Arxiv
4 Yanvar 2021, 13:21 | ƏDƏBİYYAT
Qorxu bilməyən CƏSUR ƏSGƏR - İki dəfə yaralandı, döyüşə qayıtdı və...

Onda hələ uşaq idim. Rəhmətlik nənəmdən Savalanın adını tez-tez eşidərdim. Həmişə təəssüflə, nigarançılqla onu xatırlayır və çox da heyfslənirdi. Haqqında elə danışırdı ki, guya ya oğlu ya da qardaşı imiş. Savalan əslində babamın qardaşı oğlu idi. II dünya müharibəsinə getmiş, ancaq qayıtmamışdı. İtkin düşdüyünü deyirdilər. Son məktubu Mozdokdan gəlmişdi. Bütün qohum-əqrabanı birər-birər yazıb soruşurdu. Onu mühüribəyə də elə babam yola salmışdı. Sonuncu məktubunu bibisi – nənəm Şirin qızı Pəri özündə saxlayırdı. Dünyasını dəyişəndə vəsiyyətinə əsasən qəbrinə qoyuldu. Nənəmdə rəhmətlik Savalan əminin tankın yanında çəkdirdiyi bir şəkli də var idi və o, həm məktubu, həm də fotoşəkli hərdən çıxarıb baxır, sonra nəmlənmiş gözlərinin yaşını silib təzədən sandığa qoyurdu. Deyirdi ki, bala, vəsiyyət eləmişəm Savalanın bu yadigarlarını öləndə sinəmin üstünə qoysunlar. Elə də oldu...


Savalan Heydər babamın qardaşı Qaytaranın oğlu, Rizvan dədənin, Əvəz əminin qardaşı idi. O dövrün adamları çox mehriban olurdular, əmiuşağı, dayıuşağı, xalauşağı bilinmirdi. Bir evin övladları kimi əzizlənir, beləcə də böyüyb yaşlanıb gedirdilər. Sözümün canı odur ki, bu nəslə Savalan olduqca əziz idi. Necə deyərlər, elə indi də o nəslin davamçılarının dilində adını vaxtaşırı eşitmək olar. Dava adının ağırlığı da burda az rol oynamırdı. Savalan Xələflidən müharibəyə gedib qayıtmayan 25 nəfərdən biridir. Bu nəsildən sonrakı savaşlarda da döyüşçü kimi iştirak edən, igidliklə vuruşanlar çıxdı. Savalanın qardaşıoğlu Salehin adını fəxrlə çəkə bilərik. I Qarabağ Müharibəsinin kəndimizdən olan say-seçmə 10-15 qazisidən biri idi. Kəndimizin tarixi ilə bağlı Sabir Şirvanla birgə yazdığımız “Eyvatlıdan Xələfliyədək” (Bakı, Nərgiz, 2010) kitabında az da olsa, bu barədə ipucu verən məlumatlar var. Xələfli şəhidlərindən Xurşud Əsgərov haqqındakı məlumatda oxuyuruq: “Bir çox uğurlu əməliyyatlara döyüş qabiliyyəti ilə adını yazan X.Əsgərovun son döyüşü 1994-ci ilin martın 4-də işğal edilmiş doğma Cəbrayıl istiqamətində aparılan əməliyyat olub. Belə ki, qansız düşmənin minamyotdan atdığı mərmi onu qəflətən haqlayıb. Onunla çiyin-çiyinə döyüşən həmkəndlisi Zalov Saleh Rizvan oğlu döyüş dostları ilə birlikdə Xurşudu səngərdən çıxararaq valideynlərinə çatdırıblar...”.
Burdan görünür ki, Saleh Rizvanoğlu 1994-cü ildə işğal edilmiş Cəbrayıl istiqamətində aparılan ağır döyüşlərdə iştirak edib.

Əlbəttə, Saleh və başqa qazilərimiz haqqında ətraflı yazılmalıdır və yazılacaq da. Çünki onlar olmasaydı ortada örnək olmazdı. 30 ilə yaxın bir zaman içində rusların hərbi-siyasi yardımı ilə Qarabağ və ətraf bölgələrin ermənilərin işğalı altına düşməsi ölkəmizi və isti ocaqlarından perik düşmüş məcburi köçkünləri çox çətin bir durumda qoymuşdu. Haqsız qınaqlar bir yandan, 20 faiz torpaqların zəbt edilməsi nəticəsində əhaliyə və dövlətə dəyən milyardlarla ziyan sizə asan gəlməsin. Yaxşı ki, Azərbaycan qəddini düzəltdi, böhrandan çıxdı, iqtisadiyyatını inkişaf etdirdi, hərbi sahəni gücləndirdi və Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli ordumuz, qəhrəman əsgərlərimiz qartımış düşməni torpaqlarımızdan qovub çıxardı. İşğal altındakı kənd və şəhərlər azad edildi.

Sücaətli Azərbaycan Ordusunun könüllü igid əsgərlərindən biri kimi Savalan babanın qardaşı nəvəsi, rəhmətlik keçmiş döyüşçü Saleh bəyin oğlu Rizvan da tarix yazan qəhrəmanlarımızdan oldu. İki dəfə yaralandı. Ancaq müalicəni sona çatdırmadan, yarımçıq buraxıb yenidən ön cəbhəyə döndü...

Zalov Rizvan Saleh oğlu əslən Cəbrayıl rayonunun Xələfli kəndindəndir. Valideynləri məcburi köçkün kimi Bakıda məskunlaşıb. Özü də elə burada, 1999-cu ildə Bakı şəhərində anadan olub. Tam orta təhsil alıb. Həqiqi hərbi xidmətini 2019-ci ilin yanvarında Ağstafada kəşfiyyatçı-qumbaraatan kimi başa vurub. 2020-ci ilin 27 sentyabrında II Qarabağ Savaşı başlayanda könüllü olaraq ordu sıralarına qatılıb. Cəbrayıl, Füzuli və Xocavənd uğrunda gedən döyüşlərdə yaralansa da, müalicəsi tam başa çatmamış yenidən cəbhəyə qayıdıb. İgid əsgər iki dəfə ölümlə üz-üzə qalıb. Onun barəsində hələ uşaq ikən deyirdilər ki, dəyirmanın boğazından ölü salsan diri çıxar. Gözlərində təhlükəli məqamlarda belə, qorxu hissini görməzsən. Necə deyərlər, ölümün gözünün içinə dik baxmağı bacarır. Rizvanın bu xarakteri ona hərb meydanında daha cürətli, qorxubilməz imkanı verir. Bunu onun qısa döyüş taruxçəsini vərəqlədikcə görmək olur. Ən çətin məqamlarda belə vəziyyəti düzgün qiymətləndirmək və təşəbbüsü ələ ala bilmək bacarığı ona döyüş fəaliyyətində mühüm situasiyalardan çıxmaqda kömək edib. Çoxlarının cürət etmədiyi ağlasığmaz hərəkətləri ilə bir çox hallarda bölüyü, döyüş döstlarını çətinlikdən qurtarıb. Rizvan bizə qısa döyüş faliyyəti dövründə cəmi bir-iki məqamı danışdı. O hər şeyi təfsilatı ilə söyləyib, özü haqqında gen-bol danışmağı xoşlamır:

- Oktyabr ayının 15-də Füzuli rayonunun Əhmədbəyli kəndindəkı N saylı hərbi hissədən bizi hücüma qaldırdılar,- deyir qəhrəmanımız.

- Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Böyük Mərcanlı kəndi, daha sonra Lələtəpə yaxınlığından və Daşkəsən kəndindən keçib Hadrut istiqamətində irəliləyərək, Füzuliyə daxil olduq. İki gün şəhərin müdafiə mövqeyində dayandıq. Döyüşlərə Aybasanlı kəndinin təmizlənməsi uğrunda başladıq və az sonra kəndi düşməndən azad etdik. Beləliklə, Aybasanlı kəndini geri aldıq. Ordan Məngələnata dağı istiqamətində irəliləməyə başladıq və bu zaman bizim maşının birini vurdular. Həmin vaxt 17 yaralı çıxartdıq.

Rizvan Zalov daha çevik hərəkət edərək, 6 yaralını təkbaşına çıxarıb, onu döyüş yoldaşları da etiraf ediblər.

Gənc döyüşçü həmsöhbətim deyir ki, işğaldan azad etdiyimiz növbəti yaşayış məntəqəsi Zərgər kəndi oldu.

- Ən çətin döyüşümüz isə Füzuli rayonunu Yuxarı Dilağarda kəndində olub. Biz burada iki gün 25 nəfər şəxsi heyətlə mühasirədə qalmışıq. Mühasirə şəraitində bizə kömək edə bilər deyə, ermənilərin PK silahını ələ keçirməyi təklif etdim. İkinci gün bir döyüşçü yoldaşımla erməni səngərinə daxil olduq. Təsəvvür edin ki, səngərin bu başında biz idik, 500 metr o tərəfə, o biri başında isə ermənilər. Daha 200 metr irəliləyərək onlara yaxınlaşdıq. PK-nı və güllələri götürüb çıxana qədər düşmənin bundan xəbəri olmadı. Sən demə, biz silahları götürüb çıxanda erməni kordinatorları bizi müşahidə edirmiş. Dərhal artilleriyadan atəşə tutdular, ardınca da piyadaların atışı başladı. Ancaq gec idi. Biz artıq ordan uzaqlaşmışdıq. Onları cavabsız qoymadıq. Üç tərəfdən erməniləri yaylım atəşinə tutduq. PK və əldə etdiyimiz digər qənimət silahlarla mühasirədən çıxmağı bacardıq. Erməniləri geri çəkilməyə məcbur etdik. Öldürdüklərimizi öldürdük, qalanları da silahlarını atıb qaçdılar. Bu döyüşdə minaatanın mərmisi düz yanımda partladı və mən üzümdən qəlpə yarası aldım. Bundan əlavə, üzbə-üz döyüşdə, bronjiletimdən, sağ tərəfdən sinəmin üstündən, həmçinin dəbliqəmdən güllə dəymişdi, ancaq yaxşı ki, bədənimə girməmişdi. Mayor Əhmədov mənə xəbərdarlıq etdi ki, “üç dəfə ölüm təhlükəsi ilə üzləşmisən, diqqətli və ehtiyatlı ol”. Yaralanmağıma baxmayaraq, bu vəziyyətdə dörd gün döyüşü davam etdirdim. Üzümdəki yara yüngül olduğundan əhəmiyyət vermirdim. Sonrakı döyüşləri Xocavənd rayonu ərazisində davam etdirdik.

Öyrənirəm ki, qəhrəmanımz rayonun iki kəndinin alınmasında fəal iştirak edib. Deyir ki, burdakı erməni hərbi hissəsində açıq döyüşlər gedirdi.

“Füzulinin Yuxarı Veysəlli kəndini də aldıqdan sonra Xocavəndin girişində yerləşən erməni hərbi hissəsinə hücum etdik və onları ordan vurub çıxardıq. Artıq düşmən gücümüzü görmüşdü,” – deyir cəsur əsgər.

- Odur ki, onların piyada qoşunu vuruşmaq əvəzinə daha çox qaçmağa üstünlük verirdi. Elə gecəni də onların hərbi hissəsində keçirdik. Gecənin bir aləmində düşmənin atdığı top mərmisi düz yaxınlığımda partladı. Partlayışın dalgası məni və döyüşçü dostlarımı götürüb hara çırpmışdısa, özümə gələndə başa düşdüm ki, ayaqlarım işləmir. Döyüşçü dostlarımızın bizi qapqara tüstünün içərisindən sürüyüb çıxardıqları yadımdadır”.

Rizvan bəyi Əhmədbəyliyə, oradan isə Saatlı rayonuna xəstəxanaya gətiriblər. Bir neçə gün keçdikdən sonra yenidən cəbhəyə-silahdaşlarının yanına dönüb döyüşlərə qatılıb.

“Ancaq, döyüşlərin birində yenidən düşmənin üstümüzə yağış kimi yağdırdıgı top mərmisinin biri yaxınlığımda partladı. Məni zərbə dalğası götürüb kənara atdı. Toz-dumanın içində cəhətimi itirib hansı tərəfə getdiyimi bilmədən erməni səngərinə doğru irəliləmişəm. Təsadüfən geriyə baxanda, komandirimin məni əlinin işarəsi ilə çağırdığını gördüm. O, mənə tərəf nə isə deyirdi, lakin eşitmirdim. Birdən-birə səs eşitdikdə, bayaqdan bəri qulaqlarımın batdığını başa düşdüm”.

Ciddi xəsarət alan R.Zalovun yenidən onurğa sütununda, eyni zamanda başında yüksək təzyiqlə müşayiət olunan çox güclü ağrılar başlayıb... Bu dəfə onu Göyçay rayon xəstəxanasına aparırlar. Müharibənin bitdiyini də elə bu xəstəxanada eşidib...

Müharibə bitdi, ancaq onun vurduğu yaraların ağrısı hələ uzun illər çəkəcək. Xüsusilə, qarı düşmənlərin 30 il ərzində işğal altına aldıqları əraziyə misli görünməmiş səviyyədə vurduqları ziyanı heç nə ilə ölçmək, hesablamaq mümkün deyil. Maddi və mənəvi sərvətlər, başlıcası insan resursları. Digər tərəfdən, şəhid olan oğullar, əlilə çevrilən qazilər, başsız qalan ailələr, onların yerini nə ilə doldurmaq olar axı?! Fəqət, arxalı köpəklərin cavabını verən, onları yerində oturdan, həm birinci, həm də ikinci Vətən Müharibəsində şəhid olan igidlərimizin qisasını alan qəhrəman oğullarımız da var.

Haqında danışdığımız Rizvan Zalov da belələrindəndir. O heç bir mükafat, təltif gözləmədən, düşünmədən könüllü olaraq, ürəyinin hökmü ilə Qarabağ uğrunda bu müqəddəs cəngə qoşulub və qalib kimi qayıdıb. Üzü ağ olsun, qazimizin. Savalan babanın və atası Saleh bəyin, cümlə şəhidlərimiz də daxil, ruhları şad olsun. Qoyduqları yolla özləri kimi oğul gedir: hünərli, təpərli, qeyrətli, cəsur...

 

Yusif DİRİLİ

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Barselona” İspaniya kubokunun qalibi oldu 18 Aprel 2021, 01:21 “Qalatasaray” səfərdə qələbə qazandı 18 Aprel 2021, 00:57 İki boksçumuz dünya birinciliyində 1/4 finala çıxdı 18 Aprel 2021, 00:42 Baltikyanı ölkələrdə elektrik enerjisinin qiyməti ucuzlaşdı 18 Aprel 2021, 00:27 Makron Putinlə danışıqlar aparacaq 18 Aprel 2021, 00:10 "Çelsi" Qvardiolanın komandasını kubokdan məhrum etdi 17 Aprel 2021, 23:59 Bakıda ağacəkmə aksiyası keçirilib - FOTO 17 Aprel 2021, 23:51 Türkiyəli nazir yerli peyvənd vurdurdu 17 Aprel 2021, 23:44 Rusiya Praqanı hədələdi 17 Aprel 2021, 23:32 Özbəkistan öz peyvəndini istehsal edəcək   17 Aprel 2021, 23:20 Vedat Albayrak Avropa çempionu oldu 17 Aprel 2021, 23:08 Çexiyadakı 18 Rusiya diplomatı kəşfiyyatçı çıxdı - ölkədən qovulurlar 17 Aprel 2021, 22:55 Goranboyda vəzifəli şəxs koronavirusdan öldü - FOTO   17 Aprel 2021, 22:41 "Neftçi"dən darmadağın 17 Aprel 2021, 22:35 Gəncədə məktəb müəllimi pandemiya qurbanı oldu 17 Aprel 2021, 22:22 Rusiya FTX-dən Lukaşenkoya sui-qəsd açıqlaması 17 Aprel 2021, 22:12 “Nəslimizdə hamı koronavirusa yoluxub” - Mətanət İsgəndərli 17 Aprel 2021, 21:59 Türkiyədə zəlzələ oldu 17 Aprel 2021, 21:44 Sülhməramlıların minalardan təmizlədiyi ərazi 2000 hektarı keçdi - AÇIQLAMA 17 Aprel 2021, 21:36 Lukaşenkoya sui-qəsd hazırlayan qrup yaxalandı 17 Aprel 2021, 21:21 Göyçayda əməliyyat - vəzifəli şəxslər SAXLANILDI 17 Aprel 2021, 21:12 Türkiyədə daha 288 nəfər virusdan öldü 17 Aprel 2021, 21:03 Ukrayna Rusiya diplomatını ölkədən qovur 17 Aprel 2021, 20:50 Myanmada toqquşmalarda ölənlərin sayı 730-a çatdı 17 Aprel 2021, 20:42 Komitə sədri gənc direktorla görüşdü 17 Aprel 2021, 20:37 Rusiyada helikopter qəzası - pilot öldü 17 Aprel 2021, 20:28 Özünü binanın damından atmaq istəyən qızı ustalar xilas etdi - FOTO 17 Aprel 2021, 20:13 "Keşlə" "Sabah"la sülh bağladı 17 Aprel 2021, 20:04 Şahzadə Filipin dəfn mərasimi keçirilib 17 Aprel 2021, 19:24 “Azəriqaz” ictimai birlik sədrinin şikayətini təmin etdi 17 Aprel 2021, 19:09 Ağacların kəsilməsi ilə bağlı şikayət araşdırıldı 17 Aprel 2021, 18:54 İkinci Qarabağ müharibəsində məhv edilən daha 71 erməninin adı AÇIQLANDI 17 Aprel 2021, 18:36 Qarabağda 1543 erməni cəsədi tapılıb 17 Aprel 2021, 18:18 İnsanlarımızın vətənpərvərlik ruhunu öldürməyin, CƏNAB NAZİRLƏR! 17 Aprel 2021, 18:01 İkimərtəbəli evdə yanğın 17 Aprel 2021, 17:37