Modern.az

4 bankın əmanətçilərinə 600 milyon manat kompensasiya ödənilib

4 bankın əmanətçilərinə 600 milyon manat kompensasiya ödənilib

Aktual

28 Noyabr 2020, 10:29

 

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) indiyə qədər ləğvedicisi olduğu “Atabank”, “Amrah Bank”, “AGBank” və “NBC Bank” ASC-lərin 23,9 min qorunan əmanətçisinə 597,558 milyon manat kompensasiya ödəyib.

 

Modern.az-ın fonda istinadən məlumatına görə, “AGBank”ın 4,5 min əmanətçisinə 105,4 milyon manat, “NBC Bank”ın isə 4,1 min əmanətçisinə 225,5 milyon manat, “Atabank”ın 9,6 min əmanətçisinə 234 milyon manat, “Amrah Bank”ın 5,7 min əmanətçisinə isə 138 milyon manat kompensasiya ödənilib.

“Atabank” və “Amrah Bank”ın əmanətçilərinə kompensasiyalar nağdsız qaydada “Kapital Bank”ın 35 filialında ödənilir.

“AGBank” və “NBC Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsi isə nağdsız qaydada “Azərbaycan Beynəlxalq Bankı”nın 20 filialında həyata keçirilir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır