Arxiv
12 Yanvar 2021, 09:47 | PARLAMENT
“Ermənistan ictimaiyyəti bir neçə gün əməlli-başlı həyəcan yaşadı” - Deputat

Əziz Ələkbərli,
Milli Məclisin deputatı

 

Yanvarın 11-də Rusiya Prezidentinin təşəbbüsü ilə Moskva şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Rusiya Prezidenti cənab Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüş noyabrın 10-da tərəflər arasında imzalanan Bəyannamənin maddə-maddə həyata keçirilməsi istiqamətində irəliyə doğru atılmış növbəti uğurlu addım oldu.

 

Görüşün anonsu əvvəldən verildiyindən Ermənistan ictimaiyyəti bir neçə gün əməlli-başlı həyəcan yaşadı, Paşinyanın Moskvaya getməsinin qarşısını almaq üçün çağırışlar, hətta hava limanına gedən zaman yolları kəsmək üçün cəhdlər edildi. Təbii ki, ermənilərin bu hərəkətləri başa düşülən idi. Məğlub ölkənin məğlub vətəndaşı noyabrın 10-da tərəflər arasında imzalanmış kapitulyasiya sənədinin mərhələ-mərhələ yerinə yetiriləcəyini, əks-təqdirdə bunun Ermənistan üçün çox ağır nəticələr verə biləcəyini çox yaxşı bilirdi. Lakin özünün olmayan oyuncağı əlindən geri alınmış və onun bir daha geri qaytarılmayacağını bilən uşağın çarəsiz halda özünü yerə çırpıb şivən qoparmaqdan başqa yolu da yoxdur və heç kəs də bu haqqı ona qadağan etmək fikrində deyil.

 

Amma Azərbaycan xalqı bu görüşü təmkinlə gözlədi, çünki qalib bir ölkənin qalib vətəndaşı bilirdi ki, bu görüşə 44 gün içində düşməni darmadağın edən, Qarabağda erməniyə heç bir status verilməyəcəyini və Azərbaycanın bir qarış torpağının da işğal altında qalmayacağını dəfələrlə bəyan edən müzəffər Ali Baş Komandanı gedir. O, nə vaxt nəyi necə etmək lazım gəldiyini hamıdan yaxşı bilir. Həmişə nə deyibsə, onu da edib və heç kəs deyə bilməz ki, bu ölkədə torpaqlarımızın işğaldan azad edilməsini kim isə cənab Prezident İlham Əliyevdən daha artıq istəyir.

 

Nəhayət ki, bu görüş baş tutdu. Dünya bu görüşü, necə deyərlər, nəfəsini içinə çəkərək izlədi. Biz də izlədik. Bir tərəfdə şax duruşu ilə müzəffər Ali Baş Komandanımız, digər tərəfdə Ermənistanın aylardır “nə oldu, Paşinyan?” sualına cavab verə bilməyən büzüşmüş, məğlub baş naziri.

 

Dörd saata yaxın davam edən görüşün təfərrüatını tam bilməsək də, bu görüş nəticəsində imzalanmış sənəd – üçtərəfli bəyanat ortadadır. Bəyanat, gözlədiyimiz kimi, tam olaraq 10 noyabr Bəyanaməsinin 9-cu maddəsinin icrasına, regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına və bütün bu işlərin həyata keçirilməsi üçün işlək mexanizmin yaradılmasına xidmət edir.

Başqa sözlə, söhbət Naxçıvanla Azərbaycanın digər ərazilərini birləşdirəcək Zəngəzur dəhlizindən gedir. Əslində, Paşinyan həm 10 noyabr, həm də 11 yanvar sənədlərinə imza atmaqla sübut elədi ki, Ermənistanda yeganə ağıllı adamdır, çünki hərbisi, iqtisadiyyatı və xüsusilə psixoloji durumu bərbad vəziyyətdə olan Ermənistanın bu gün yeganə çıxış yolu qonşu ölkələrlə və ilk növbədə Azərbaycanla normal münasibətlər qurmaqdır.

 

Lakin bu üçtərəfli görüşün sonunda dövlət başçılarının keçirdiyi mətbuat konfransında Paşinyan dövlət başçısına yaraşmayan çıxışı ilə göstərdi ki, biz onun ağlı barədəki düşüncələrimizdə heç də haqlı olmamışıq, o da elə başqa ermənilərlə eyni ağılda imiş. Belə ki, həmin mətbuat konfransında həm Rusiya prezidentinin, həm də cənab İlham Əliyevin yüksək siyasi etika və diplomatik mədəniyyət nümayiş etdirərək görüşün gedişi haqqında verdikləri ümumi məlumata baxmayaraq, Paşinyan yenə də keçmiş Dağlıq Qarabağın “statusundan”, guya hərbi əsir olan erməni terrorçularının azad olunması məsələsindən danışdı və təzədən özünü gülünc vəziyyətdə qoyaraq etiraf etdi ki, hər iki məsələdə onun dediklərinə əhəmiyyət verən olmayıb.

 

Mənim isə görüş haqqında yekun qərarım budur ki, bu görüş və bu bəyanatla Azərbaycan 44 gün döyüş meydanında və 10 noyabrda siyasi müstəvidə qazandığı qələbəni daha bir addım irəli apardı.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Əli Əsədov Türkiyəyə dəvət olundu 21 Yanvar 2021, 19:24 Azərbaycanla Türkmənistan daha da yaxınlaşdılar - Təhlil 21 Yanvar 2021, 19:19 Bakı metrosunun nə zaman fəaliyyətə başlayacağı məlum oldu 21 Yanvar 2021, 19:10 Bahar Muradova İordaniya səfiri ilə görüşdü 21 Yanvar 2021, 19:02 Reza Deqati Azərbaycanla bağlı keçirilən vebinarda çıxış edib 21 Yanvar 2021, 18:54 Kəlbəcərin Kəndyeri kəndi - VİDEO 21 Yanvar 2021, 18:45 Bakı Şəhər Prokurorluğunun 8 əməkdaşı cəzalandırıldı 21 Yanvar 2021, 18:36 Polis əməliyyat keçirdi - 14 kq narkotik dövriyyədən çıxarıldı 21 Yanvar 2021, 18:27 Naxçıvanda da Medianın İnkişafı Agentliyi yaradıldı 21 Yanvar 2021, 18:19 Bu ölkələrdən Azərbaycana quş ətinin idxalına qadağa qoyuldu 21 Yanvar 2021, 18:10 İndoneziyada 7,1 bal gücündə zəlzələ olu 21 Yanvar 2021, 18:02 Ötən il Azərbaycanda oğurlanan maşınların SAYI 21 Yanvar 2021, 17:56 Pakistan ballistik raketini sınaqdan keçirdi 21 Yanvar 2021, 17:50 Şoyqu Ermənistanın müdafiə naziri ilə DANIŞDI 21 Yanvar 2021, 17:45 Rusiyalı media maqnatı: “Paşinyan adi icevanlı çobandır” 21 Yanvar 2021, 17:39 Daxili Qoşunların yaralanan hərbçisi bu gün şəhid oldu 21 Yanvar 2021, 17:35 Baydenin komandasında kimlər var? - SİYAHI 21 Yanvar 2021, 17:29 Cavad Zərifin Azərbaycana səfər tarixi və proqramı AÇIQLANDI 21 Yanvar 2021, 17:23 Bu ölkə turistlərdən koronavirus pasportu tələb etməyəcək 21 Yanvar 2021, 17:17 ADU-nun Şəhid tələbəsi haqqında kitab çap olundu 21 Yanvar 2021, 17:14 Bu günün yoluxma sayı - ölüm azaldı 21 Yanvar 2021, 17:08 Vətən müharibəsində 8 mədəniyyət işçisi şəhid olub - 10 nəfər yaralanıb 21 Yanvar 2021, 17:02 20 Yanvar faciəsi ilə bağlı məlumatlar yapon dilində  21 Yanvar 2021, 17:00 O dünyadan xəbər var... 21 Yanvar 2021, 16:56 Lavrov ATƏT-in sədri ilə görüşəcək 21 Yanvar 2021, 16:54 Nazirlik hansı şagirdlərin sinifdə qalacağına aydınlıq gətirdi 21 Yanvar 2021, 16:48 Xəzər mehriban qonşuluq, əməkdaşlıq dənizidir - İlham Əliyev 21 Yanvar 2021, 16:42 Küçədən tapılan 12 yaşlı qız ailəsinə verildi 21 Yanvar 2021, 16:36 Səhiyyə komitəsi “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi hazırlayacaq 21 Yanvar 2021, 16:30 Məktəblilər bu tarixdə qış tətilinə çıxacaq 21 Yanvar 2021, 16:24 İki türk dövlətinin “Dostluq” anlaşması - TƏHLİL 21 Yanvar 2021, 16:18 İlham Əliyev: Bu gün biz Türkmənistanla çox mühüm addım atırıq - YENİLƏNİB 21 Yanvar 2021, 16:15 “Universitetlərdə bu qədər müəllimə ehtiyac yoxdur” - Rektordan etiraz 21 Yanvar 2021, 16:12 Füzulinin Dördçinar kəndindən VİDEO 21 Yanvar 2021, 16:06 “Nar” Qarabağ müharibəsi veteranları üçün xüsusi güzəştlər təqdim edir    21 Yanvar 2021, 16:00