Arxiv
1 Dekabr 2020, 11:38 | AKTUAL
Zahid Oruc: Müzəffər Ordumuz BMT qətnamələrini tam yerinə yetirdi..  

Laçının azad olunması ilə 90-cı illərdə yaranmış hərbi-siyasi reallıq ortadan qalxdı və Müzəffər Ordumuz BMT qətnamələrinin hamısı yerinə yetirərək, dünyada sülhə və təhlükəsizliyə cavabdehlik daşıyan ən böyük qurumu 27 illik qınaqdan və nüfuz itkisindən xilas etdi.Artıq həmin sənədlər yalnız tarix üçün əhəmiyyət daşıyır. Siyasi təqvimdə 1 dekabr günü eyni zamanda, Ali Baş Komandan İlham Əliyevin fədakar millətimiz və şanlı Silahlı Qüvvələrimizlə birgə təkcə hərbi deyil, eləcə də diplomatik-siyasi gücü, imzasının hökmü ilə torpaqlarımızı təcavüzkarlardan təmizləməyə qadir olduğunu beynəlxalq ictimaiyyətə göstərdi.

 

10 noyabr sazişinin işləməsi, dövlətimizin hesabına regionda formalaşan yeni geopolitik, eləcə təhlükəsizlik atmosferi Qafqazda yeni arxitektura qurmağa imkan verəcək.

 

İndi sürətli bir şəkildə Qarabağda erməni silahlı qüvvələrinin bölgədən çıxarılması, Rusiya sülhyaradıcı qüvvələrinin nəzarəti altında olan ərazilərin ölkəmizin suveren haqları altına qaytarılması, qardaş Türkiyənin iştirakı ilə regionun gələcəyinə dair yeni strateji planların icrası mərhələsinə başlamaq gərəkdir.

 

Onu da qeyd edək ki, “Laçın dəhlizi''nin təklükəsiz çalışması bizim dövlət strukturlarının zəmanəti altında olduğu üçün Qarabağda qanunsuz separatçı strkuturun hər hansı qalıqlarını qoruyub saxlamaq mümkün olmayacaq.Digər tərəfdən, elə bu gündən başlayaraq, Naxçıvanla kommunikasiyaya dair birgə bəyanatda nəzərdə tutulan öhdəliyin yerinə yetirilməsinə başlanılması Qarabağla cəmi bir yolla əlaqə dəhlizinin təhlükəsiz çalışmasında ən mühüm faktorlardan biri olacaqdır.Yəni, dəhlizlər coğrafi olmasa da, siyasi və ictimai işləklik baxımından bir-birindən ayrılmaz şəkildə bağlıdır.

 

Qarşıdakı yaxın dövrdə Ermənistan Türkiyə və Azərbaycanın ərazi bütüövlüyünü tanıyaraq, bütün tarixi iddialarından geri durduğunu bəyan edərsə, eləcə də əsrlərlə yürüdülən mifik ictimai-siyasi, həmçinin ideoloji kursun ağır mirasından imtina edərsə, o halda bölgədə daha geniş arealda kommunikasiyaların açılması mümkün ola bilər.

 

Əks halda Ermənistanın regional missiyasını revanşizmdə, yaxud hərb partiyası adı altında şərti bir qüvvənin hazırki rejimi devirməsi hesabına formalaşacaq yeni hakimiyyətin ənənəvi xəttə qayıdışı baş verərsə, onda 3-cü müharibə artıq Qarabağ ətrafında deyil, ''ermənisiz Qafqaz'' hədəfi və yekunu uğrunda gedəcək!

 

Zahid Oruc Millət vəkili

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Co Baydenin itinin “indoqurasiya” mərasimi keçiriləcək 17 Yanvar 2021, 10:20 Sumqayıtda ər arvadını oteldə boğaraq öldürdü 17 Yanvar 2021, 10:10 İcra başçısı müavinini vəzifədən azad etdi 17 Yanvar 2021, 10:00 Trampın vəkili impiçment müdafiəsində iştirak etdiyini açıqladı 17 Yanvar 2021, 09:51 Əfqanıstan yenə də silkələndi: Bu dəfə 6 bal 17 Yanvar 2021, 09:49 Deputat onlayn qəbulda 100-ə yaxın seçicini dinlədi 17 Yanvar 2021, 09:45 "Spikerimiz Mirzoyan türklərin agentidir" - Minasyan 17 Yanvar 2021, 09:39 Manukyan Gümrüyə buraxılmadı  17 Yanvar 2021, 09:28 Sərbəst güləşçilərimiz Fransada 5 medal qazandı 17 Yanvar 2021, 09:14 İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 56-ya çatdı 17 Yanvar 2021, 09:09 Nyu-Yorkda vaksin çatışmazlığı 17 Yanvar 2021, 09:00 İran ABŞ-ın son sanksiyalarını "görüntü cəhdi" adlandırdı 17 Yanvar 2021, 08:54 Son sutkada koronavirusdan 14 mindən çox insan öldü 17 Yanvar 2021, 08:40 2050-ci ilə qədər Yerin temperaturu pik həddə çatacaq 17 Yanvar 2021, 08:31 Şanxay Əməkdaşlıq Təşkilatında sədrlik Tacikistana keçdi 17 Yanvar 2021, 08:15 Əfqanıstan silkələndi 17 Yanvar 2021, 08:08 Antalyadan qalxan təyyarədən Moskvada qəza enişi  17 Yanvar 2021, 07:46 Fransada etirazçılar 12 polisə xəsarət yetirdilər 17 Yanvar 2021, 07:41 Bakıda 32 yaşlı kişi tanışını bıçaqladı 17 Yanvar 2021, 07:36 Almaniyanın gələcək kansleri bu şəxs ola bilər 17 Yanvar 2021, 01:00 “Çelsi” derbidə qalib gəldi 17 Yanvar 2021, 00:46 İranın ballistik raketi ABŞ gəmisinin həndəvərinə düşdü 17 Yanvar 2021, 00:31 Şanxay Əməkdaşlıq Təşkilatında sədrlik Tacikistana keçdi 17 Yanvar 2021, 00:15 Rusiyada koronavirusun 1500 mutasiyası tapılıb 17 Yanvar 2021, 00:04 Rusiya Müdafiə Nazirliyindən Qarabağ açıqlaması 16 Yanvar 2021, 23:50 Kəlbəcərdə ev yandı - FHN söndürdü 16 Yanvar 2021, 23:43 İranda karantin qaydaları daha da sərtləşdirilə bilər 16 Yanvar 2021, 23:31 Türkiyə Super Liqasında qollu heç-heçələr 16 Yanvar 2021, 23:16 Fransa yenə qarışdı 16 Yanvar 2021, 23:01 Messi Super Kubokun finalında oynamayacaq? 16 Yanvar 2021, 22:50 “Paşinyan vəzifədən getsə, belə ordu ilə kim müharibəyə başlayacaq?” 16 Yanvar 2021, 22:35 Çin peyvəndindən sonra baş verə biləcəklər açıqlandı 16 Yanvar 2021, 22:22 Gəncədə azyaşlı dəm qazından boğuldu 16 Yanvar 2021, 22:08 Hirkan Milli Parkında yanğın davam edir 16 Yanvar 2021, 21:59 Bayden Viktoriya Nulandı yüksək vəzifəyə təyin edəcək 16 Yanvar 2021, 21:47