Modern.az

Şuşa türməsində Dilqəm Əsgərovun şeir dəftəri TAPILDI - FOTO

Şuşa türməsində Dilqəm Əsgərovun şeir dəftəri TAPILDI - FOTO

30 Noyabr 2020, 15:45

2014-cü ildən erməni girovluğunda saxlanılan Dilqəm Əsgərova məxsus dəftər Şuşa qalasından tapılıb.

Bu barədə Modern.az-a girovun oğlu Kürdoğlu Əsgərov məlumat verib.

 

K.Əsgərov deyib ki, hazırda Şuşada olan hərbçilərdən atasına aid bir nişan tapmağı xahiş edib:

“Bildiyiniz kimi, ordumuz Şuşaya girənə qədər atamgil Şuşa qalasında saxlanılıb. Hazırda orada olan hərbçi dostlardan xahiş etdim ki, qalaya daxil olarkən atama məxsus olan paltar, yaxud hansısa əşya olsa, mənə xəbər etsinlər. Sağ olsunlar, əsgərlərimiz oradan mənə bir şeir dəftəri tapdıqlarını dedilər. Əlyazısından atama məxsus olduğuna əminəm. Ordan dəftərin şəklini çəkib mənə atdılar. İndi məlum olur ki, atam orda olanda şeir yazırmış”.

 

Girovun oğlunun sözlərinə görə, dəftər hələ ki hərbçilərimizdədir.

 

Qeyd edək ki, ordumuz Şuşaya daxil olmazdan bir neçə gün əvvəl erməni girovluğunda saxlanılan azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyev Dağlıq Qarabağdan Ermənistana köçürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi