Arxiv
7 Yanvar 2021, 12:05 | DİASPOR
Neapol şəhəri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib

Neapol Şəhər Şurası "Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmətin ifadə edilməsi və Azərbaycan ilə İtaliya arasında çoxşaxəli əməldaşlığın möhkəmləndirilməsinə yönəldilmiş addımların atılması üçün İtaliya hökumətinə müraciət" adlı sənəd qəbul edib.

 

Modern.az xəbər verir ki, Vinçentso Solombrinonun müəllifi olduğu sənəddə beynəlxalq səviyyədə Dağlıq Qarabağın Azərbaycan ərazisi kimi tanındığı, bu bölgənin və ona bitişik 7 rayonun 1990-cı illərin əvvəllərində Ermənistan tərəfindən işğal olunduğu, azərbaycanlıların doğma torpaqlarından qovulduğu, BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının qətnamələri, Ermənistanın 27 sentyabr təcavüzü nəticəsində 44 günlük müharibəsinin başladığı barədə ətraflı məlumat verilib.

 

İtaliya hökumətindən tərəfləri Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri arasında imzalanan 10 noyabr 2020-ci il tarixli bəyanatdakı öhdəlikləri yerinə yetirməyə çağırmaq tələb olunub. Şəhər Şurası hesab edir ki, münaqişənin başa çatması və vəziyyəti normallaşdırma prosesinin başlanması Azərbaycana öz ərazilərini bərpa etməyə imkan yaradacaq. Ərazilərin bərpasına dair strateji planın işə salınması isə yüksəliş və inkişaf mərhələsinin davam etməsinə, eləcə də italyan şirkətləri üçün yeni vacib iqtisadi və kommersiya imkanlarının yaranmasına yol açacaq.

 

Sənəddə Azərbaycan və İtaliya arasında gözəl münasibətlərin mövcud olduğu, 2020-ci ilin fevralında hökumət başçıları arasında siyasi, iqtisadi, səhiyyə, enerji, texnoloji, elm və mədəniyyət sahələrində geniş əməkdaşlığa dair çoxşaxəli strateji əməldaşlığın möhkəmləndirilməsi barədə birgə bəyannamənin olduğu vurğulanıb.

 

Neapol-Bakı Assosiasiyasının da Azərbaycanla Neapol arasında sıx əlaqələri dəstəklədiyinə diqqət cəlb edilib. Qeyd olunub ki, Neapolla Azərbaycanın paytaxtı Bakı qardaşlaşmış şəhərlərdir və bu qardaşlaşma iki xalq arasında dostluq, mədəni, kommersiya və institusional mübadilə baxımından konkret nəticələrin əldə olunmasına gətirib çıxarıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Kəlbəcərin Kəndyeri kəndi - VİDEO 21 Yanvar 2021, 18:45 Bakı Şəhər Prokurorluğunun 8 əməkdaşı cəzalandırıldı 21 Yanvar 2021, 18:36 Polis əməliyyat keçirdi - 14 kq narkotik dövriyyədən çıxarıldı 21 Yanvar 2021, 18:27 Naxçıvanda da Medianın İnkişafı Agentliyi yaradıldı 21 Yanvar 2021, 18:19 Bu ölkələrdən Azərbaycana quş ətinin idxalına qadağa qoyuldu 21 Yanvar 2021, 18:10 İndoneziyada 7,1 bal gücündə zəlzələ olu 21 Yanvar 2021, 18:02 Ötən il Azərbaycanda oğurlanan maşınların SAYI 21 Yanvar 2021, 17:56 Pakistan ballistik raketini sınaqdan keçirdi 21 Yanvar 2021, 17:50 Şoyqu Ermənistanın müdafiə naziri ilə DANIŞDI 21 Yanvar 2021, 17:45 Rusiyalı media maqnatı: “Paşinyan adi icevanlı çobandır” 21 Yanvar 2021, 17:39 Daxili Qoşunların yaralanan hərbçisi bu gün şəhid oldu 21 Yanvar 2021, 17:35 Baydenin komandasında kimlər var? - SİYAHI 21 Yanvar 2021, 17:29 Cavad Zərifin Azərbaycana səfər tarixi və proqramı AÇIQLANDI 21 Yanvar 2021, 17:23 Bu ölkə turistlərdən koronavirus pasportu tələb etməyəcək 21 Yanvar 2021, 17:17 ADU-nun Şəhid tələbəsi haqqında kitab çap olundu 21 Yanvar 2021, 17:14 Bu günün yoluxma sayı - ölüm azaldı 21 Yanvar 2021, 17:08 Vətən müharibəsində 8 mədəniyyət işçisi şəhid olub - 10 nəfər yaralanıb 21 Yanvar 2021, 17:02 20 Yanvar faciəsi ilə bağlı məlumatlar yapon dilində  21 Yanvar 2021, 17:00 O dünyadan xəbər var... 21 Yanvar 2021, 16:56 Lavrov ATƏT-in sədri ilə görüşəcək 21 Yanvar 2021, 16:54 Nazirlik hansı şagirdlərin sinifdə qalacağına aydınlıq gətirdi 21 Yanvar 2021, 16:48 Xəzər mehriban qonşuluq, əməkdaşlıq dənizidir - İlham Əliyev 21 Yanvar 2021, 16:42 Küçədən tapılan 12 yaşlı qız ailəsinə verildi 21 Yanvar 2021, 16:36 Səhiyyə komitəsi “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi hazırlayacaq 21 Yanvar 2021, 16:30 Məktəblilər bu tarixdə qış tətilinə çıxacaq 21 Yanvar 2021, 16:24 İki türk dövlətinin “Dostluq” anlaşması - TƏHLİL 21 Yanvar 2021, 16:18 İlham Əliyev: Bu gün biz Türkmənistanla çox mühüm addım atırıq - YENİLƏNİB 21 Yanvar 2021, 16:15 “Universitetlərdə bu qədər müəllimə ehtiyac yoxdur” - Rektordan etiraz 21 Yanvar 2021, 16:12 Füzulinin Dördçinar kəndindən VİDEO 21 Yanvar 2021, 16:06 “Nar” Qarabağ müharibəsi veteranları üçün xüsusi güzəştlər təqdim edir    21 Yanvar 2021, 16:00 Hərbi Prokurorluğun 19 işçisi cəzalandırılıb 21 Yanvar 2021, 15:55 Azərbaycanda daha 2 vaksinin sınaqları başlaya bilər 21 Yanvar 2021, 15:53 Azərbaycanda hərbi cinayətlər azalıb - Xanlar Vəliyev 21 Yanvar 2021, 15:53 Vətən Müharibəsində həlak olmuş 2858 nəfərin şəxsiyyəti tam müəyyən edilib  21 Yanvar 2021, 15:50 Sahara səhrasına qar yağdı – FOTO 21 Yanvar 2021, 15:45