Modern.az

Polad Həşimovun anasının “Əsgərə məktub”u

Polad Həşimovun anasının “Əsgərə məktub”u

Mədəni̇yyət

10 Dekabr 2020, 16:18

Azərbaycan Əsgəri Ali Baş Komandanın rəhbərliyi altında Qarabağda zəfər tarixi yazır.

 

Bu günlər bütün dualarımız Vətən müharibəsində bizə Qələbə sevinci yaşadan əsgərlərimizlə bağlıdır.

 


Modern.az saytı “Əsgərə məktub” rubrikasında növbəti məktubu təqdim edir.

 


Bu dəfə Azərbaycanın Milli Qəhrəmanı, Qarabağda bayraq sancmaq arzusu ilə şəhidlik zirvəsinə yüksələn, Tovuz döyüşlərində canını Vətənə qurban verən, Azərbaycanın igid, yenilməz, məğrur oğlu, general-mayor Polad Həşimovun anası Səmayə Həşimova “Əsgərə məktub” yazıb:

 


“Əziz Əsgər balalarım, oğlumun bir arzusu, amalı var idi, əzəli Azərbaycan torpağı olan Qarabağa Üçrəngli bayrağımızı sancmaq…


Bu, Polada qismət olmasa da, sən, İgid Əsgər, onun qanını yerdə qoymayıb, bunu bacardın. İllərdir düşmən tapdağında olan torpaqları azad etdin. Polad sizi çox sevirdi. Polad Vətənimizi çox sevirdi.


Qəhrəman Əsgərlərim, sizə təşəkkür edirəm. Oğlumun və onun timsalında neçə-neçə igidlərin qanını yerdə qoymadınız. Sizinlə fəxr edirəm, siz bütün Azərbaycanın qürur mənbəyisiniz.


Torpaqlarımızın alınmasında öz şücaətini göstərən bütün əsgərlərin qarşısında baş əyirəm. Sizinlə səngərdə çiyin-çiyinə vuruşanların arasında şəhid olanlara Allahın rəhmətini diləyirəm. Yaralananlarınıza tez bir zamanda məğrur, yenilməz, qalib əsgər kimi azad olunmuş torpaqlarda gəzməyi arzulayıram. Arzu edirəm ki, ailənizin, övladlarınızın yanına tezliklə qayıdasınız. Allah sizlərin üzərində daim yar olsun.


Azərbaycanın Müzəffər Ordusuna və Ali Baş Komandanımıza minnətdarlığımı bildirirəm. Oğlumun adının əbədiləşdirilməsi üçün mümkün bütün addımları atdı.

Azərbaycan oğulları qürurlu, məğrur, qəhrəmandır”.

Fidan İlqarqızı

***

Anarın “Əsgərə məktub”u...
Xalq yazıçısı Elçinin “Əsgərə məktub”u
Afaq Məsudun “Əsgərə məktub”u
İsa Qəmbərin “Əsgərə məktub”u
Fərhad Bədəlbəylinin “Əsgərə məktub”u
Fəxrəddin Manafovun “Əsgərə məktub”u
Rasim Balayevin “Əsgərə məktub”u
Yalçın Rzazadənin “Əsgərə məktub”u
Firəngiz Əlizadənin “Əsgərə məktub”u
Fikrət Qocanın “Əsgərə məktub”u
İlyas İsmayılovun “Əsgərə məktub”u...
Aygün Bayramovanın “Əsgərə məktub”u  
Alim Qasımovun “Əsgərə məktub”u
Akif İslamzadənin “Əsgərə məktub”u
Bahar Muradovanın “Əsgərə məktub”u  
Nəzakət Teymurovanın “Əsgərə məktub”u  
Rəşid Mahmudovun “Əsgərə məktub”u  
Ramiz Abutalıbovun “Əsgərə məktub”u 
Cavanşir Quliyevin “Əsgərə məktub”u 
Yaqut Abdullayevanın “Əsgərə məktub”u 
Yaqub Məmmədovun "Əsgərə məktub"u  
Səkinə İsmayılovanın “Əsgərə məktub”u

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu