Ötən gecə 3 tələbənin ölümü ilə nəticələnən avtomobil qəzasının görüntüləri yayılıb.

 

Modern.az xəbər verir ki, dəhşətli avtoqəza Nobel prospektində qeydə alınmışdı. Sözügedən hadisədə Azərbaycan Tibb Universitetinin 3 tələbəsi həlak olub, biri isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

 

Xatırladaq ki, yüksək sürətlə hərəkət edən BMW markalı minik avtomobili yolun yağışlı olmasından idarəetməni itirərək zolaqdan çıxıb, daha sonra piyada olan 4 tələbəni vurub.

 

Qəzanın görüntülərini təqdim edirik.