Modern.az

Yaralı komandirini 10 kilometr çiynində daşıyan Şəhid Tağı ĶİMDİR? - VİDEO

Yaralı komandirini 10 kilometr çiynində daşıyan Şəhid Tağı ĶİMDİR? - VİDEO

Aktual

13 Dekabr 2020, 21:58

Birinci Qarabağ müharibəsində düşmənin göz dikmək istədiyi Naxçıvan MR Sədərək döyüşlərinin ən şiddətli vaxtlarında elə Sədərəkdə dünyaya gəlir, 28 ildən sonra İkinci Qarabağ döyüşlərində, torpaqlarımızın işğaldan azad edilməsində böyük rəşadət göstərərək şəhidlik zirvəsinə çatır.

Onun atası İlham Abdullayev Birinci Qarabağ müharibəsi zamanı Sadərəkin müdafiəsində böyük şücaətlə vuruşub qazi olmağın, oğlunun isə İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksəlməsinin qürurunu yaşayır.

Tağı Abdullazadə XTQ hərbçisi kimi hərbi xidməti Naxçıvandan başlasa da, sonradan yolu Füzulidə və Hadrut istiqamətində gedən döyüşlərdə başa çatır. Oktyabrın 30-da işğaldan azad edilən hər torpağımıza sancdığı bayraqdan da uca zirvəyə - Şəhidlik zirvəsinə yüksəlir. 30-dan çox düşməni məhv edir. Yaralı, gözlərini itirmiş olan komandirini 10 km-dən çox məsafəni qət edərək çiynində daşıyıb.
Bu barədə komandiri şəhidin 40 mərasimində qəbri üstündə danışıb. Özündən sonra ailəsinə yalnız fəxarət hissləri və 4 yaşlı Yusifi varis qoyub getdi. Həmin Yusifi ki, anası onu atasının layiqli davamçısı kimi böyüdəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır