Modern.az

Paşinyan daha bir məmuru işdən çıxardı

Paşinyan daha bir məmuru işdən çıxardı

Aktual

3 Dekabr 2020, 13:18

Ermənistanın baş naziri Nikol Paşinyan daha bir məmuru vəzifəsindən azad edib.

 

Modern.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, Ermənistanın Sünik əyalətinin qubernatoru Unan Poğosyan istefaya göndərilib. 2018-ci ildəki inqilabdan sonra bu vəzifəni tutan qubernator uzun müddət polis sistemində işləyib. Onun işdən çıxarılmasının səbəbləri açıqlanmayıb.

 

10 noyabrda imzalanan üçtərəfli bəyanatdan sonra Ermənistanda kütləvi istefalar və kadr dəyişikliyi dalğası davam etməkdədir. Qeyd edək ki, Sünik əyaləti tarixi Zəngəzur mahalının ərazisində yerləşir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü