Modern.az

Füzuli Musayevin “Qəhrəman Əsgər” mahnısı necə yarandı... - VİDEO

Füzuli Musayevin “Qəhrəman Əsgər” mahnısı necə yarandı... - VİDEO

3 Dekabr 2020, 11:48

Karate üzrə dünya çempionu, polkovnik Füzuli Musayev vətənpərvər ruhunda “Qəhrəman Əsgər” adlı mahnı yazıb. Maraqlı nüanslardan biri də odur ki, mahnını həm də özü səsləndirib.

Bu barədə Füzuli Musayev Modern.az danışıb:

“1988-ci ildə ilk Qarabağ döyüşçülərindən olmuşam, Qarabağ veteranıyam. Əfsuslar olsun ki, istər 2016-cı ilin aprel döyüşlərində, istərsə də İkinci Qarabağ Müharibəsində iştirak edə bilmədim. Arxa cəbhədə olduğum üçün, ön cəbhəyə mənəvi cəhətdən yardım etmək istədim. Düşündüm ki, mahnı ən gözəl ruhlandırıcı vasitədir.

Mahnının sözlərini 2016-cı ildə Aprel döyüşləri zamanı yazmağa başladım. Mahnının sözləri də, musiqisi də mənə aiddir. Bu mahnı ilə biz müharibənin bütün hisslərini qismən də olsa keçirdik.

İkinci Qarabağ Müharibəsi zamanı əldə etdiyimiz qələbə bütün xalqımızı ruhlandırdı. Mən də “Qəhrəman Əsgər” mahnısını ifa edib, xalqın sevincinə şərik oldum. 44 gün ərzində bəlkə də 100-ə yaxın vətənpərvər ruhlu mahnı yazılıb. Onlardan da biri “Qəhrəman Əsgər” oldu. Xalqın bu mahnıya olan marağı məni çox sevindirir”.

 

Fidan İlqarqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu