Modern.az

Polis Suqovuşan və Talışda fəaliyyətini bərpa etdi - FOTOLAR

Polis Suqovuşan və Talışda fəaliyyətini bərpa etdi - FOTOLAR

3 Dekabr 2020, 13:12

Sentyabrın 27-dən başlayaraq müzəffər Azərbaycan ordusu tərəfindən keçirilmiş əks-hücum əməliyyatları nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə təhlükəsizlik tədbirləri gücləndirilir.

 

DİN-in Mətbuat Xidmtətinin Bərdə regional qrupundan Modern.az-a bildirilib ki, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları rayonun işğaldan azad edilmiş Suqovuşan və Talış kəndlərində xidməti fəaliyyətini bərpa edib.

 

Kəndlərin ərazisində təhlükəsizliyi təmin etmək üçün sahə inspektorları təyin edilib və xidməti post qurulub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi