar 2021, 00:31 Şanxay Əməkdaşlıq Təşkilatında sədrlik Tacikistana keçdi 17 Yanvar 2021, 00:15 Rusiyada koronavirusun 1500 mutasiyası tapılıb 17 Yanvar 2021, 00:04 Rusiya Müdafiə Nazirliyindən Qarabağ açıqlaması 16 Yanvar 2021, 23:50 Kəlbəcərdə ev yandı - FHN söndürdü 16 Yanvar 2021, 23:43 İranda karantin qaydaları daha da sərtləşdirilə bilər 16 Yanvar 2021, 23:31 Türkiyə Super Liqasında qollu heç-heçələr 16 Yanvar 2021, 23:16 Fransa yenə qarışdı 16 Yanvar 2021, 23:01 Messi Super Kubokun finalında oynamayacaq? 16 Yanvar 2021, 22:50