Arxiv
4 Dekabr 2020, 14:55 | AKTUAL
LAÇIN-düşmən üzərində tam Qələbə!

44 günlük müharibə çox şeyi dəyişdi-streotipləri və düşüncələri,tarixi və coğrafiyanı,psixoloji durumu və hadisələrə yanaşma ədasını...Və bütün bunlar cəmiyyətin üst qurumu hesab olunan mədəniyyət və ədəbiyyata da yansımaqdadır. Bu 44 gün sübut etdi ki, Ali Baş Komandan cənab İlham Əliyevin şəxsində Şah İsmayıl Xətainin dövlətçilik və sərkərdəlik ruhu yaşayır. Əsgər və zabitlərimizin, generallarımızın şəxsində "Dədə Qorqud" qəhrəmanlarının, Babəkin, Koroğlu və onun 7777 dəlisinin əzmi, gücü, döyüş bacarığı, mübarizliyi yaşayır və heç də bu qəhrəmanlıq dastanları yalnız və yalnız təxəyyülün məhsulu deyil, həyat həqiqətlərinin obrazlı təcəssümüdür. Düşmən əsgərlərinin qorxu və həyəcan, xarici jurnalistlərin heyrətlə etiraf etdikləri kimi Azərbaycan əsgəri XXI yüzilin möcüzələrindən biri adlandırılmağa layiqdir. Bu əsgər təkbaşına yalın əllə yüzlərlə düşmən əsgərini məhv edə və eyni zamanda təkbaşına taleyin ixtiyarına buraxılmış körpəni xilas etmək üçün öz həyatını riskə ata bilər. Bu əsgər ər meydanında ərdir, qatil deyil, faşist deyil, zori balayan deyil!!! 

 

Gücün sözü ötkəm olar və düşmən bu gücü gördü. Ard-arda "komandirin vurduğu" saysız-hesabsız hərbi texnika və canlı qüvvə itkisi onda böyük bir xof yaratdı,"güclü erməni ordusu" stereotipi dağıldı, düşmən artıq döyüşə bilməyəcəyini dərk etdi və nəticədə Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə belə atılmadan boşaldıldı. Laçının işğaldan azad olunması tarixi hadisədir, bu düşmən üzərində tam qələbədir. Dövlətimiz tərəfindən aparılan daxili və xarici siyasətin bu qələbəni düşmən üzərində  qəti qələbəyə çevirəcəyi gün də uzaqda deyil.

 

II Qarabağ savaşını "sürətli müharibə" də adlandıra bilərik. BMT-nin 27 ildə görə bilmədiyi işi Azərbaycan ordusu 44 günə gördü. Ali Baş Komandan İlham Əliyevin də dediyi kimi "Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdik. Bu qətnamələr 27 il idi ki, təkcə Ermənistan üçün yox, başqaları üçün də kağız parçası idi". Azərbaycanın öz dədə-baba torpaqlarını geri almaqla göstərdiyi qətiyyət həm də BMT-nin nüfuzunun da möhkəmlənməsinə təsir göstərdi. Nəhayət ki, bu təşkilatın 4 qətnaməsi-822,853,874 və 884 saylı qətnamələri Azərbaycan əsgərinin gücü sayəsində öz həllini tapdı.

 

Artıq hamıya məlumdur ki, Ermənistan işğalçı, terrorçu bir dövlətdir. Onun bütün siyasəti işğalçılıq, talançılıq, vandalizm üzərində qurulub. İşğal etdiyi Azərbaycan torpaqlarından qovulduqca geridə qoyduğu mənzərələr bir daha onu sübut edir ki, bu vandallıq, bu vəhşilik ayrı-ayrı qruplar çərçivəsində deyil, dövlət səviyyəsində həyata keçirilib. Dünya əhəmiyyətli tarixi abidələrin qarət, məhv və təhqir edilməsi  bir daha onu göstərdi ki, bu dövlət oğru, vandal və faşist ruhlu insanların qurduğu bir dövlətdir. Belə dövlətin dərsinin verilməsi,onun ordusunun darmadağın edilməsi eyni zamanda bəşəriyyətə xidmətdir. Çünki onlar harada olsalar, ora fəlakət, terror və faşist ideaları daşıyacaqlar. Ancaq düşmən bilməlidir ki,bu əməllərini bir daha bizim ölkəmizdə törədə bilməyəcəklər, çünki cənab Prezident İlham Əliyevin də dediyi kimi "Artıq ermənistan ordusu yoxdur, məhv etmişik. Bu orduya silahlar, sursatlar, ən müasir texnikalar verilirdi, özü də pulsuz. Bunu hər kəs bilir".

 

Hər kəs bilir, amma onları biz geri oturtduq və yaxşıca dərslərini verdik Azərbaycan olaraq! Azərbaycan olaraq yeni hərbi-siyasi reallıq yaratdıq. 17 illik mübarizə,danışıqlar masasında müxtəlif xarici dairələrin Azərbaycana yalnız 5 rayonun qaytarılması ilə razılaşması barədə edilən təzyiqlər boşa çıxdı.

 

Azərbaycanın apardığı bu Vətən müharibəsi XXI yüzilliyin bir ilkinə də imza atdı.II Dünya müharibəsindən bəri aparılan irili-xırdalı savaşların heç birində kapitulyasiya aktı imzalanmamışdı.ermənistan bu biyabırçı məğlubiyyətlə razılaşmalı oldu. Prezident İlham Əliyevin dediyi kimi "Qarabağ Azərbaycandır!" və "Bu gün...hər kəs bu reallıqla barışmalıdır!" Laçın rayonu ərzasinə nəzər yetirərkən düşmənin ona bir qədər fərqli münasibət bəslədiyinin şahidi oluruq. Məsələn, işğal etdikləri Ağdam, Cəbrayıl, Füzuli rayonları ilə müqayisədə Laçın rayonuna az zərər yetiriblər. Bu da səbəbsiz deyil. Çünki onlar Dağlıq Qarabağdan başqa Kəlbəcər və Laçın rayonlarını da heç bir vəchlə Azərbaycana qaytarmaq istəmirdilər. Bu iki rayonu sanki özəlləşdirmişdilər. Onlar bu əraziləri qaytarmaq istəmir, əgər qaytarmaq məcburiyyətində qalsalar belə, o halda razılaşacaqdırlar ki, Azərbaycan ya qondarma DQR-ı tanımalı ya da orada seçki keçirilməsi ilə razılaşmalı idi. Ancaq Azərbaycan ordusu onların bu niyyətini gözündə qoydu. Xalq "dəmir yumruğa dönüb düşmənin belini qırdı" və onların bu xəbis niyyətlərini puça çıxardı.

 

Laçının adı kimi gözəl və füsunkar təbiəti var. Əzəmətli uca dağlar, sıldırım qayalıqlar, zümrüd meşələr, bol sulu çaylar, bərəkətli torpaqlar, zirvələrdə qartallar, bağlarda bülbüllər, göllərdə yaşılbaş sonalar... Çəmənlərdə lalələr, nərgizlər, bənövşələr. Yamaclarda kəklikotular, əvəliklər, qırxbuğumlar... Sucuq yerlərdə baldırğanlar çaşırlar... Qayalıqlarında əhəng daşı, xına daşı, çaxmaq daşı... Hər otu, yarpağı, daşı, torpağı dərman olan Ana yurdun bir parçasıdır Laçın və onun bir qarışı da düşmənə verilmədi.

 

Bu gözəlliklər qoynunda bir şəhər (Laçın şəhəri),bir qəsəbə (Qayğı qəsəbəsi) və 125 kənd var. Laçın rayonun işğaldan azad edilməsi bütün laçınlıların sevincinə səbəb olduğu kimi bu torpağın yetirməsi olan tarixi şəxsiyətlərinin ruhunu da şad elədi, təbii ki, Qarabağ xanı Pənahəli xanın sərkərdəsi Qara Murtuza bəyin, Güləbirdli Sarı Aşığın, ADR-ın ilk müdafiə naziri, eyni zamanda Qarabağ General qubernatoru-Xosrov bəy Sultanovun, Şuşa darürmüəlliminin (pedoqoji məktəbin) təşkilatçısı və müdiri Müseyib İlyasovun ADR dövründə ilk Təhsil Naziri Nurməmməd bəy Şahsuvarovun,eləcə də Laçın uğrunda canını qurban vermiş bütün şəhidlərin ruhu göylərdə pərvaz edir. Bu görkəmli şəxslərin ruhları həm də ona görə şaddır ki,düşmən heç bir xəbis niyyətinə çatmadı. Onlar nəinki Laçından qovuldular, eyni zamanda Azərbaycan Laçın dəhlizi üzərindəki suveren haqlarını kimsəyə vermədi. Dəhlizdə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vəsitələrinin və yüklərin hərəkəti rəsmi Bakının nəzarəti altındadır. Bəli Laçın dəhlizindən ermənilər də istifadə edəcəklər, əvəzində isə Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edən Naxçıvan və Azərbaycanın qərb rayonları arasında quru nəqliyyat yolunun bərpası əldə edildi. Uzun illər Azərbaycandan təcrid olunmuş Naxçıvanla quru yolunun bərpası qələbə sevincimizi ikiqat artırdı.
Sonda bildirmək istəyirəm ki,Prezident İlham Əliyevin də dediyi kimi, az bir zamanda Laçın əvvəlki simasını bərpa edəcək və əziz Laçınlıları öz qoynuna alacaqdır.

 

Azərbaycan qalibdir. Düşmənlərin də etiraf etdikləri kimi möcüzə döyüşçüləri, yumruq kimi birləşən xalqı,düşmən və onun havadarlarına meydan oxuyan sərkərdəsi-Ali Baş Komandanı var.

 

Mən aşiq Ordubada,

Yol gedir Ordubada.

Sərkərdə əsl olsa

Heç verməz ordu bada.

 

Var olsun əsl Sərkərdəmiz-Ağdam, Kəlbəcər və Laçını bir güllə belə atmadan düşmən işğalından azad etdi. Var olsun əsgər və zabitlərimiz, qazilərimiz. Var olsun milli birliyimiz! Hamılıqla ruhları qarşısında baş əydiyimiz şəhidlərimizin ruhu daima şad olsun. Onların sayəsində milli qürurumuz və özgüvənimiz qayıtdı.

 

Xatirə Rəhimbəyli: 298 nömrəli tam orta məktəbin direktor müavini, AYB-nın üzvü, Prezident təqaüdçüsü

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şahin Mustafayev ermənistanlı həmkarı ilə Naxçıvan dəhlizini müzakirə edəcək 26 Yanvar 2021, 10:42 Məktəblər açılır - Siniflərdə İSTİLİK OLACAQMI? 26 Yanvar 2021, 10:40 Daha bir baş həkim TUTULDU 26 Yanvar 2021, 10:35 Xilasetmə əməliyyatına itlər də cəlb olundu - VİDEO 26 Yanvar 2021, 10:30 Pandemiya səhiyyə sahəsinə həm ziyan vurdu, həm də xeyir verdi - Deputat 26 Yanvar 2021, 10:27 Ermənistan parlamenti buraxıla bilər - YENİ SEÇKİLƏR 26 Yanvar 2021, 10:24 Deputat şəhid ailələrinə və qazilərə baş çəkib - FOTO+VİDEO 26 Yanvar 2021, 10:22 Pambıq sahələrinin güzəştli sığortası başlayıb - Şərtlər, məbləğlər 26 Yanvar 2021, 10:18 Onun üstündən 6 kiloqram narkotik tapıldı 26 Yanvar 2021, 10:13 Yerevan Vardenis-Ağdərə yolundan istifadə üçün Bakıdan İCAZƏ İSTƏYİR 26 Yanvar 2021, 10:12 Oqtay Şirəliyev iclas ÇAĞIRDI 26 Yanvar 2021, 10:08 Dünyanın üç ən zəngin adamı - Onlar istəsələr, hər kəsə COVID-19 vaksini vurmaq olar 26 Yanvar 2021, 10:03 Mehriban Əliyevanın tapşırığı ilə Goranboyda yeni məktəb tikilir - FOTOLAR 26 Yanvar 2021, 10:00 Bayden Trampın impiçmentini DƏSTƏKLƏDİ 26 Yanvar 2021, 09:54 Xaçmazda ikimərtəbəli ev YANDI 26 Yanvar 2021, 09:50 Bu müəllimlər məcburi vaksinasiya olunacaqlar - VİDEO 26 Yanvar 2021, 09:45 Azərbaycan əhalisi ən çox bu xəstəliklərdən əziyyət çəkir 26 Yanvar 2021, 09:40 Ermənilərin təslim olmaq çağırışını rədd edən Daşaltı ŞƏHİDLƏRİ... 26 Yanvar 2021, 09:34 Lavrov və Zərif Qarabağı müzakirə edəcəklər 26 Yanvar 2021, 09:28 Dünənki partlayışda ölən qadının fotosu yayıldı - azyaşlı qızının axtarışları davam edir 26 Yanvar 2021, 09:22 Yazıçılar Birliyi “Nizami Gəncəvi ili” üçün nə edəcək? 26 Yanvar 2021, 09:16 Neft ucuzlaşmaqda davam edir 26 Yanvar 2021, 09:10 Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri 26 Yanvar 2021, 09:05 Hindistanda hərbi helikopter qəzaya düşdü, pilot öldü 26 Yanvar 2021, 09:00 Şuşada Şəhidlər Xiyabanı... 26 Yanvar 2021, 08:55 Kişi arvadı ilə dalaşdı özünü binadan atdı 26 Yanvar 2021, 08:50 “WhatsApp” 30 milyon abunəçisini itirdi 26 Yanvar 2021, 08:42 ABŞ-da 74 yaşlı qadın maliyyə naziri oldu 26 Yanvar 2021, 08:36 Qorxu koronavirusa yoluxma riskini artırır 26 Yanvar 2021, 08:31 Azərbaycanın Avropa Şurasına üzvlüyünün 20 illiyi qeyd olundu - FOTO 26 Yanvar 2021, 08:26 Merkel Baydeni Almaniyaya dəvət etdi 26 Yanvar 2021, 08:20 Koronavirusa yoluxanların sayı 100 milyonu ötdü 26 Yanvar 2021, 01:00 Bayden Trampın bu qərarını ləğv etmədi 26 Yanvar 2021, 00:49 Xırdalanda dağıntılar altından bir nəfərin cəsədi çıxarıldı - VİDEO - YENİLƏNİB 26 Yanvar 2021, 00:35 Partlayışda qonşularına kömək edən şəxsin ayağı sındı   26 Yanvar 2021, 00:29