Arxiv
3 Dekabr 2020, 12:20 | AKTUAL
GUAM-ın iclasında erməni təcavüzü müzakirə olundu

Dekabrın 2-də GUAM Parlament Assambleyası komitələrinin videokonfrans formatında 4-cü birgə iclası keçirilib.

Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
 

Bildirilib ki, onlayn iclasda Milli Məclisin GUAM PA-dakı nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev, nümayəndə heyətinin üzvləri Nəsib Məhəməliyev, Əli Məsimli, Cavid Osmanov və Qüdrət Həsənquliyev iştirak ediblər.


Gündəlik təsdiqləndikdən sonra Milli Məclisin GUAM PA-dakı nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev gündəliyin ikinci məsələsi – “GUAM məkanında ərazi münaqişələrinin həllinin hüquqi aspektləri” mövzusunda çıxış edib. Bildirib ki, bu ilin 27 sentyabr-10 noyabr tarixlərində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin növbəti aktiv dövrünün şahidi olduq. Hansı ki, Azərbaycanın tam qələbəsi ilə bitdi. Ermənistan öz üzərinə işğal etdiyi qalan ərazilərin də təhvil verilməsi öhdəliyini götürdü. Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında bəyanat  imzalandı. Bu sənədə uyğun olaraq Ermənistan 30 ilə yaxın qanunsuz yaşadıqları Ağdam, Kəlbəcər və Laçın rayonlarını da Azərbaycana təhvil verdi. Azərbaycan münaqişədən əvvəl orada yaşamış və qeydiyyatı olmayan erməni əhalinin çıxarılmasına təkid etmədi və onları öz vətəndaşları sayaraq orada qalıb yaşamalarına etiraz etmir. Hazırda razılaşmanın digər mərhələsinin icrası üçün azərbaycanlı əhalinin öz doğma torpaqlarına qayıtmaları təmin olunmalıdır. Onlar Ermənistanın aqressiyası nəticəsində öz torpaqlarını tərk etmək məcburiyyətində qalmış və öz ölkələrində məcburi köçkün olmuşdular.


Bu il sentyabrın 27-də hərbi əməliyyatların  yenidən başlaması barədə danışan Elnur Allahverdiyev bildirib ki, buna Ermənistan rəhbərliyinin məsuliyyətsiz və beynəlxalq hüquqa zidd davranışları səbəb olmuşdu.

Deputat xatırladıb ki, bu ilin iyulunda GUAM-ın Büro iclasında Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətində törətdiyi təxribatları müzakirə etmişdik. Bu təcavüz nəticəsində Azərbaycanın hərbi və mülki şəxsləri öldürüldü və yaralandı. Bundan sonra avqust ayında Ermənistanın Azərbaycanın ərazisinə daxil olmuş diversiya qrupu zərərsizləşdirildi. Həmin qrupun rəhbəri təsdiqlədi ki, Ermənistan  Azərbaycanın yeni ərazilərinin işğalı üçün ciddi hazırlıq işləri görür. Ermənistanın müdafiə naziri yeni doktrina elan etdi. Həmin vaxt Ermənistan hökuməti Cenevrə Konvensiyasına zidd olaraq Livan və Suriyadan erməni əhalinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi prosesinə başladı.


Elnur Allahverdiyev diqqətə çatdırıb ki, bütün yuxarıda deyilən faktlar yeni müharibənin alovlanmasına səbəb oldu. Azərbaycan isə öz gücü ilə BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin icrasını təmin etdi. Deputat Azərbaycanın ədalətli mövqeyini təsdiqləyən və beynəlxalq sənədlərdə əksini tapmış bir sıra prinsipləri də iştirakçıların diqqətinə çatdırdı.

Çıxışının sonunda Elnur Allahverdiyev Azərbaycanın ədalətli mövqeyini dəstəklədiklərinə görə GUAM ölkələrindən olan həmkarlarına təşəkkürünü bildirib.


Sonra tədbirdə  GUAM-a üzv olan dövlətlərdə ərazi münaqişələri və onların siyasi nəticələri,  üzv dövlətlər arasında ticari-iqtisadi əlaqələrin inkişafında perspektivlər və imkanlar, GUAM məkanında azad ticarət zonalarının inkişafı, üzv ölkələrdə nəqliyyat dəhlizinin inkişafı və logistik ünsiyyətin yaxşılaşdırılması, gömrük sahəsində əməkdaşlıq,  quruma üzv ölkələrdə COVİD-19 pandemiyası ilə əlaqədar vəziyyət nəzərə alınmaqla elm, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq imkanları mövzularında fikir mübadiləsi aparılıb, müvafiq qərarlar qəbul edilib. Çıxış edənlər Azərbaycanı ərazi bütövlüyünü bərpa etməsi münasibətilə təbriklərini çatdırıblar.


İclasda çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Əli Məsimli pandemiyanın təşkilata üzv ölkələr arasında ticarət əlaqələrinə təsirindən danışıb, iqtisadiyyatın bərpası yolları barədə fikirlərini bölüşüb.

Sonra  iclasda bir sıra təşkilati məsələlərə baxılıb. Bununla da GUAM Parlament Assambleyası komitələrinin videokonfrans formatında keçirilən 4-cü birgə iclası başa çatıb.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistan virusun cəngində: 351 yoluxma 17 Yanvar 2021, 11:12 “Fənərbağça” klubu Məsul Özili transfer etdi 17 Yanvar 2021, 11:00 Gürcüstanda koronavirusa yoluxma sayı artdı 17 Yanvar 2021, 10:51 Dələduzlar bankların adlarından istifadə edərək kart məlumatlarını ələ keçirirlər 17 Yanvar 2021, 10:39 Martına qədər virus qurbanlarının sayı 5 milyonu keçə bilər - Alimlərdən xəbərdarlıq 17 Yanvar 2021, 10:29 Co Baydenin itinin “indoqurasiya” mərasimi keçiriləcək 17 Yanvar 2021, 10:20 Sumqayıtda ər arvadını oteldə boğaraq öldürdü 17 Yanvar 2021, 10:10 İcra başçısı müavinini vəzifədən azad etdi 17 Yanvar 2021, 10:00 Trampın vəkili impiçment müdafiəsində iştirak etdiyini açıqladı 17 Yanvar 2021, 09:51 Əfqanıstan yenə də silkələndi: Bu dəfə 6 bal 17 Yanvar 2021, 09:49 Deputat onlayn qəbulda 100-ə yaxın seçicini dinlədi 17 Yanvar 2021, 09:45 "Spikerimiz Mirzoyan türklərin agentidir" - Minasyan 17 Yanvar 2021, 09:39 Manukyan Gümrüyə buraxılmadı  17 Yanvar 2021, 09:28 Sərbəst güləşçilərimiz Fransada 5 medal qazandı 17 Yanvar 2021, 09:14 İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 56-ya çatdı 17 Yanvar 2021, 09:09 Nyu-Yorkda vaksin çatışmazlığı 17 Yanvar 2021, 09:00 İran ABŞ-ın son sanksiyalarını "görüntü cəhdi" adlandırdı 17 Yanvar 2021, 08:54 Son sutkada koronavirusdan 14 mindən çox insan öldü 17 Yanvar 2021, 08:40 2050-ci ilə qədər Yerin temperaturu pik həddə çatacaq 17 Yanvar 2021, 08:31 Şanxay Əməkdaşlıq Təşkilatında sədrlik Tacikistana keçdi 17 Yanvar 2021, 08:15 Əfqanıstan silkələndi 17 Yanvar 2021, 08:08 Antalyadan qalxan təyyarədən Moskvada qəza enişi  17 Yanvar 2021, 07:46 Fransada etirazçılar 12 polisə xəsarət yetirdilər 17 Yanvar 2021, 07:41 Bakıda 32 yaşlı kişi tanışını bıçaqladı 17 Yanvar 2021, 07:36 Almaniyanın gələcək kansleri bu şəxs ola bilər 17 Yanvar 2021, 01:00 “Çelsi” derbidə qalib gəldi 17 Yanvar 2021, 00:46 İranın ballistik raketi ABŞ gəmisinin həndəvərinə düşdü 17 Yanvar 2021, 00:31 Şanxay Əməkdaşlıq Təşkilatında sədrlik Tacikistana keçdi 17 Yanvar 2021, 00:15 Rusiyada koronavirusun 1500 mutasiyası tapılıb 17 Yanvar 2021, 00:04 Rusiya Müdafiə Nazirliyindən Qarabağ açıqlaması 16 Yanvar 2021, 23:50 Kəlbəcərdə ev yandı - FHN söndürdü 16 Yanvar 2021, 23:43 İranda karantin qaydaları daha da sərtləşdirilə bilər 16 Yanvar 2021, 23:31 Türkiyə Super Liqasında qollu heç-heçələr 16 Yanvar 2021, 23:16 Fransa yenə qarışdı 16 Yanvar 2021, 23:01 Messi Super Kubokun finalında oynamayacaq? 16 Yanvar 2021, 22:50