Modern.az

Mənsum İbrahimov: “Ağdama gedib əhdimi yerinə yetirdim”

Mənsum İbrahimov: “Ağdama gedib əhdimi yerinə yetirdim”

26 Noyabr 2020, 13:40

İllərdir torpaq həsrəti ilə yaşayan Qarabağ camaatı bu günlərdə Qələbə sevinci yaşayır.  Çox adam torpaqların azad olunması ilə bağlı əhd etmişdi. Qələbə xəbərindən sonra həmin əhdlər bir-birinin ardınca yerinə yetirilir.

Ağdamdan olan xalq artisti Mənsum İbrahimov da Modern.az-a öz əhdindən danışıb. O, Ağdama səfər edərək, əhdini yerinə yetirib:

“Mənim əhdim Ağdama gedib torpaqları öpmək və məsciddə azan səsləndirmək idi. Allah əhdimi yerinə yetirməyi mənə qismət etdi. Ağdama gedib doğma torpaqları öpdüm və azanı səsləndirdim.

Ağdama gedərkən yol boyu dağılan şəhəri görüb çox pis olurdum. Çünki biz Ağdamı elə qoyub çıxmamışdıq. Amma nə edə bilərik.

1994-cü ildə Füzulinin yubileyinə - İraqa getmişdik. O vaxt İraq-İran müharibəsi təzə bitmişdi. Düşünün ki, İran ərazisi ilə sərhəd boyu gedərkən müharibə nəticəsində xarabalığa dönən yerləri görürdük. Ağdamı da erməni vəhşiləri həmin hala salıblar. Ağdamdan əsər-əlamət qalmayıb. Elə bil orada insan yox, vəhşi qəbilə yaşayıb. Şəhəri gəzəndə hara olduğu bilinmir.
Ancaq bu günümüzə də şükür olsun. İnşallah, Ağdamımız yenidən öz vəziyyətinə qaytarılacaq”.

Fidan İlqarqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir