Arxiv
30 Noyabr 2020, 11:32 | PARLAMENT
Tam təcrid, SMS icazə... -  “Yenidən ən sərt məhdudiyyətlər tətbiq oluna bilər” - Deputat

“Hazırda COVİD-19 xəstəliyinin sürətlə yayılması, yoluxan və vəfat edən şəxslərin sayında kəskin artım bütün dünya üçün ən ciddi problemdir. Ayrı-ayrı ölkələrin təcrübəsi göstərir ki, xəstəliyin qarşısını almaq üçün hökumətlər sərt məhdudiyyətlər tətbiq etmək məcburiyyətində qalırlar. Bu, iqtisadi duruma mənfi təsir göstərsə də, insanların həyatının və təhlükəsizliyinin qorunması üçün çox mühüm addım hesab olunur”.

Bunu Modern.az-a Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, son iki həftədə ölkəmizdə aktiv xəstələrin sayı iki dəfə artaraq 45 min nəfəri ötüb. Əgər dekabr ayının ilk 10 günlüyündə xəstəliyin artım sürəti dəyişməzsə, aktiv xəstələrin sayı 90 min nəfərə çatacaq:

“Mövcud tendensiya onu deməyə əsas verir ki, qarşıdan gələn günlərdə yoluxma hallarının sayı gündə 5000-6000 nəfərə çatacaq. Bu da xəstələrin çarpayılarla təminatı, xəstəxanalara çatdırılması, vaxtında tibbi müdaxilənin edilməsi, təmaslarının izlənilməsi kimi zəruri tədbirlərin görülməsini qeyri-mümkün edəcək. Yay ayları ilə müqayisədə gündəlik ölüm halları da 4 dəfəyə qədər artıb. Gündəlik yoluxma hallarının artması gündəlik ölüm hallarının yüksəlməsi ilə nəticələnəcək. Hazırda yoluxma hallarının 1-1,5%-i ölümlə nəticələnir. Ölüm hallarının qarşısını almaq üçün gündəlik yoluxma hallarının sayının azalması mütləq şərtdir. Doğrudur, ötən dövr ərzində Azərbaycan dövləti koronavirusla mübarizədə bütün zəruri tədbirləri həyata keçirib, ölkənin səhiyyə sisteminin potensialı əsaslı şəkildə gücləndirilib. Çarpayı fondunun artırılması, zəruri dərman vasitələrinin tədarükü, yeni xəstəxanaların tikilməsi, həkim və tibbi personalın mobilizasiyası nəticəsində bu gün 40 min nəfərdən çox xəstənin müalicəsi mümkündür. Amma vətəndaşlarımız başa düşməlidir ki, bu imkanların da bir həddi var”.

“Bəs, vəziyyət bu istiqamətdə inkişaf edəcəyi, ölkənin səhiyyə sisteminə real təhlükə yaranacağı, yoluxma və ölüm hallarının arzuolunmaz miqyasda artacağı təqdirdə nə olacaq? Bu sual hamını düşündürməlidir” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, vəziyyətin daha bir neçə gün belə davam etməsi yenidən sərt məhdudiyyətlərin tətbiqi, tam təcrid, SMS icazə və s. bu kimi tədbirlərlə nəticələnəcəyini hamı bilməlidir: 


“Çox təəssüflər olsun ki, ölkəmizdə insanlar vəziyyətin ciddiliyini, həyatları üçün potensial təhlükəni yaz və yay aylarında olduğu qədər məsuliyyətlə dərk etmir, bir çox hallarda ehtiyatsız davranır, mövcud qaydaları pozurlar, tövsiyələrə qulaq asmırlar. Sirr deyil ki, bu günə qədər COVİD-19 pandemiyasının qarşısının alınması istiqamətində ən təsirli tədbirlər sərt məhdudiyyətlərin tətbiqi olub. Məhz bunun nəticəsində iki dəfə xəstəliyin sayında sürətli artımın qarşısı alınıb və onun minimallaşdırılmasına nail olunub. Bu səbəbdən də bundan sonra sərt məhdudlaşdırıcı tədbirlərin görülməməsi üçün vətəndaşlarımız öz davranışları ilə vəziyyətin yaxşılaşmasına töhfə verməli, daha məsuliyyətli olmalı, davranışlarını mövcud tələblərə uyğunlaşdırmalıdırlar. COVİD-19 virusu ilə mübarizədə ən vacib amil vətəndaş həmrəyliyi və dövlət-vətəndaş əməkdaşlığıdır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Kubok qazanmaq istəyiriksə, Messiyə ehtiyacımız var” - Kuman 27 Yanvar 2021, 01:04 Senat Trampın impiçmentini təxirə saldı 27 Yanvar 2021, 00:50 Ceyhun Bayramov Fransanın dövlət katibi ilə üçtərəfli bəyanatı müzakirə etdi 27 Yanvar 2021, 00:34 Bayden NATO baş katibi ilə danışdı: "ABŞ kollektiv müdafiəyə sadiqdir" 27 Yanvar 2021, 00:26 FİFA DÇ-2026-nın şəhərlərini müəyyənləşdirəcək 27 Yanvar 2021, 00:10 "Çelsi"yə yeni baş məşqçi təyin olundu 26 Yanvar 2021, 23:58 Türkiyədə daha 134 nəfər virusdan öldü 26 Yanvar 2021, 23:49 Baş nazirin müavini koronavirusa yoluxdu 26 Yanvar 2021, 23:35 Keçmiş baş nazir qanunsuz varlanmaqda ittiham olunur 26 Yanvar 2021, 23:21 Dünyanın ən bahalı brendi açıqlandı 26 Yanvar 2021, 23:09 Rəsmi Bakıdan AŞPA-nın qətnaməsinə REAKSİYA 26 Yanvar 2021, 22:53 Putin Baydenlə müzakirələr apardı 26 Yanvar 2021, 22:47 “Qarabağda nəqliyyat layihələri üçün əlverişli şərait yaranıb” - Zərif   26 Yanvar 2021, 22:34 Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak edib 26 Yanvar 2021, 22:20 Paytaxtın bu ərazisində avtobusların gecikmə səbəbi məlum oldu 26 Yanvar 2021, 22:12 Paşinyanın diplomatik pasportu oğurlanıb 26 Yanvar 2021, 22:07 Ermənistan nümayəndə heyətinin AŞPA-kı təklifləri rədd edildi 26 Yanvar 2021, 21:58 ABŞ-ın yeni dövlət katibi məlum oldu 26 Yanvar 2021, 21:46 İran Rusiya ilə birgə peyvənd istehsal edəcək 26 Yanvar 2021, 21:41 "Qarabağda Azərbaycan tərəfdən əcnəbi muzdluların döyüşməsinə dair dəlil yoxdur" - Heyko Maas 26 Yanvar 2021, 21:30 Türkiyədə güclü qasırğa fəsadlar törətdi 26 Yanvar 2021, 21:16 Bu ölkə “TikTok”a həmişəlik qadağa qoydu 26 Yanvar 2021, 21:09 Mədəniyyət komitəsi onlayn toplaşdı - FOTO 26 Yanvar 2021, 20:58 “Ətraf mühiti qorumasaq, daha bir pandemiya ilə üzləşəcəyik” 26 Yanvar 2021, 20:43 Dövlət Vergi Xidməti işçi axtarır 26 Yanvar 2021, 20:31 Bakıda yaşayan Naxçıvan sakinlərinin nəzərinə! 26 Yanvar 2021, 20:18 Oqtay Gülalıyevi vuran sürücü həbs edildi 26 Yanvar 2021, 20:04 Azad olunmuş rayonlarda şəkər çuğunduru istehsal olunacaq 26 Yanvar 2021, 19:56 AŞPA-ya yeni baş katib seçildi 26 Yanvar 2021, 19:45 AMEA-da struktur dəyişikliyi oldu -FOTO 26 Yanvar 2021, 19:36 Rusiyalı diplomat XİN-ə çağırıldı - ETİRAZ 26 Yanvar 2021, 19:26 Ermənilər Natavanın məzarını dağıdıb sümüklərini aparıblar - FOTOLAR 26 Yanvar 2021, 19:19 DİQQƏT: Yerə doğru 3 asteroid gəlir 26 Yanvar 2021, 19:06 Azərbaycanlı dənizçinin cənazəsi Türkiyəyə yola salındı -FOTO 26 Yanvar 2021, 19:00 BVF qlobal neft qiymətləri üzrə proqnozunu yüksəldib 26 Yanvar 2021, 18:54