Arxiv
3 Dekabr 2020, 10:50 | AKTUAL
Güclü Azərbaycan naminə

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən, hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü, noyabrın 10-u isə Zəfər Günü kimi qeyd olunacaq.


Sərəncamlarda da qeyd olunduğu kimi, İkinci Qarabağ savaşında düşmən hər cür təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətdi. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız böyük əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi.

1905, 1918 və 1988-ci illərdə də ermənilər bu cür cinayətləri müxtəlif formalarda törətmişdilər. Məşhur bir ifadə var: “Tarix təkrarlanır”. Bəzən tarix o zaman təkrarlanır ki, ondan nəticə çıxarılmır. Bu anım gününün təsis olunması və hər il qeyd olunması həmin vəhşiliklərin və təxribatların unudulmaması baxımından xüsusi əhəmiyyət daşıyır.

Noyabrın 10-nun ölkəmizdə hər il Zəfər Günü kimi keçirilməsinə gəldikdə isə Sərəncamda da qeyd olunduğu kimi, Azərbaycan xalqınin əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin möhtəşəm qələbəsini təmin etdi. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.

Prezident İlham Əliyevin böyük uzaqgörənliyi, xüsusi diqqət və qayğısı ilə dövlətimiz ölkəmizin daha da güclü olması üçün üzərinə düşən hər bir vəzifəni uğurla icra edir və hər zaman edəcəkdir. Hazırda qarşımızda böyük vəzifələr durur. Hər birimiz ölkəmizin daha da güclü olması üçün bütün gücümüzlə çalışmalıyıq. Hər kəs müharibə dövründə olduğu kimi, çalışdığı sahədə öz təhfəsini verməlidir. Azərbaycanın güclənməsini gözü götürməyənlər yeni təxribatlar törətməyə çalışacaqlar. Bu baxımdan hər an ayıq-sayıq olmağımız, bütün gücümüzlə çalışmağımız xüsusi önəm daşıyır.

Bu gün güclü olmağın əsas şərtlərindən biri də elmi potensialımızın və iqtisadiyyatımızın daha da gücləndirilməsidir. Bu günün gəncləri gələcəyin idarəçiləridir. Ona görə gənclərimiz dərin savad və biliyə malik olmaq, dil biliklərini, dünyagörüşlərini zənginləşdirmək, analitik təfəkkürə malik olmaq üçün böyük səylə çalışmalı, daima üzərlərində işləməlidirlər.


Ceyhun Məmmədov,
Milli Məclisin deputatı

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Tərtərdə tarktorçu MİNAYA DÜŞDÜ 28 Yanvar 2021, 16:45 Diaspora Dəstək Fondu təlimlərə başlayır 28 Yanvar 2021, 16:36 Bakıda daha bir erməni terrorçuya cinayət işi açıldı 28 Yanvar 2021, 16:30 YAP “Vahid Rusiya” Partiyasına ETİRAZ ETDİ 28 Yanvar 2021, 16:24 Türkiyəli deputatlar Ermənistanın ərazi iddiasına GÜLDÜLƏR 28 Yanvar 2021, 16:18 İctimaiyyət nümayəndələri Qaradağdakı şəhid məzarlığına getdilər - AÇIQLAMA 28 Yanvar 2021, 16:12 Publisist Ənvər Börüsoy vəfat etdi 28 Yanvar 2021, 16:06 Konstitusiyasında ərazi iddiası olan ÖLKƏLƏR 28 Yanvar 2021, 16:00 Babək prospektində piyadanı maşın vurub 28 Yanvar 2021, 15:55 Yeniyetmə qıza təcavüz edən polis işdən QOVULDU 28 Yanvar 2021, 15:49 İspaniyalı jurnalistin Qarabağ XATİRƏLƏRİ: “Azərbaycan artilleriyası yaşayış yerlərini vurmurdu” 28 Yanvar 2021, 15:43 UNEC tələbələri beynəlxalq yarışın finalına vəsiqə qazanıblar 28 Yanvar 2021, 15:39 Navalnının qardaşı da həbs olundu 28 Yanvar 2021, 15:34 Karantini pozan dönərxana aşkalandı 28 Yanvar 2021, 15:28 Türk ordusu suriyalı uşaqlara hədiyyələr payladı - FOTO 28 Yanvar 2021, 15:23 Dilçilik institutunda qalmaqal - “Qaynar xətt”i BƏRPA ETDİLƏR 28 Yanvar 2021, 15:17 Səfir: “Koçaryanla Sarkisyan küçəyə 100 min nəfər çıxara bilsəydi, Paşinyanı tarixin zibilliyinə atardı...” 28 Yanvar 2021, 15:11 Navalnı məhkəməyə videokonfransla qoşuldu 28 Yanvar 2021, 15:07 Vilayət Eyvazov Xalq artistinin həyat yoldaşını işdən çıxardı - FOTO 28 Yanvar 2021, 15:02 Bakıda universitetdə tələbələrin təhsil haqqını mənimsədilər 28 Yanvar 2021, 14:56 Bakıda bu yolda yeni işıqor quraşdırıldı 28 Yanvar 2021, 14:50 Xəzər quruyacaq? - Alimdən  AÇIQLAMA  28 Yanvar 2021, 14:44 Qanunsuz valyuta dəyişən şəxs tutuldu  28 Yanvar 2021, 14:38 Serj Sarkisyan koronavirusa yoluxub 28 Yanvar 2021, 14:32 Şəhid ailələrinə xidmət üçün təlim  28 Yanvar 2021, 14:26 Mağazalarda ödəniş üçün daha bank kartlarına da gərək qalmadı 28 Yanvar 2021, 14:22 Yanacaqdoldurma məntəqələrinə xəbərdarlıq 28 Yanvar 2021, 14:16 Tərtərdə traktor minaya DÜŞDÜ 28 Yanvar 2021, 14:10 Qarabağ işçi qrupunun GÜNDƏLİYİ 28 Yanvar 2021, 14:04 Direktor: “Bu şəxslərə koronavirus peyvəndi tövsiyə olunmur" 28 Yanvar 2021, 13:58 Deputat şəhid ailələri və qazilərlə görüşdü - FOTOLAR 28 Yanvar 2021, 13:52 Gəncə Hava Limanına Nizaminin adı verilsin - deputatdan təklif 28 Yanvar 2021, 13:46 Ov etmək istəyən şəxs cəzalandırıldı 28 Yanvar 2021, 13:40 100-ə yaxın şəhid və qazi ailəsinə psixoloji yardım göstərilib 28 Yanvar 2021, 13:34 Gömrükdə külli miqdarda qızıl-zinət əşyaları aşkar edildi - VİDEO 28 Yanvar 2021, 13:28