Modern.az

66 günlük qəhrəmanlıq dastanı...

66 günlük qəhrəmanlıq dastanı...

1 Dekabr 2020, 11:30

Aida Eyvazlı

Tarixin 27 sentyabr + 1 dekabr = 66 günu. Döyüş başlayan gün Azərbaycanın Ali Baş Komandanı xalqa müraciət edərək dedi ki, mən bütün işğalda olan torpaqlarımızı, yurdlarımızı geri alıb xalqıma qaytaracağam. Çünki Ordusunua, əsgərinə inanırdı. Biz də onun sözünun İMZAsı qədər keçərli olduğuna inandıq!

Bu 66 günün hər dəqiqəsində QALİBİYYƏT yazdıq! Qəhrəmanlıq dastanı adlı 66 səhifəlik bir kitab oxuduq! Hər səhifəsində göz yaşı, sevinc, kədər, ağrı, hayqırtı, bayram...

Türkün qələbə tarixinə yeni SAVAŞ tarixi yazıldı. Bu savaşdan dünya durduqca danışılacaq! Hərb tarixinin Azərbaycanın torpaqlarının düşməndən azad olması SAVAŞI!

Kaş ki, bundan sonra bütün qalan arzularımız da gerçəkləşə.

Biz tam hürr və ədalətli bir dünya qurmaq üçün savaşdıq! Bizim əsgərlər ən böyük, ən rəşadətli əsgərlərdir. Bizim əsgərlər döyüşə ölmək üçün deyil, öldürmək üçün getdilər! Bizim əsgərlər döyüşdə şücaət göstərdilər! Bizim əsgərlər dünyaya torpaq sevgisinin, Vətən sevgisinin, Bayraq sevgisinin nə olduğunu, necə gözəl bir hiss olduğunu anlata bildilər!

Bir şəhid son anda gözlərini yumanda yanındakı dostuna bilirsiniz nə deyibmiş: "Sən bilməzsən ki, indi mən necə gözəlliklər görürəm!".

Vətən eşqi, Vətən ekstazı budur. Vətən sevgisi, torpaq sevgisi budur. Tanrı içərimizə soxulmaq istəyən şeytanı tez yox etsin, gözlərini bağlasın, başını öz psisliklərinə qatsın. Bu sevinci bizə yaşadan övladlarımız, qardaşlarımız, sizin yeriniz hər birimizin ürəyindədir!

Şəhid anaları, şəhid övladları, bükülməyin, sılzlamayın! Vətən aşiqləri öz eşqləriylə 30 illik arzularımızı, xəyallarımızı çin etdilər. Belə möcüzə ancaq nağıllarda olur. Belə gözəlliyi şairlər sevgililərinə şeir yazanda təzahür edirlər.

Vətən EŞQİMİZİN Göy Tanrıdan buta aldığı gündür! Başınızı dik tutun! Sizin doğmalarınız bizə QƏLƏBƏ şərbəti içiriblər! Bu Vətən üşün ölməyi bacaranlar, bu Vətən üçün döyüşə atılanlar! VƏTƏN bundan sonra da Sizə əmanət olacaq!

Ali Baş Komandanın sözü İMZASI qədər keçərlidir! Az keçməz ki, Xocalıya, Xankəndinə, Xocavəndə bayraq asdığımz günü də bayram edərik! Bizə bayram yaraşır! Bizə qələbə yaraşır!

Bizi arzularımıza çatdıran, Qarabağın qapılarını üzümüzə açan ALİ BAŞ KOMANDAN sən Ordunla, əsgərlərinlə, xalqınla güclüsən! Bütün Qarabağın və 7 rayonun hamsının başı üzərində bayraqlarımız dalğalananda AÇAR da bizdə olacaq!

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi